50 yaşını qeyd edən aktyor: "Elə gözəl qadındır ki, ona xəyanət etmək olmaz" - MÜSAHİBƏ

50 yaşını qeyd edən aktyor: "Elə gözəl qadındır ki, ona xəyanət etmək olmaz" - MÜSAHİBƏ"Orda 5000-dən çox tamaşaçı vardı və bunu milyonlarla insan izləyirdi televiziyadan. Mən də, o uşaqlar da ən yaxşısını ortaya qoymalı idik. Ermənilər baxıb deyirdilər ki, Azərbaycan bu şou-proqramla bizə qarşı "genosid" etdi".

"Kaspi" qəzetinin aktyor, rejissor Nicat Kazımovla müsahibəsini təqdim edirik:

"Uşaq vaxtı teatra özüm gətirsəm də, rol vermədim, Cənnət xanım verdi. Düşünürdüm ki, həvəsdir. Sonradan yolundan çəkindirməyə çalışdım, türk liseyində oxutdum. Deyirdim ki, hansı sahəni seçir seçsin, bircə aktyorluq olmasın".

İncəsənət, düşünürəm ki, nə qədər incə olsa da, güclü insanları sevir. Güc və bir də sevgi. Bu iki məfhum bir yerdə olanda incəsənətin ən gözəli də meydana çıxır. Azərbaycanın mədəniyyət sahəsində bir çox ilklərə imza atan, ürəyində böyüməyən uşaqla 50 illik yubileyini qeyd edən aktyor, rejissor Nicat Kazımovla söhbətləşdim.

Atasının istəyinə qarşı çıxıb bu sənətə ancaq sevgi naminə gələn Nicat bəy deyir ki, çox çətinliklər görmüşəm:

"Amma mən başa düşürdüm ki, ayaq üstə dayanmaq istəyirəmsə, dözməkdən, çalışmaqdan, zəhmət çəkməkdən başqa çərəm yoxdur. Bizim sənətdə 30 faiz istedad, 70 faiz zəhmətdir. Bəzən yoruluram, bezirəm, dincəlmək istəyirəm. 31 ildir dayanmadan teatrda, TV-də işləyirəm, universitetlərdə dərs deyirəm. Bu rejimdə işləyən adam üçün pandemiyada 2 il evdə qalmaq dəhşət idi. Stressdən ayağım iflic oldu. Başa düşdüm ki, mən bu sənətlə yaşayıram".

Qismətə, alın yazısına inanan rejissor deyir ki, çox çətinliklər görmüşəm:

"Bu gün də çətinliklərim var. Amma özümdən ötrü heç kimdən heç nə istəməmişəm. Qismətimdə nə varsa olacaq. Və qismətimdən, taleyimdən çox razıyam. Azərbaycanda bir çox ilklərə imza atmışam. Bu, hər sənət adamına nəsib olmur. Mənim ağlıma gəlməzdi ki, rejissor olaram, Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram Teatrında tamaşalara quruluş verərəm, İncəsənət Universitetində, Bakı Musiqi Akademiyasında dərs deyərəm, Kraliça Yelizaveta ilə görüşə bilərəm, onun ad günü, taxta çıxmasının 70 illiyi şərəfinə tədbir hazırlayaram, hərb sahəsində medallarla təltif edilərəm, Avropa teatr festivallarında münsif olaram. Ağlım kəsəndə, Şuşa artıq işğal olunmuşdu. Nə vaxtsa orda tədbirə quruluş verəcəyim ağlıma gəlməzdi. Yəni ağlıma gəlməyən bir çox şey başıma gəldi. Amma burda bəzi adamlar bunu görmək, bilmək istəmir, bəzən ağızlarına gələni yazırlar".

Və bu məqamda zarafatyana deyir ki, heç bəyənməsinlər, məni kraliça bəyənir.

May ayında Böyük Britaniyada Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunmuş "Vindzor Kral Atçılıq Şousu"nda ölkəmizi növbəti dəfə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil etdi. Bu tədbir üçün nümayəndə heyətimiz xüsusi olaraq "Odlar Yurdu" adlı şou-kompozisiya hazırlamışdı. Və bu möhtəşəm şounun quruluşçu rejissoru Nicat Kazımovdur. Ötən illərdə də bu şouya quruluş verən rejissor deyir ki, ilk dəfə bu təklifi alanda necə hazırlayacağımı düşündüm:

"Fikirləşdim ki, atlarla nə edəcəyəm? Amma mənim üçün "yox" sözü yoxdur. Bir həftə bunu necə edəcəyimi düşünüb razılıq vermişdim. Bu il "Odlar Yurdu" kompozisiyasını "Qarabağ cəngisi"nin sədaları altında "Sərhədçi" rəqs ansamblının rəqsləri, DSX-nin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələri, alov püskürənlərin qeyri-adi perfomansları ilə hazırladım. 6 dəqiqə davam edən şou müddətində süvarilərimizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları diqqəti xüsusi cəlb edib. Bilirsiniz, orda 5000-dən çox tamaşaçı vardı və bunu milyonlarla insan izləyirdi televiziyadan. Mən də, o uşaqlar da ən yaxşısını ortaya qoymalı idik. Ermənilər baxıb deyirdilər ki, Azərbaycan bu şou-proqramla bizə qarşı "genosid" etdi".

Oğlunun davamçısı olmaq istəyinə qarşı çıxan aktyor deyir ki, istəyirdim ki, başqa sahəyə getsin:

"Uşaq vaxtı teatra özüm gətirsəm də, rol vermədim, Cənnət xanım verdi. Düşünürdüm ki, həvəsdir. Sonradan yolundan çəkindirməyə çalışdım, türk liseyində oxutdum. Deyirdim ki, hansı sahəni seçir seçsin, bircə aktyorluq olmasın. Hər gün söz-söhbət olurdu. Əməkdar artist Nübar Novruzovanın qızı da həmin liseydə oxuyurdu. Bir gün Nübar gəlib dedi ki, niyə qoymursan oğlun aktyor olsun? O istedadda, fakturada oğlum olsaydı, istəyərdim aktyor olsun. Bu gün oğlum Mirsənan aktyordur. Yaxşı rolları var".

"Atanız sizin, siz də oğlunuzun qarşısını kəsməyə çalışıbsınız" deyincə, Nicat bəyin cavabı belə oldu:

"Atam başqa sahənin adamı idi, bu sahənin içini bilmirdi etiraz edirdi. Mən isə bilə-bilə istəmirdim. Fərqimiz budur. İkinci oğlum Mirismayıl isə Memarlıq və İnşaat Universitetində dizayner təhsili alır. Çox şükür ki, aktyorluğu seçmədi".

Aktyorun fikrincə, xüsusi qabiliyyət tələb edən sahələrdə Boloniya sistemi olmamalıdır:

"Yəni insanlar incəsənətə balı çatır deyə yox, sevdiklərinə görə gəlməlidirlər. O vaxt belə bir söz vardı ki, "incəsənət sahəsinə qəbul olmaq çətindir, oxumaq asan, AZİ-yə girmək asandır, oxumaq çətin". Mən isə deyirəm ki, teatrda təsadüfi adamlar olmamalıdır. Bir də ki, dərslərdə dəyişiklik olmalıdır. İndi nəzəriyyəyə daha çox üstünlük verilir. Aktyorluq sənəti, vokal, rəqs dərsləri əvvəlki kimi çox olmalıdır. Təsadüfən gələn tələbələr çətinliyə düşən kimi dözmür, gedirlər. Elə getsələr, yaxşıdır. Bir də bunu deyim ki, tapşırıqla, zənglə teatra aktyor gəlməz. Teatrın aktyora, rejissora ehtiyacı olar, dəvət edər. İndiyə kimi oğlum adımdan istifadə etməyib. Bununla qürur duyuram. Tutalım, adıma görə oğlum gəldi teatra. Bir, üç, beş dəfə alınmadı. Bəs sonra? Teatrda ancaq sənətini sevən adamlar olmalıdır".

Nicat bəy teatrın statusundan da danışdı: "Çox istərdim ki, GTT-nin status məsələsi həll olunsun. Biz başqa teatrlardan heç nə ilə geri qalmırıq. Amma "Akademik" status alan teatrların əməkdaşları bizdən 2 dəfə çox maaş alır. Bizsə kənarda qalırıq. Teatr elitar sənətdir. Elitar sənətdirsə, onun işçiləri də elitar yaşamalıdır". Səhnənin mistikasına inanan rejissor deyir ki, ora canlıdır: "Sən səhnəyə xəyanət edirsənsə, səhnə sənə on qat artıq xəyanət edir. Səhnə bağışlamır. O, elə gözəl qadındır ki, onsuz nəfəs almaq, ona xəyanət etmək olmaz. Mən ona xəyanət etməmişəm, etməyəcəyəm də".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1903   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"

Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:

07.11.2026 259
.

Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."

Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb

03.11.2026 649
.

Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI

Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar

00:08 237
.

"Yeraltı"nın cütlüyündən ilk birgə - Foto

Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla

31.10.2026 550
.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik

01.11.2026 837
.

3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il

31.10.2026 891
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 484
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 826
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 426
.