Meymunçiçəyinin qarşısını necə almalı? - ƏSAS TÖVSİYƏLƏR
Əvvəllər bu infeksiyanın aşkar olunmadığı 32 ölkədə meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar olaraq, səhiyyə sahəsində Beynəlxalq Fövqəladə Hallar Komitəsi iyunun 23-də təcili iclas keçirəcək.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bildirib və ekspertlərin meymunçiçəyi xəstəliyinin "beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət" olub-olmadığını müzakirə edəcəklərini əlavə edib. Bu, hazırda COVID-19 və poliomielitlə bağlı mövcud olan ən yüksək təhlükə səviyyəsidir.
Bu il dünyanın 39 ölkəsində meymunçiçəyi xəstəliyinə 1600 təsdiqlənmiş, eləcə də 1500 təsdiqlənməmiş yoluxma halı aşkar edilib. Onlardan yeddisində virus endemik hesab olunur - orada infeksiya illərdən bəri yayılır, 32 ölkəsində isə ilk dəfədir peyda olunub.
Ən azı 72 yoluxma halı ölümlə nəticələnib, lakin onların hamısı əvvəllər meymunçiçəyi xəstəliyinin rast gəlindiyi ölkələrdə qeydə alınıb. "Bu infeksiyanın qlobal yayılması qeyri-adidir və narahatlıq doğurur", - deyə ÜST rəhbəri Tedros Qebreyesus bildirib.
Avropada virusun yayılma riski "yüksək", planetin qalan regionlarında isə "orta" kimi qiymətləndirilir. Hazırda alimlər meymunçiçəyi haqqında tam məlumatlı deyil, lakin ÜST vəziyyətin nəzarətdən çıxmasını gözləməyə deyil, artıq bu gün hərəkətə keçməyə üstünlük verir. İlk növbədə, əhalinin maarifləndirilməsini artırmaq təklif olunur.
Meymunçiçəyi xəstə insanla sıx fiziki təmas yolu ilə ötürülür. Dəridən və mayedən götürülən nümunələr yoluxucudur, buna görə də xəstəlik paltar, yataq dəsti, dəsmal və qab-qacaq vasitəsilə yayıla bilər.
Bəzi insanlar infeksiyanı cüzi simptomlarla keçirsələr də, onlar iki-dörd həftə ərzində yoluxucu ola bilərlər. Alimlər bu xəstəliyə asimptomatik olan insanların başqaları üçün təhlükəli olub-olmadığını hələ bilmirlər.
Bəzi ölkələrdə 1980-ci ildə ləğv edilmiş çiçək xəstəliyinə qarşı strateji vaksin ehtiyatları qalıb. Bu birinci nəsil vaksinlər tətbiq edilmək üçün tövsiyə edilmir, çünki onlar mövcud təhlükəsizlik meyarlarına və istehsal standartlarına cavab vermir.
Vaksinlərin daha sonrakı versiyalarından istifadə edilə bilər və onlardan biri meymunçiçəyi xəstəliyinin qarşısının alınması üçün təsdiq edilib. Lakin bu preparatların ehtiyatları məhduddur və ÜST hələ də onlara universal çıxışın təmin edilməsi üzrə strategiyaları müzakirə edir.
"İndiki mərhələdə ÜST kütləvi vaksinasiyanı tövsiyə etmir. Çiçək və ya meymunçiçəyi ilə bağlı vaksinlərin tətbiq edilməsi barədə qərarlar hər bir fərdi halın qiymətləndirilməsindən irəli gələrək verilməlidir", - deyə ÜST-nin bir gün əvvəl dərc edilmiş tövsiyələrində deyilir.
Xəstə ilə təmasda olanlar üçün təmasdan sonra dörd gün ərzində ikinci və ya üçüncü nəsil vaksinlərin profilaktik tətbiq edilməsi tövsiyə olunur.
Ekspertlər risk qrupuna daxil olan tibb işçilərinə və müvafiq laboratoriyaların personalını da vaksinasiya etməyi təklif edirlər.(milli.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1085 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505