Qarnı içəri çəkmək ARIQLADIR? - VİDEO
İngiliscə "stomach vacuum" adlanan mədə vakuumu məşqi qarnı içəri çəkib saxlamaqdan ibarətdir. Bəs qarnı içəri çəkmək arıqladırmı?
BiG.AZ xarici mətbuata istinadən oxucuları bu barədə məlumatlandırmaq istəyir.
Mədə vakuumu məşqi nədir?
Bir çox qarın məşqləri üzdəki qarın əzələlərini çalışdırır. Mədə vakuumu məşqi isə ən dərindəki qarın əzələsi hesab olunan "transversus abdonimis"ə təsir edir. Daxili qarın divarı kimi də tanınan bu əzələ qarın boşluğundakı orqanların qarşısında bir "çəpər" rolunu oynayır. Dərində olduğundan klassik qarın məşqləri bu əzələyə çox da təsir etmir. Köməkçi tənəffüs əzələlərindən sayıldığı üçün bu əzələ dərin nəfəs zamanı işləyir.
Mədə vakuumu məşqi necə edilir?
Mədə vakuumu məşqi zamanı qarnı qabağa çıxararaq mümkün qədər çox hava udub, nəfəsi verdikdən sonra mədəni mümkün qədər içəri çəkmək və 15-20 saniyə saxlamaq lazımdır. Mədənizi belinizə "yapışdırmağa" çalışdığınız kimi görünməyiniz bu hərəkəti düzgün etdiyinizi göstərir. Yeni başlayanlar əllərini masaya, yaxud dizlərinə dayamaqla məşqi yerinə yetirə bilərlər.
Mədə vakuumu məşqi möcüzələr yarada bilərmi?
Təəssüf ki, heç bir məşq təklikdə sizi xəyallarınızdakı bədənə qovuşdura bilməz. Qarın ətrafındakı yağları əritməyin yeganə yolu arıqlamaqdır, lakin bu əzələni çalışdırmaqla daha sağlam qarın divarına sahib ola və dolu mədənin yaratdığı şişkinlik görüntüsünü minimuma endirə bilərsiniz. Mədə vakuumunu sağlam qidalanma və kardio məşqlərlə yanaşı etməklə istənilən nəticəyə çatmaq mümkündür.
Mədə vakuumu məşqini edərkən nəyə diqqət yetirilməlidir?
Məşqi səhərlər, mədənizin hələ boş olduğu zaman etmək yaxşıdır.
Birdən-birə çox məşq etmək növbəti gün qarın ağrısına səbəb ola bilər. Yavaş-yavaş və qısamüddətli təkrarlamalarla başlayın və hazır olduğunuzu hiss etdiyiniz zaman məşqləri artırın.
Başgicəllənmə hiss etsəniz, məşqi dayandırın və növbəti cəhdinizdə müddəti azaldın.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 767 Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26.10.2026 854 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 915 Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14.10.2026 921 İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13.10.2026 815 Protein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
01.11.2026 463 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 831 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 617 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 773