Universitetlərə minimum keçid balları - SİYAHI

Universitetlərə minimum keçid balları - SİYAHIAli məktəblərə qəbul imtahanlarının birinci cəhdi artıq başa çatıb. İndi abituriyentlər ikinci - sonuncu cəhdə hazırlaşırlar. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri ötən il ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid ballarıdır.

BiG.AZ xəbər verir ki, modern.az saytı abituriyentlərin marağını nəzərə alaraq, bəzi universitetlərə ötən ilki minimum keçid ballarını dəqiqləşdirməyə çalışıb.

Qeyd edək ki, 2021-ci ildə təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44 861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, ixtisaslar üzrə minimum keçid balları müxtəlifdir. Ancaq ümumilikdə götürəndə 2021-ci ildə AzMİU-da keçid balı 200 bal olub.

Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynəb Kazımova isə deyib ki, 2021-2022-ci tədris ili üzrə Bakı Slavyan Universitetində ən aşağı keçid balı "Regionşünaslıq" (Rusiya üzrə) (rus bölməsi, əyani təhsil forması) ixtisasında 152.6 bal olub.

Onun sözlərinə görə, ən yüksək keçid balı "Xarici dil müəllimliyi" (ingilis dili) ixtisasında olub. Həmin ixtisasın ödənişli keçid balı 450.4, dövlət sifarişli keçid balı isə 535.8 bal olub.

Azərbaycan Tibb Universitetində ötənilki keçid balları ilə bağlı mətbuat katibi Günel Aslanova məlumat verib. O, bir neçə ixtisasın balını açıqlayıb. Mətbuat katibinin sözlərinə görə, keçən il Müalicə işi ixtisası üzrə Azərbaycan bölməsində minimum bal 595, Rus bölməsi üzrə 602.4, İngilis dili bölməsində isə 666.3 olub. Stomayologiya ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 577.9, Rus bölməsində 582.1 olub. İctimai Səhiyyə ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 545.5, Rus bölməsində isə 547.1 bal olub. Əczaçılıq üzrə keçid Azərbaycan bölməsində 524, Rus bölməsində isə 512.3, Fizioterapiya ixtisası üzrə 567.7 bal, Tibb bacılığı ixtisası üzrə isə 488.9 bal olub.

Ötən il Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetinin hər birində minimum keçid balı 200 olub.

2021-2022-ci tədris ilində Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinə keçid balı da 200 olub.

Ötən il Bakı Ali Neft Məktəbində isə minimum keçid balı 400 bal olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 16099   Tarix: 21 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib

19:52 121
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

19:22 178
.

Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay

13:29 211
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

18:30 158
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 191
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

17:00 184
.

Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi

Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini

14:20 177
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.