II Elizabet öz səlahiyyətlərinin bir hissəsini şahzadə Çarlza ötürür
Böyük Britaniya kraliçası II Elizabet öz səlahiyyətlərinin bir hissəsini taxtın varisi, Uels şahzadəsi Çarlza keçir.
"Report" xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri məlumat yayıb.
Nəşr 10 ildən artıq müddətdə ilk dəfə Bukingem sarayı tərəfindən monarxın rəsmi vəzifələrinin siyahısına əhəmiyyətli dəyişikliklər edildikdən sonra belə qənaətə gəlib. Əvvəllər siyahıya baş nazirin təyin edilməsi, parlamentin yeni sessiyalarının açılışında iştirak, dövlət səfərləri və belə səfərlər zamanı Böyük Britaniyaya səfər edən digər dövlətlərin yüksək vəzifəli şəxsləri ilə görüşlər daxil idi.
May ayında 73 yaşlı şahzadə Çarlz ilk dəfə parlament iclasının açılışında II Elizabeti əvəz edib. Kraliça 59 ildən sonra ilk dəfə bu mərasimdə iştirak etməyib.
96 yaşlı kraliça bel ağrısı və diskomfortdan əziyyət çəkir. Ötən ilin oktyabrında II Elizabet səkkiz ildə ilk dəfə xəstəxanaya yerləşdirilib və bir gün xəstəxanada qalıb, bu da tibbi müayinənin zəruriliyi ilə izah edilib. Bundan sonra həkimlərin təkidi ilə kraliça müvəqqəti olaraq uzaq səfərlərdən imtina edib, ictimai tədbirlərə qatılma ehtimalı xeyli azalıb və uzun illərdən sonra ilk dəfə olaraq xalq qarşısına əsa ilə çıxmağa başlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 935 Tarix: 03 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir
Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ
12:37 178 Azərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
18:00 96 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 163 Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb
10:40 257 Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi
12:19 261 Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib
17:20 133 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 170 Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
10:04 196 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir
10:47 204