Bakıda körpə yeddinci mərtəbədən YIXILDI: Hamilə anası özünü ardınca atdı - VİDEO

Bakıda körpə yeddinci mərtəbədən YIXILDI: Hamilə anası özünü ardınca atdı - VİDEOXəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 116 ünvanındakı yaşayış binalarının birində körpə 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb.

Bu zaman anası da özünü övladının ardınca atıb.

Oxu.Az xəbər verir ki, İctimai TV hadisənin təfərrüatını araşdırıb.

Belə ki, ananın körpənin ardından özünü atmasından sonra dərhal onu qucağına aldığı və sakitləşdirməyə çalışdığı sözügedən görüntülərdə əksini tapıb.

Çox keçmədən hadisə yerinə polis əməkdaşları gəlib. Qadını və körpəsini xilas edərək xəstəxanaya çatdırıblar. Qonşuların sözlərinə görə ana və azyaşlı övladı sözügedən ünvanda tək yaşayıb. Uşaq 7-ci mərtəbənin pəncərəsindən yıxılaraq 6-cı mərtəbənin eyvanına düşüb.

Yaşyarımlıq körpə və anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu ana ilə körpəsinin vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, onlara ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur:

"Mərkəzə gətirilərkən vəziyyətləri orta ağır olub. Müəyyən müayinələrdən keçirilib, məlum olub ki, körpədə bəzi sıyrıqlar və kiçik travmalar var. O cümlədən anasında da buna bənzər xırda travmalar və müəyyən sıyrıqlar müşahidə olunub. Hər ehtimala qarşı ikisi də ultrasəs müayinəsindən keçib. Onlarda daxili zədələrin müəyyən edilmədiyi məlum olub".

Qeyd edək ki, qadın 20 həftəlik hamilədir. O, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb, müalicəsi davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2381   Tarix: 20 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pensiya kapitalı ilə bağlı AÇIQLAMA - Hüququnuz necə müəyyənləşir?

Yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsində 25 il sığorta stajı və tələb olunan pensiya kapitalı alternativ şərtlər kimi çıxış edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, şəxs qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqd

00:17 113
.

Sabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb

Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib

00:27 120
.

Yasamalda 18 yaşlı oğlan binadan yıxılıb öldü

Dünən Yasamal rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14 radələrində Salyan rayon sakini 18 yaşlı Ş.Atayev Hüseyn Cavid prospekti 81 ünvanındakı binadan yıxılıb. Çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin girişindəki eyvandan yıxılan gənc hadisə yerində ölüb. Faktl

29.08.2026 291
.

Azərbaycan alüminium ixracından gəlirini 39 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 165,25 milyon ABŞ dolları dəyərində 46,7 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib. "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulların dəyər

29.08.2026 146
.

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar - Yeni ƏLİFBA

Özbəkistanda Azərbaycan və özbək rəsmilərinin öz dillərində danışaraq bir-birini anlaması ortaq tükcə məsələsini yenidən gündəmə gətirib. Uzun müddətdir türk respublikaları arasında ortaq ünsiyyət dilinin yaradılması müzakirə olunur. Bunun gerçəkləşməsi nə dərəcədə realdır? Hansı məqamlara diqqət yetirməliyik?

00:32 131
.

Buna görə 70 manat dövlət rüsumu alınacaq

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. "Unikal" xəbər verir ki, yeni qanunla Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyya

00:11 139
.

MİNİMUM PENSİYA NƏ QƏDƏR OLMALIDIR? - "Əgər ərzaq və dərman qiymətləri artırsa..."

Azərbaycanda pensiyaların indeksləşdirilməsi və artımı fonunda yaşlı insanların real gəlirləri məsələsi yenidən müzakirə olunur. Ərzaq, dərman və kommunal xərclərin yüksəlməsi pensiyaların alıcılıq qabiliyyətinə təsir edir. Pensiyalar real bahalaşmanı tam kompensasiya edirmi? Azərbaycanda minimum pensiy

00:20 124
.

XƏBƏRDARLIQ! Bakıda bu tarixədək LEYSAN OLACAQ

Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı

29.08.2026 278
.

İraqın sabiq nazirinin ABŞ vizası ləğv edildi: Terrora dəstəkdə şübhəli bilinir

ABŞ Dövlət Departamenti əvvəllər korrupsiyaya qarşı mübarizəyə və gender bərabərliyinin təşviqinə görə Amerika mükafatına layiq görülən İraqın sabiq maliyyə naziri Taif Sami Məhəmməd əş-Şakərçinin vizasını ləğv edib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin qlobal ictimaiyyətl

29.08.2026 147
.