Brilliant Dadaşova ona qadağa qoydu, İbrahim Tatlıses təklifini rədd etdi - Sevgilisi Azəri qızı Güneli hansı məşhurla aldatdı?

Brilliant Dadaşova ona qadağa qoydu, İbrahim Tatlıses təklifini rədd etdi - Sevgilisi Azəri qızı Güneli hansı məşhurla aldatdı?BiG.AZ Kulis.az-a istinadən Azəri qızı Günel kimi tanınan müğənni Günel Zeynalova haqqında maraqlı faktları təqdim edir.

Günel Rəhman qızı Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdam şəhərində anadan olub. Ağdamda məşhur Zeynalovlar nəslindəndir. 1993-cü ildə Ağdam işğal olunandan sonra Günel ailəsi ilə birlikdə Bakıda məskunlaşır. Klarnet ifaçısı olan atası tez-tez toylara gedir, evdə musiqilər ifa edir. Bu isə Günelin və qardaşı Tunarın musiqiyə olan maraqlarının güclənməsinə səbəb olur.

***

1998-ci ildə İbrahim Tatlıses konsert vermək üçün Bakıya gəlir. Konsert zamanı Günel qardaşı ilə birgə səhnəyə çıxmağa nail olur. Balaca qızcığazın ifasına valeh olan Tatlıses elə səhnədən Güneli özü ilə Türkiyəyə aparacağını, onun üçün musiqi albomu çıxaracağını elan edir.

***

Bundan sonra ailəsi ilə birlikdə Türkiyəyə köçən Günel böyük səhnələrə, televiziya kanallarına çıxır. Hər kəs onun səsinə və istedadına valeh olur. Tatlıses ona Azeri kızı Günel təxəllüsünü verir və ard-arda ona bir neçə musiqi albomu çıxarır.

Türkiyədə yaşadığı illər ərzində o, "Didem", "Beni anneme götürün", "Bir gün toprak olacağız", "Yaralandım", "Çoçukların günahı ne?", "Ne olur Allahım" mahnıları ilə böyük məşhurluq qazanır.

***

Karyerasının başlanğıcında Günel əslən İrandan olan iş adamı Rza Zərrabi ilə tanış olur. Onunla səkkiz illik eşq yaşayır və ailələrinin razılığı ilə nişanlanırlar. Ancaq toya hazırlıq ərəfəsində Günel Rzadan gözlənilməz zərbə alır. Rza ondan ayrılaraq türkiyəli müğənni Ebru Gündeşlə isti münasibət qurur.

***

2010-cu ildə Rza mətbuata açıqlama verərək Günelin və ailəsinin onu hədələdiyini bildirir. Uzun illərdən sonra Rza ilə Ebru Gündeş boşanır. Bu zaman Günel keçmişdə baş verən hadisələrə belə münasibət bildirərək deyir:

"Dubayda gəlinlik paltarı alan zaman Rza tərəfindən aldadıldığımı öyrəndim. Susmaq ən böyük intiqamdır. Mən o vaxtlar çox susdum. İndi isə haqq-ədalət öz yerini tapdı".

Günelin qalmaqal yaşadığı müğənnilərdən biri Brilliant Dadaşova olub. Belə ki, Günel Dadaşovanın "Maç-maç" mahnısını oxumaq istəsə də, müğənni buna etiraz edir. Bu etiraz onların arasında soyuqluq yaradır. Ancaq bir neçə ildən sonra onlar İradə İbrahimovanın vasitəsi ilə Türkiyədə barışırlar. Bu barədə Günel açıqlamalarının birində deyir:

"Maç-maç" mahnısı üstündə mübahisəmiz olmuşdu. Onu oxumaq istəyirdim, Brilliant xanım da icazə vermədi. Mən də küsdüm. Sonra mənə izah etdi ki, Türkiyədə bir şirkətlə müqavilə imzalayıb. Bir il həmin mahnını heç kim oxuya bilməzdi. Mən də barışdım".

***

Üç dəfə nişanlanan Günel nədənsə sonradan nişanlıları ilə yollarını ayırıb. Uzun illərdir Türkiyədə yaşasa da, ildə bir neçə dəfə Bakıya qonaq gəlir. Dəfələrlə estetik əməliyyatı etdirdiyindən xeyli gündəmdə olan Günel səhnə adamı olduğu üçün estetik əməliyyatları barədə heç nəyi gizlətmir.

Vaxtilə onu kəşf edib Türkiyəyə aparan və onu ulduza çevirən İbrahim Tatlıses və onun ailəsi ilə əlaqələrini kəsməyən Günel İbrahim Tatlıseslə duet oxumaq arzusunu illər sonra dilə gətirərək deyir:

"Ona dedim ki, sizinlə duet oxumaq istəyirəm. Mənə dedi ki, sənin buna ehtiyacın yoxdur. Sənin səsin var. Niyə mənimlə özünü təsdiq edəsən ki? Sən Azəri qızı Günel kimi tanınırsan. Amma İbrahim bəy mənim üçün bek-vokal oxuyub. İbrahim bəy kimə bek-vokal oxuyub indiyə kimi? Heç kimə! Sibel Can da deyib duet oxuyaq, ona da "yox" deyib. Sibel Canla oxumayandan sonra, mən kiməm ki?"


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1607   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi

Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş

08.11.2026 175
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1616
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 519
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 623
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 695
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 436
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 216
.

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on

01.11.2026 472
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

13:42 148
.