Avropalıların yarısını məhv edən "qara ölüm"ün mənşəyi müəyyənləşib
Müasir Qırğızıstan ərazisində yerləşən orta əsrlərə aid məzarlıqlardakı insan qalıqlarının DNT-si sekvensiyası 14-cü əsrdə "qara ölüm" adlanan taun epidemiyasının məhz buradan Avropaya keçdiyini göstərir.
Bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Qazaxıstan və Rusiyadan olan alimlərin araşdırmasından məlum olur. Onların bununla bağlı tədqiqatları "Nature" jurnalında dərc edilib.
Məqalədə bildirilir ki, elm adamlarının diqqətini Qırğızıstanın Çuy vilayətindəki 1338-1339-cu illərə aid qeyri-adi çox sayda qəbirlər çəkib, özü də bu məzar daşlarının bəzilərində xəstəlikdən, qırğından bəhs edilib. Oradan 30 nəfərin qalığı çıxarılaraq Kunstkamera (Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya muzeyinə) aparılıb və tədqiqatlara başlanılıb.
Məlumata görə, onlar Qara-Cıqaç və Buran kəndləri yaxınlığındakı məzarlıqdan ekshumasiya edilən yeddi nəfərin DNT-sini sekvensiya edə biliblər. Nümunələrin keyfiyyəti dörd genomu tərtib etməyə imkan verib. Onların da üçündə taun xəstəliyinin törədicisi olan taun çöpü (lat. "yersinia pestis") aşkar edilib. Onun 1346-1353-cü illərdə Avropada taun epidemiyasına səbəb olan ştammların bilavasitə əcdadı olduğu üzə çıxıb.
Alimlərin fikrincə, taun Qırğızıstanın müasir Çuy vilayətindən keçən ticarət yolları vasitəsilə yayılıb.
"Qara ölüm" tarixdə ikinci taun pandemiyasıdır və pik həddi 1346-1353-cü illərdə qeydə alınıb. Hesab edilir ki, pandemiya həmin dövrdə Avropa sakinlərinin yarısının həyatına son qoyub. Sonra 14-cü əsrdə daha bir neçə epidemiya baş verdi, taunun ştammları isə 19-cu əsrə qədər bütün dünyada yayılmağa davam etdi.
"Qara ölüm"ün mənbəyi uzun müddət müzakirə mövzusu olub. Ştammın mümkün mənşə yerləri arasında əvvəllər Çin və Hindistanın adları çəkilmişdi.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 882 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
14:41 185 Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi
Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə
19:15 145 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
15:07 200 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
20:45 1 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
16:18 183 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 177 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 188 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
15:10 187 Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir
Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ
12:37 186