Kütləvi ölümlər olmayacaq, virus zəifləyib

Kütləvi ölümlər olmayacaq, virus zəifləyibHəkimlər deyir ki, koronavirusa yoluxmada artımlar olsa da, əvvəllər olduğu kimi kütləvi ölümlər olmayacaq. İlk növbədə ona görə ki, virus özü də zəifləyib, digər tərəfdən isə əlimizdə effektiv dərman preparatları da var.

Son iki ayda koronovirusla bağlı təlaş, demək olar ki, yox səviyyəsində idi. Hər gün açıqlanan statistika da ürəyimizə su səpirdi. 4 rəqəmli yoluxma sayından tək rəqəmliyə düşdük, hətta "Azərbaycanda koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, vəfat edən olmayıb" kimi faktları da tarixə yazdıq. Elə rahat nəfəs alırdıq ki, son günlər xəstə sayının artımla davam etməsi bizi narahat etdi. COVID-19-la bağlı ikinci gözlənilməz xəbər isə İsraildən gəldi. Sözügedən ölkənin Səhiyyə Nazirliyi ölkədə koronavirusun yeddinci dalğasının başladığını rəsmən elan edib. Bəs bu artım nə ilə bağlıdır? Təşvişə əsas varmı?

Kaspi qəzeti bu suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət edib.

"Yayda infeksion xəstəliklərlə daha çox rastlaşırıq"

Pulmonoloq Əsəd Beydullayev deyir ki, artımın olması gözlənilən idi. Amma bu artım indi deyil, payız ayları üçün proqnozlaşdırılırdı: "Bu, gözlənilən idi, çünki pandemiya hələ bitməyib. Öz təcrübəmdən deyə bilərəm ki, yay aylarında infeksion xəstəliklərlə daha çox rastlaşırıq. Səbəb odur ki, havalar qızanda insanlar kondisionerlərdən, soyuq sulardan istifadə edir. Bununla da soyuqdəymə, pnevmoniyaların sayı avtomatik olaraq artır. Havalar mülayim keçdiyi üçün biz bununla rastlaşmadıq. İstilər başlayan kimi artım da özünü göstərir".

"Səyahətlər yoluxma sayını ortaya çıxarır"

Həkimin sözlərinə görə, artımın müşahidə edilməsinin ikinci səbəbi xaricə səyahətlərlə bağlı testlərin daha çox edilməsidir: "İnsanlar istirahətə gedirlər və məcburi test verirlər. Əksər insanlar simptomsuz keçirir və xəstəlik yalnız test verdikdə aşkar olunur. O da real yoluxma sayının ortaya çıxmasına səbəb ola bilər".

"Bu artım siqnaldır"

Həmsöhbətimizə görə, artımın üçüncü səbəbi isə insanların həssaslığının azalmasıdır: "İnsanlarda arxayınlaşma, rahatçılıq yaranıb. Pandemiyanı tam bitmiş hesab edirlər. Bu da artıma öz təsirini göstərir. Hər bir halda bu, bizə siqnaldır ki, bu məsələ tam sona çatmayıb və qığılcımlar qalır. Ən qorxduğumuz aylar sentyabr, oktyabrdır. Yanaşı olaraq, COVID-19 virusu aradan götürülməsə və yeni ştammlar yaransa, bu, bizi yora bilər. Sevindirici hal ondan ibarətdir ki, 2 illik təcrübədən sonra insanlarımız bu işdə səriştə əldə ediblər. Yəni deyilərsə ki, maska taxılsın, bu, insanlara çətin gəlməyəcək. Hamı alışıb, bilir və məlumatlıdırlar".

"Düşünməyin ki, yoluxma sayı azdır, biz yoluxmarıq"

Mütəxəssis vurğulayır ki, əvvəllər olduğu kimi kütləvi ölüm, ciddi xəstəliklər, böyük ehtimal ki, görməyəcəyik: "Artım payızda daha çox olsa belə, ona qarşı tədbirləri hamı bilir, həkimlər məlumatlıdır. Bu səbəbdən əvvəlki kimi ağır gedişatın olacağını düşünmürəm. İnsanlar ilk növbədə ayıq-sayıqlığı əldən verməsinlər. Qızdırma, öskürək, nəfəs darlığı olarsa, həkimə müraciət etsinlər. Düşünməsinlər ki, yoluxma sayı azdır, biz yoluxmarıq. Məsələn, mən 2 ay yarımdır ki, ağır COVID xəstəsi görmürdüm. Amma 3 gün bundan öncə bir xəstə müraciət etdi. Kompüter tomoqrafiyada klassik korona görüntüsü ilə yenidən rastlaşdım. Ehtiyat tədbirlərini əldən vermək olmaz. Əslində, bunlar bizim daimi həyatımızda olmalıdır. Əllərin yuyulması, sosial məsafənin saxlanması, el-obanın ən sevimli məşğuliyyətindən biri olan, xüsusilə xeyir, şər məclislərində öpüşməkdən uzaqlaşmaq lazımdır. Bu, tək koronavirusun yox, digər infeksion xəstəliklərin də yayılmasının qarşısını alır".

İnfeksion xəstəliklərin dalğavarı gedişatı

Almaniyada çalışan azərbaycanlı həkim Elvin Hüseynov deyir ki, omikronun artması bir çox mütəxəssislərə görə gözlənilən idi: "Əhalinin tam hissəsi hələ də peyvənd olunmayıb. Peyvənd olunsalar belə, 6 ay keçdikdən sonra qanda qoruyucu anticisimlərin miqdarı azalır, ona görə də yeni yoluxma ehtimalı yüksəlir. Digər məsələ, infeksion xəstəliklərin dalğavarı gedişatıdır. Müəyyən zamandan sonra yoluxmaların həddi maksimal saya çatır və sonra azalmağa doğru gedir. Azalmadan sonra yumşalmalar olur və yoluxma sayı artır. İndi üstünlük təşkil edən ştamm omikrondur. Omikron daha yüngül kliniki gedişə səbəb olur və dərman preparatı da mövcuddur".

"Xəstəlik ilk vaxtlardakı kimi dəhşətli deyil"

Həkim deyir ki, narahatçılığa və təşvişə əsas yoxdur. Artıq xəstəlik ilk vaxtlardakı kimi dəhşətli deyil: "Yoluxmanın qarşısını almaq üçün yenə də peyvənddən istifadə etmək lazımdır. Zənnimcə, ümumi olaraq narahatçılığa səbəb yoxdur. Çünki həm əlimizdə təsir göstərən dərman preparatı mövcuddur, həm də öz-özlüyündə xəstəlik daha yüngül formada keçir. Digər baxımdan da əhalinin müəyyən qismində immunitet mövcuddur".

"Bizi nələrin gözlədiyindən xəbərsizik"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı da insanları diqqətli olmağa çağırıb: "Keçən il yay mövsümündə azalan yoluxma sayı payız aylarında artmışdı. Ona görə də diqqətli olmaq lazımdır. ÜST hər zaman virusun növlərini, yeni ştammları nəzarətdə saxlayır. Nəzərə alaq ki, bu gün də omikron ştammının yeni variantları meydana çıxır. Bütün bunlar da müşahidələrimiz altındadır. Bilməliyik ki, pandemiya hələ də davam edir. Payız mövsümündə bizi nələrin gözlədiyindən xəbərsizik. Bu səbəbdən iki il ərzində əldə etdiyimiz, qazandığımız qoruyucu tədbirlərə yenə də əməl etməliyik".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1196   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.