Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıqKoronavirus pandemiyası bitməmiş meymunçiçəyi virusu bütün dünyanı təhdid etməyə başlayıb. Artıq 40-dan çox ölkədə meymunçiçəyinə 4 500-ə yaxın yoluxma halı aşkar edilib. Xüsusilə də Avropa ölkələrində bu xəstəlik sürətlə yayılır.

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmasa da, virus bir addımlığımıza çatıb. Belə ki, qonşu Türkiyə və Gürcüstanda infeksiyanın peyda olması Azərbaycanı da qabaqlayıcı tədbirlər görməyə vadar edir.

İlk addım olaraq, Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlayıb. Sənəddə xəstəlikdən qorunma yolları, müalicə qaydaları və digər məqamlar yer alıb. Eyni zamanda yaxın günlər ərzində ölkəmizə meymunçiçəyi virusunu müəyyən etmək üçün testlərin gətirilməsinə qərar verilib.

Təhlükənin bizə yaxınlaşdığını nəzərə alsaq, daha hansı qabaqlayıcı tədbirlərin görüləcəyi sual doğurur.

Bununla bağlı Modern.az-a danışan tibb üzrə elmlər doktoru, tanınmış həkim Adil Qeybulla bildirib ki, meymunçiçəyinə qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsas götürülməlidir.

"Xüsusilə xəstəliyin diaqnostikası istiqamətində unifikasiya olunmuş metodlardan istifadə olunmalıdır. Ya testlər, ya da başqa müayinə üsullarından mütləq istifadə olunmalıdır. Ümumiyyətlə, epidemioloji vəziyyətə uyğun olaraq, insanların yenidən vaksinasiyası üçün hazırlıqlar görülməlidir. Məlumdur ki, meymunçiçəyi virusu vaksinə qarşı həssaslıq göstərir".

Həkim həmçinin vurğulayıb ki, hazırda həm qonşu ölkələrdə, həm də Azərbaycanda koronavirusa yoluxma halları artır. Bu isə ondan xəbər verir ki, epidemioloji vəziyyət hər an pisləşə bilər.

"Payıza doğru karantin qaydaları sərtləşdirilə bilər. Bu, birmənalı proqnoz olmasa da, hər halda ehtimal olunan situasiyadır. Ona görə də hesab edirəm ki, bizdə xəstəlik yoxdur deyə arxayın otura bilmərik", - A.Qeybulla bildirib.

Onun fikrincə, xəstəliklə mübarizə tədbirləri çərçivəsində müəyyən təbliğat işləri görülməlidir:

"Əhalinin maarifləndirilməsi işi sürətlə aparılmalıdır. İkincisi, meymunçiçəyi virusunun kontakt vasitəsilə keçdiyini nəzərə alıb, təmasların məhdudlaşdırılması həyata keçirilməlidir. Hər halda virusun profilaktikası, yoluxmanın önlənməsi ilə bağlı ÜST-ün tövsiyələri əsasında təbliğat işi qurulmalıdır. Biz bunu KİV-lərdə görmürük. İlk növbədə elə etmək lazımdır ki, əhali məlumatlı və ehtiyatlı olsun".

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma sayında nisbətən artım müşahidə edilir. Səhiyyə naziri Teymur Musayev ötən gün jurnalistlərə açıqlamasında yoluxma sayının artmasına aydınlıq gətirib.

"Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tuturlar. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır", - nazir deyib.

T.Musayev onu da qeyd edib ki, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir:

"Ağırlaşmalar, demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 924   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 157
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 171
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

11:13 221
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy

12:16 197
.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

17:40 142
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 222
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 189
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 140
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

15:20 193
.