İzmirdə istirahət kefini "Swissotel Büyük Efes"-də yaşayın - FOTOLAR
12.000 kvadrat metrlik füsünkar bağlarla əhatə olunmuş "Swissotel Büyük Efes" İzmir şəhərində yerləşən 5 ulduzlu lüks hoteldir və şəhərin biznes mərkəzinə, həmçinin Türk Egey dənizindəki Kordon gəzinti yoluna panoramik görüntü açır.
Hotel Arxeologiya Muzeyinə, Biznes Mərkəzinə və İzmir Mədəniyyət Parkına yaxın məsafədə yerləşir. Adnan Menderes adına Beynəlxalq Hava Limanı hoteldən 15 kilometrlik məsafədə yerləşir və oraya avtomobillə 20 dəqiqəlik yol var. "Swissôtel Büyük Efes" qonaqlara 55 zərif dizaynlı suit də daxil olmaqla 402 lüks otaq təklif edir.
Tanınmış kolumbiyalı rəssam Fernando Boteronun "Atlı adam" heykəli otelin girişində yerləşir. Burada həm yeni yetişməkdə olan türk rəssamların, həm də Rabarama, Lorenzo Quinn, Mayq Berq və Antoni Qormli kimi məşhurların 800-dən çox əl işindən ibarət kolleksiya ilə tanış ola bilərsiniz.
"Swissotel Büyük Efes" müxtəlif restoranlarında ənənəvi türk və müasir mətbəxin geniş çeşidlərini sizə təklif edir. Türk və İsveçrə mətbəxinin təamlarını təqdim edən "Swiss Cafe" səhər yeməyi, nahar və bazar günləri səhər yeməyi üçün xidmətinizdədir. "Equinox" isə qonaqların İzmir Körfəzinin heyrətamiz panoramik mənzərəsindən zövq alaraq müasir üslubda ət və balıq yeməklərindən həzz ala biləcəyi eleqant bir restorandır. "Equinox"un yaxınlığında yerləşən "Sky Bar" müştərilərinəən müasir zövqlərə uyğun kokteyllər təklif edir. Qapalı və açıq havada yerləşən "Aquarium Mezzes & Grill" qonaqlarını həftənin iki günü canlı musiqinin müşayiəti ilə ləziz qəlyanaltılar və dadlı qril yeməkləri ilə qonaqlarının xidmətindədir.
"Swissotel Büyük Efes"də yerləşən Büyük Efes Konfrans Mərkəzi isə istənilən görüş, konfrans və ya tədbirləri keçirmək üçün ideal şərait təklif edir. Burada ən müasir texnologiya və avadanlıqlardan istifadə olunub. 19 konfrans zalı arasında çoxfunksiyalı sərgi zalı və möhtəşəm bal zalını da vurğulamağa dəyər.
5500 kvadrat metrdən çox ərazisi olan Pürovel Spa & Sport sizə eleqant və müasir şəraitdə sağlam həyat tərzi sürmək üçün Alp dağlarından ilhamlanmış həllər təklif edir. Buraya 4 müalicə otağı, cütlüklər üçün "wellness suite", hidroterapiya otağı, solaryum, istirahət otağı, türk hamamı, buxar otağı, sauna, cakkuzi, bağlı və açıq hovuzlar, pilates studiyaları, qrupla fitness dərsləri, fərdi təlim və tennis meydançası daxildir.
Swissotel Hindistan, Afrika, Türkiyə və Yaxın Şərqdə 420-dən çox hoteli ilə dünyanın aparıcı hotel şirkəti olan "Accor"un bir hissəsidir. "Accor IMEA" qonaqlarını mehmanxanalarda səhər yeməyi ilə birlikdə yerləşdirmək üçün 30%-dək endirimi özündə əks etdirən eksklüziv yay təklifini elan edib. "ALL - Accor Live Limitless" loyallıq proqramının üzvləri 25 may və 15 sentyabr 2022-ci il tarixlərində yerləri bron etməklə 1 iyun və 30 sentyabr 2022-ci il tarixi aralığında burada qalmaq üçün təklifdən yararlana bilərlər.















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1294 Tarix: 20 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib
19:52 121 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
19:22 178 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay
13:29 211 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 158 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
14:41 185 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 191 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
17:00 184 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 177 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
20:30 52