Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyiAzərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi.
BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub.
Prezident İlham Əliyevin Vətənimizin inkişafı istiqamətində göstərdiyi fəaliyyəti xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliyin artması ilə də yadda qaldı. Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərdi. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xarici siyasətin prioritet istiqaməti oldu.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi əlaqədar Prezident İlham Əliyevin cari ilin 27 iyun 2022-ci il tarixində Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" adlı mövzusunda 11-ci sessiyası keçirilib. Cənab Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, "2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi" və "Yeni Şəhər Gündəliyi" dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu "Qafqazın Xirosiması" adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib: "İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər".
Azərbaycan dövlətinin ardıcıl şəkildə həyata keçirdiyi müstəqil və balanslı siyasət ölkəmizin siyasi nüfuzunun artmasında, etibarlı tərəfdaş kimi böyük rol oynayır.

Aynur Xəlilova – yazıçı publisist


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 871   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy

12:16 199
.

Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay

13:29 210
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

15:06 186
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

15:10 175
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 149
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 186
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya

11:33 191
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 175
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir

10:47 208
.