Ətlə qatığın birlikdə istehlakı zərərlidir? - Ekspert AÇIQLADI
Ətin yanında qatıq yemək olmaz deyən bəzi mütəxəssislər var. Maraqlı məqam burasındadır ki, sadəcə deyib keçirlər, ancaq elmi izahını vermirlər.
Bu insanların iddialarına görə, ətlə bərabər istehlak edilən qatıq ətin tərkibində olan dəmirin orqanizmdə sovrulmasının qarşısını alır, ətin keyfiyyəti də tam öldüyü üçün tərkibində olan dəmir məhv olur. Əslində isə bu, yanlış fikirdir və insanları milli dəyərlərdən, milli mətbəxdən uzaqlaşdırmaqdan başqa bir şey deyil.
Bunu Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.
Ətraflı
Ekspert bildirib ki, milli mətbəximizin formalaşması bütün dünyaya səs salıb: "Mən beynəlxalq münsifəm, beynəlxalq festivalların qalibiyəm və biz hər zaman bu festivallarda Azərbaycanın milli dəyəri olan mətbəximizi nümayiş etdirmişik. Bunları deməkdə məqsədim Azərbaycan mətbəxinin formalaşmasına diqqəti çəkməkdir. Bir münsif olaraq onu deyə bilərəm ki, əgər sous və qarnir ətə uyğun olmasa və ya hər hansısa bir zərəri olarsa, həmin yemək festivalda qalib ola bilməz. Unutmaq olmaz ki, qidanın dadına, görünüşünə, gigiyenasına, sağlamlığına qiymət verən münsif heyəti qida üzrə mütəxəssislərdir. Belə olduğu halda, milli dəyərimiz olan dolmanın yanında min illərdir sous olaraq qatıq verilirsə, demək ki, ətlə qatıq bir yerdə istehlak edilə bilər. Təbii ki, bunun da bir elmi izahı var".
A.Salamov qeyd edib ki, qatığın tərkibində olan kalsium ətin tərkibində olan dəmirlə zidd olduğuna görə, kalsium vücudumuza daxil olduğu zaman dəmirin sovrulmasını az olaraq əngəlləyə bilər: "Ancaq bu da kalsiumun dəmirə təsirindən asılıdır. Ayrıca, dəmirin vücud tərəfindən sovrulması, kalsium tərəfindən təsirlənməsi nazik bağırsaqlarda olan kalsiumun miqdarına da bağlıdır. Əgər biz dolmanın yanında qatıq istehlak ediriksə, qatıq da maye halındadırsa, orqanizmin onu həzm etməsi daha qısa müddətdə olacaq və həzmi asanlaşdıracaq. Unutmaq olmaz ki, ana yeməyin yanında sous qarnirdən 30% az olmalıdır ki, sağlam qida olaraq qəbul edilsin. Əgər biz 180 qram dolmanın yanında 30 qram qatıq istehlak ediriksə, burada dəmir və ya zülal itkisindən söhbət gedə bilməz. Bir sözlə, ətlə qatıq norma həddini aşmadan bir yerdə istehlak edilə bilər. Demək ki, hər şey öz çərçivəsində, normasında daha gözəldir"(milli.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 905 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505