Bəhramdan rus dilində yazdığı üçün onu tənqid edənlərə cavab
Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesablarındakı paylaşımları rus dilində etdiyi üçün tənqid olunub.
Axşam.az xəbər verir ki, aktyor yazılan mənfi sözlərə cavab verib. O bildirib ki, rus dilində yazmaq ona daha rahatdır:
"Uzun illər "facebook" səhifəmi izləyən bütün izləyicilərimə və oxucularıma müraciət etmək istəyirəm. Etdiyim iş çoxlarının xoşuna gəlir, bəziləri isə o qədər bəyənmir ki, mənə hər cür bədlik və bəla arzulayırlar. Səhifəmi oxuya, ya da yan keçib yazılarımı görməməzliyə vura, ana və ya xarici dildə şərh yaza bilərsiniz. Amma mənim səhifəmdə gördüyüm işlərə görə üstümə neqativ tökməyin.
Xarici dildə yazmağımı bəyənməyənlərə bir sual vermək istəyirəm - bəs siz kimsiniz? Ana dilimdə deyil, xarici dildə arayış gətirdiyim mənzil istismar idarəsinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, hansısa komissiyanın üzvlərisiniz? Təbii ki, ölkəmizin dövlət dili Azərbaycan dilidir, amma siz bu qədər ağıllı və maarifçi insanlar necə bilmirsiniz ki, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsi və 45-ci maddəsinin I hissəsi var ki, bu da istənilən Azərbaycan vətəndaşına - mən də daxil olmaqla imkan verir ki, istənilən dildə oxuyaq, yazaq, danışaq və yaradaq.
Biz müasir, demokratik və azad ölkədə yaşayırıq və əgər dövlətin ali qanunu mənə hər hansı dildən istifadə etmək hüququ verirsə, onda sizin nə haqqınız var mənə nəyisə qadağan edəsiniz? Özünüzü konstitusiyadan üstün hesab edirsiniz? Əgər belədirsə, onda bir psixoloq və ya psixiatrla əlaqə saxlamalısınız.
Mən isə Bəhram Bağırzadə özüm üçün lazımlı və faydalı hesab etdiyim işlərlə məşğul olacam. Mənimlə eyni dalğada olan bütün dostlarıma və həmfikirlərimə sülh, xeyir və firavanlıq arzulayıram. Səhifəmi, statuslarımı, hekayələrimi və digər mətnlərimi bəyənməyənlərə isə çıxış yolunu bildiyiniz üsulda səhifəmi tərk etməyi tövsiyə edirəm. Rəqəmlərin dalınca getmirəm, ona görə də bu gündən bütün neqativ insanları "bloklayıb" siləcəyəm.
Əlvida, qaranlıq enerjinizi atmaq üçün başqa yer axtarın".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1119 Tarix: 17 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi
14:40 182 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
21:15 1 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
20:45 1 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
21:30 1 Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi
Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə
19:15 145 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
20:40 9 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
20:15 100 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 158 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman
14:34 189