Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ

Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏMedianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova "Report"a müsahibə verib. O, Avropa Şurasının Venesiya Komissiyasının iyunun 20-də Azərbaycanın "Media haqqında" qanununa dair açıqladığı rəyi şərh edib.

- Venesiya Komissiyasının "Media haqqında" qanuna dair verdiyi rəy sizin üçün gözlənilməz oldu, yoxsa elə bu cür yanaşma proqnozlaşdırırdınız?

- Venesiya Komissiyası dünən "Media haqqında" qanuna dair rəyini rəsmi vebsəhifəsində yerləşdirdikdən dərhal sonra Medianın İnkişafı Agentliyi məsələyə münasibətini açıqladı və bir çox məqamlara aydınlıq gətirdi. Biz ilkin rəylə təbii ki tanış idik və vaxt azlığına baxmayaraq, rəydə qeyd olunan məsələlərlə bağlı mövqeyimizi iyunun 13-də Venesiya Komissiyasına yazılı şəkildə təqdim etmişik. Qeyd etmək lazımdır ki, MEDİA tərəfindən irəli sürülən nəzəri və praktiki arqumentlərin bir qismi bu və ya digər formada yekun rəydə öz əksini tapıb. Məsələn, Venesiya Komissiyasına cavabda biz Media Reyestrinə daxil edilmək üçün jurnalistlərə qoyulmuş tələblərin şərhi zamanı "diqqətdən qaçmış" çox önəmli nüansı xatırlatmışıq - reyestr könüllüdür, reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə isə hər hansı məhdudlaşdırma müzakirə mövzusu deyil.

Bundan başqa, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün Agentliyə ərizə ilə müraciəti nəzərdə tutan hər hansı maddə qanunda ümumiyyətlə yoxdur. Bu cavabımızdan sonra həmin hissə rəydən çıxarılıb, digər hissələr isə daha balanslı şəkildə redaktə edilib və ya götürək fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin media subyektinin təsisçisi və iştirakçısı ola bilməməsi maddəsini. Biz Venesiya Komissiyasına bu şəxslərin dairəsini izah etdikdən sonra bu məsələ ilə bağlı da MEDİA Agentliyinin yanaşması qəbul edilib. Daha bir məqam qanundakı "İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar"a dair maddə ilə bağlıdır. MEDİA Agentliyinin ətraflı izahatından sonra Komissiyasının bu maddələrlə bağlı yanaşması müəyyən qədər dəyişib.

Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ- Venesiya Komissiyası MEDİA Agentliyinin başqa hansı rəylərini nəzərə alıb?

- Komissiya rəyində qanunun 15.2-ci maddəsinin məzmununu qiymətləndirmədən 15.3-cü maddəsini şərh etmişdi. Burada söhbət redaktor və ya jurnalistin öz informasiya mənbəyini açıqlamasından gedir. Qanunda göstərilir ki, yalnız ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün mənbə açıqlana bilər, o da ancaq məhkəmənin qərarı ilə. Bütün digər hallarda jurnalist özünün informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu izahatdan sonra yekun rəydə jurnalistin informasiya mənbəyini açıqlamağa məcbur edilməsini qadağan edən maddəyə istinad verilib. Komissiyanın diqqətinə çatdırılıb ki, jurnalist vəsiqəsinin verilməsi ilə jurnalistlərin akkreditasiyası tamamilə fərqli anlayış və prosedurlardır. Bundan sonra Komissiya rəydə akkreditasiya ilə bağlı istinadı dəyişib.

- Yəni Venesiya Komissiya bəzi məqamlarda MEDİA Agentliyinin mövqeyini və arqumentlərini qəbul edib?

- Bəli, Venesiya Komissiyası öz rəyində qanunun bir çox maddələrini müzakirə predmetinə çevirməyib və MEDİA Agentliyinin mövqeyi ilə uzlaşan yanaşma sərgiləyib. Hesab edirik ki, bu, beynəlxalq təşkilatlarla səmərəli dialoqun nəticəsidir.

- Bununla yanaşı, Venesiya Komissiyasının açıqladığı rəydə qurumun "Media haqqında" qanunda dəstəkləmədiyi maddələr də əksini tapır. Bu sənəddə qeyd olunan hansı məqamlar prinsipial narazılıq doğurur?

- Prinsipial narazılıq doğuran məqamlardan biri və ən başlıcası ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlarla bağlı yanaşmadır. Rəyə görə, "zorakılıq" elementi olmadığı təqdirdə dövlətin ərazi bütövlüyünə qarşı çağırışlara yol verilə bilər. Amma biz bu yanaşmanı heç bir halda qəbul edə bilmərik. 30 ildən artıq işğal və terrorla üzləşmiş bir ölkəyə qarşı belə yanaşma nə beynəlxalq hüququn prinsip və normalarına, nə də ölkəmizin və xalqımızın maraqlarına uyğun gəlir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, son dövr dünyadakı ictimai-siyasi və hərbi vəziyyət fonunda demokratiya beşiyi hesab olunan ölkələr belə məsələyə yanaşmada bizim baxışımıza uyğun mövqe ortaya qoyur. Avropanın özündə belə dövlətin və vətəndaşların təhlükəsizliyinə zərbə vuran, ictimai marağı təhdid edən informasiyanın məhdudlaşdırılması qanuni və əsaslı hesab edilir. Belə bir durumda Azərbaycandan ərazi bütövlüyünə qarşı çağırışlara "liberal" yanaşma tələb olunmasını anlamaq olmur.

- Rəydə tənqid olunan əsas məqamlardan biri də media subyektinə dair tələblərlə bağlıdır. Məsələn, əvvəllər məhkum edilmiş şəxslərin media subyektinin təsisçisi və ya iştirakçısı ola bilməməsi haqda maddə.

- Bəli, söhbət qanunun 26-cı maddəsindən gedir. Halbuki, bu maddədə hər şey aydın göstərilir - "əvvəllər məhkum edilmiş şəxslər" dedikdə, məsələn, hər hansı abidəyə zərər vurduğu üçün məhkum həyatı yaşamış şəxslər yox, ağır və ya xüsusilə ağır cinayətlərə, həmçinin ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslər nəzərdə tutulur. Azərbaycanın Cinayət Məcəlləsində bu kateqoriya cinayətlər konkret göstərilir - cinsi zorakılıq, irqi ayrı-seçkilik, seksual xarakterli zorakılıq hərəkətləri və s. Təəssüf ki, məsələ ilə əlaqədar dəfələrlə izahat verilməsinə baxmayaraq, bu maddə hələ də mahiyyətinə zidd şəkildə şərh edilir.

Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏMedia subyektlərinə dair tələblərlə bağlı bir məsələni də qeyd etmək istərdik ki, qanunda media subyektlərinin xarici şəxslər tərəfindən təsis edilməsi və xaricdən maliyyələşdirilməsi qətiyyən istisna edilmir. Belə olan halda, sadəcə, nizamnamə kapitalında pay nisbəti müəyyənləşdirilir. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün şəxsin Agentliyə məlumat verməsi isə icazə deyil, bəyanetmə xarakteri daşıyır ki, bunu lisenziya proseduru ilə eyniləşdirilmək əsassızdır.

- Venesiya Komissiyasının rəyində qanunun "jurnalist" anlayışını məhdudlaşdırdığına, həmçinin qanunun icrasının mümkün olmayacağına işarə edilir. Bu məsələyə münasibətiniz necədir?

- Qüvvədən düşmüş "Kütləvi informasiya vasitələri haqqında" qanundan fərqli olaraq, "Media haqqında" qanun "jurnalist" anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edib, bu fəaliyyətə daha geniş prizmadan yanaşıb. Məqsədimiz Azərbaycan jurnalistlərinin yalnız ölkə daxilində deyil, ölkə xaricində də peşəkar fəaliyyətini məhdudiyyətlərdən qorumaqdır.

Ümumilikdə, "jurnalist" anlayışı peşəkar jurnalist fəaliyyətinin də daxil olduğu bir çox fəaliyyət istiqamətlərini əhatə edir. Hazırki qanun isə yalnız jurnalist fəaliyyəti ilə peşəkar səviyyədə və gəlir əldə etmək məqsədilə məşğul olan şəxslərə aiddir və bu fəaliyyətə "həvəskar" səviyyədə yanaşan şəxsləri predmetinə aid etmir. Çünki Azərbaycanda çoxlu sayda normativ hüquqi aktlar peşəsindən və peşəkarlıq səviyyəsindən asılı olmayaraq bütün vətəndaşlara informasiya axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı ilə bağlı təminat verir.

Qanunun istifadəyə uyğun olmadığına dair səslənən fikirlərə gəlincə, qanun bu il fevralın 8-dən qüvvəyə minib və təxminən 4 aydır ki, tətbiq olunur. Bu müddət ərzində bütün media ictimaiyyəti qanunun hər hansı məhdudiyyətlərə yol açmadığının şahidi olub. Əksinə, jurnalistlər öz fəaliyyətlərində qanunun müdafiə mexanizmlərinə, onlara qarşı təqib və təzyiqi, peşəkar fəaliyyətinə müdaxiləni qadağan edən, müəlliflik hüquqlarının qorunmasını nəzərdə tutan və s. maddələrə dəfələrlə istinad ediblər.

Bir sözlə, indiyədək tətbiqində heç bir məhdudiyyət müşahidə olunmayan qanunun gələcəkdə media subyektlərinin və jurnalistlərin müdafiəsinə yox, onların fəaliyyətinin məhdudlaşdırılmasına yönələcəyi ilə bağlı iddialar hüquqi arqumentlərə deyil, "daxili inam"a və hansısa "mifoloji motiv"ə əsaslanır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 21 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi

12:19 284
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

20:15 100
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

15:30 188
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 162
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

14:40 182
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

20:40 9
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 167
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

19:15 145
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 219
.