Qalib xalqın Müzəffər Ordusu

Qalib xalqın Müzəffər Ordusuİkinci Qarabağ müharibəsi tarixə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar bəhrəsini verdi. Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi Qələbə əzmini artırdı, ordunu daha güclü etdi. Ulu öndər Heydər Əliyevin "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır" sözlərinin hikmətini sülh danışıqlarına sadiq qalmaqla, müdafiə qüdrətimizi möhkəmləndirməklə, ordumuzu ən müasir silah, sursat, hərbi avadanlıqlarla təminatını Qələbə üçün başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi müstəvidə qazanılan qələbə döyüş meydanındakı Zəfərimizi təmin etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu.
Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 9-da Üçtərəfli Bəyanatı imzaladı. Bu təslimçilik aktı Azərbaycanın gücünü, xalqımızın birliyini göstərdi. Bakıda keçirilən "Dəmir yumruq" adlı Zəfər paradı, nümayiş etdirilən ən müasir hərbi texnika, nizami ordu göstərdi ki, müharibədə beşinci nəsil hərbi texnikanın tətbiqi ilə düşmənə ölümcül zərbə vuran Azərbaycanın qarşısında dura biləcək qüvvə yoxdur. "Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Xalqımızın vətənpərvərlik ruhunun Qələbənin qazanılmasında böyük rolu olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqı bu tarixi anı yaşadığı üçün xoşbəxtdir.
XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin, peşəkarlığının, ən çətin istehkamları keçmək məharətinin dünyanın aparıcı hərbi məktəblərində öyrənilməsi Azərbaycan əsgərinin qüruru, məhvə məhkum Ermənistanın "yenilməz ordu mifi"nin dağıdılması idi. 30 il ərzində Ermənistanı dəstəkləyənlərin təxribatlarına baxmayaraq Qalib gələn Azərbaycan hərbçilərinin döyüş ruhu, Qələbə əzmi oldu.
Münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olan Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bunu hərbi yolla həll edəcəyik. Nəticədə də belə oldu.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 illik işğala tarixdə görünməmiş döyüş təcrübəsi ilə son qoydu. Qəhrəmanlıq dastanı olan Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Bu müharibədə xalqımız kimi bütün dünya ictimaiyyəti Milli Ordumuzun gücünü, qüdrətini gördü, heyrətləndi. Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanlar da təəccüblərini gizlədə bilmədilər. İşğal altına düşmüş birinci şəhərimiz olan Şuşanın sonuncu olaraq azad olunması Qələbə sevincimizin tarixi Zəfər dastanı oldu.
Qələbənin səbəbkarı isə 44 gündə birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirən Azərbaycan xalqı, Milli Ordumuzun hər bir əsgəri, zabitidir. Azərbaycanın hərbi, diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük sevinc payı sülh və sabitlik əsasında gələcəyi qurmaq uğrunda cəsarətli addımlar atan xalqımıza məxsusdur. Qələbəmiz üçün torpaqlarımızın bütövlüyü naminə qurban gedən Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Müharibə başa çatandan sonra və bu günlərdə Prezident İlham Əliyevin sərəncamları ilə Milli Qəhrəman adına layiq görülənlər, orden medallarla təltif olunanlar bu mükafatlara layiqdirlər. Müharibədə yaralananlara yüksək səviyyədə dövlət qayğısı göstərilir. Müharibə zamanı daim yanımızda olan Türkiyə qazilərimizin müalicəsində də qardaş yardımını əsirgəmir.
Silahlı Qüvvələrin yaranması günü münasibətilə hərbi mundir daşıyan bütün hərbçilərimizi təbrik edir, onlara uğurlara aparan yollarda Qələbələr arzulayırıq.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, qazı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 21 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib

19:52 121
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

19:22 178
.

Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay

13:29 211
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

18:30 158
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 191
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

17:00 184
.

Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi

Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini

14:20 177
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.