"Space TV"yə ciddi xəbərdarlıq

"Space TV"yə ciddi xəbərdarlıqAudiovizual Şuranın iclası keçirilib.

Şuradan BiG.AZ-a verilən xəbərə görə, iclasda "Space" televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan "Elin sözü" proqramında "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması faktları müzakirə olunub.

Belə ki, yuxarıda adı çəkilən proqramın yayımı zamanı aparıcı tərəfindən "Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf eləmiş vəziyyətdə olmalıyıq..." ifadəsi işlənib. Hətta bilməyərək və ya xüsusi bir məqsəd olmadan, o cümlədən Azərbaycanda yaşamayan etnik qruplar haqqında işlədilən belə tipli açıqlamalar və ya fikirər etik olmamaqla yanaşı, cəmiyyətimizə xas olmayan ksenofobiyanın yayılmasına və ayrı-ayrı tamaşaçılarda milli və ya irqi üstünlük hisslərinin yaranmasına gətirib çıxara bilər.

Eyni zamanda, şübhəli fəaliyyətlə məşğul olan ekstrasens, parapsixoloq və sairə bu kimi şəxslər tərəfindən öz fəaliyyətlərinin təbliğinə televiziya kanalınən efirində imkan yaradılması faktı da Şura tərəfindən qeydə alınmışdır ki, bu da, yeni "Media haqqında" Qanunun müvafiq müddəasının tələblərinin pozulmasıdır.

Aparılan müzakirələrdən sonra Şura üzvləri "Space" televiziyası yayımçısının efirində ilk dəfə belə halın baş verməsini və qeyd olunan proqramın aparıcısının uzunmüddətli jurnalist fəaliyyətini, bu sahədəki təcrübəsini nəzərə alaraq "Space" televiziyası yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul etmişlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2491   Tarix: 24 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Axı mənimlə evlənəcəkdin" - Rəşid Behbudovun qızından Polad Bülbüloğluna

Əfsanəvi müğənni Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Behbudova Xalq artisti, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun üçüncü dəfə evlənməsi iddialarına zarafatyana münasibət bildirib. xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında paylaşım edib. "Mənim sevimli "quşcuğazım"

29.08.2026 331
.

Geyimləri ilə gündəmə gələn Fidan müəllim SAXLANILDI

Türkiyədə geyim tərzi ilə diqqət çəkərək məşhurlaşan müəllim Fidan Atalay saxlanılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ankara Baş Prokurorluğu Atalayın "fidannatalay" adlı İnstaqram hesabında yayımladığı paylaşımları Türkiyə Cinayət Məcəlləsinin 226-c

29.08.2026 453
.

XƏBƏRDARLIQ! Bakıda bu tarixədək LEYSAN OLACAQ

Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı

29.08.2026 278
.

Azərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb

Bu ilin avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 53 milyard 925,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 8,15 %, 2025-ci ilin avqustun 1-i ilə müqayisəd

29.08.2026 123
.

NASA: "Starship" kosmik sisteminin sınaq buraxılışları hər həftə həyata keçirilə bilər

"SpaceX" şirkəti 2027-ci ildən başlayaraq "Starship" kosmik gəmisinin sınaq uçuşlarını təqribən hər həftə reallaşdırmağa başlaya bilər. xəbər verir ki, bu proqnozu ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman "Fox News" telekanalını

29.08.2026 149
.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb

Bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 34 milyard 155,1 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 6,9 %, ötən il avqustun 1-i ilə müqayisədə 12,9 % çoxdur

29.08.2026 151
.

Bakıda fərdi yaşayış evi yandı

Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında

29.08.2026 149
.

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar - Yeni ƏLİFBA

Özbəkistanda Azərbaycan və özbək rəsmilərinin öz dillərində danışaraq bir-birini anlaması ortaq tükcə məsələsini yenidən gündəmə gətirib. Uzun müddətdir türk respublikaları arasında ortaq ünsiyyət dilinin yaradılması müzakirə olunur. Bunun gerçəkləşməsi nə dərəcədə realdır? Hansı məqamlara diqqət yetirməliyik?

00:32 131
.

Ətin qiyməti YENİDƏN DƏYİŞDİ - Bazarda nə baş verir?

Ətin qiymətində növbəti bahalaşma istehlakçıların diqqətini yenidən bu məsələyə yönəldib. Son bir ildə ətin qiymətinin bir neçə dəfə artması artıq ciddi müzakirələrə səbəb olur. -a danışan iqtisadçı Emin Qəriblinin sözlərinə görə, qiymət artımına bir neçə amil təsir edir:. "Ölkəmizdə qoyun və ma

29.08.2026 212
.