ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülərABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotlar yaxınlıqlarında naməlum obyekt müşahidə ediblər.

NUFORC-un məruzəsinə əsasən, onlar dərhal ən yaxın hava limanının dispetçeri ilə əlaqə saxlayaraq gördükləri mənzərəni təsvir ediblər. Təyyarə təxminən 12 min metr hündürlükdə uçarkən pilotlar onlardan bir kilometr yuxarıda uzunluğu on metrə çatan hamar, gümüşü rəngli obyekt gördüklərini deyiblər.

Naməlum uçan obyekt uzunsov həb formasında olub. Onun səthində heç bir bükülmə və ya qat yeri diqqət çəkməyib. Bununla belə, hava gəmisinin toqquşma xəbərdarlığı sistemi işə düşməyib. Pilotların məlumat verdiyi dispetçer isə radar ekranlarında heç bir obyekt aşkarlamadığını bildirib.

Uçuş heyətinin üzvlərindən birinin ehtimalına görə, UNO onların keçməyə çalışdığı fırtına buludlarının arasından çıxıb. Onun fikrincə, təyyarənin mühərriklərinin buzlaması və güclü turbulentlik kimi hava şəraitində bu cisim hava şarı ola bilməzdi.

ABŞ-nin Mülki Aviasiya üzrə Federal İdarəsi NUFORC tərəfindən tənqidlərə məruz qalıb. Belə ki, naməlum obyektlə bağlı məlumatların digər müvafiq orqanlara ötürülməsinə dair heç bir sübut yoxdur.

NUFORC ekspertlərinin qənaətinə görə, bu cür laqeyd yanaşma və hadisənin araşdırılmaması ümumi uçuş təhlükəsizliyini risk altında qoyur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 142   Tarix: 01 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ

Kartof qızartmasını ət, pomidor və ya çörəklə yeməyin təhlükəli olduğu barədə müxtəlif iddialar yayılır. Lakin bu birləşmələri hamı üçün zərərli saymaq düzgün deyil. Diqqət yetirilməli məqamlardan biri kartofun nə dərəcədə qızardılmasıdır. xarici mediaya istinadla xəbər verir ki, kartofun tərkibindək

25.10.2026 633
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

19:50 0
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

19:40 0
.

Qarpızı, balqabağı və ananası qabıqlı yeyin!

Britaniyalı tədqiqatçılar meyvə və tərəvəzlərin zibilə atılan qabıq, toxum və gövdələrinin zəngin lif mənbəyi olduğunu sübut ediblər. Əhalinin cəmi 4 faizinin gündəlik 30 qramlıq lif normasını ödədiyini vurğulayan mütəxəssislər insanları qırağa atılan hissələri istehlak etməyə çağırırlar. "Qafqazinfo"

30.10.2026 414
.

Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın

Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün

31.10.2026 260
.

Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən

14:10 192
.

Tezbazar.Az - Şəxsi əşyalar, geyim və digər əşya satışı elanları

Elanlar saytı -ın Şəxsi Əşyalar bölməsində zövqünüzə uyğun istənilən əşyanı tapa bilərsiniz!. Saytımız vasitəsilə təzə və ya işlənmiş əşya tapmaq artıq çox asandır. Çünki bu tip elanların hamısı onlayn elanlar platforması olan -da toplanıb. Saytımızın Şəxsi Əşyalar kateqoriyasını seçməklə, bu tip elanlarl

25.10.2026 1887
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

15:50 186
.

Hamilə olduğunu doğuşa saatlar qalmış öyrəndi

Böyük Britaniyada 41 yaşlı qadın hamilə olduğunu doğuşa cəmi bir neçə saat qalmış öyrənib. xarici mediaya istinadən xəbər verir ki, Semmi Evans adlı qadın qarnında yaranan qeyri-adi şişkinlik səbəbindən həkimə müraciət edib. Məlumata görə, sentyabrın 14-də tibbi müayinədən keçən qadına hamiləlik test

25.10.2026 486
.