Hamilə olduğunu doğuşa saatlar qalmış öyrəndi
Böyük Britaniyada 41 yaşlı qadın hamilə olduğunu doğuşa cəmi bir neçə saat qalmış öyrənib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Semmi Evans adlı qadın qarnında yaranan qeyri-adi şişkinlik səbəbindən həkimə müraciət edib.
Məlumata görə, sentyabrın 14-də tibbi müayinədən keçən qadına hamiləlik testi etmək təklif olunub. İlkin testin nəticəsi mənfi olsa da, diqqətli həkim testdə çox zəif görünən ikinci xətti müşahidə edib və qadına evdə yenidən yoxlanmağı tövsiyə edib. Ev şəraitində aparılan ikinci test isə hamiləliyi təsdiqləyib.
Bu xəbər 41 yaşlı Semmi üçün tamamilə gözlənilməz olub. O, hamilə olduğunu və doğuşun bu qədər yaxınlaşdığını ağlına belə gətirməyib. Həmin gecə qadın qarın nahiyəsində şiddətli ağrılardan oyanıb və təcili tibbi yardım çağırıb.
Hadisə yerinə gələn həkimlər qadında doğuş prosesinin başladığını müəyyən ediblər. Semmi sancıların doğuşla əlaqəli olduğunu anlamayıb. Çünki o, ilk övladını təcili qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib və təbii doğuş sancılarının necə olduğunu bilməyib.
Nəticədə qadın sağlam oğlan uşağı dünyaya gətirib. Körpəyə Noy adı verilib. 41 yaşlı britaniyalı bildirib ki, 38 yaşlı həyat yoldaşı Tristan Makkend ilə yeni övlad sahibi olmağı planlaşdırmayıblar. Buna görə də baş verənləri dərk etmək onlar üçün asan olmayıb.
"İndi artıq hər şeyə öyrəşmişəm. Sadəcə, ona baxıram və nə qədər şirin olduğunu düşünürəm. Məncə, uşaqlar hər zaman bir nemətdir", - deyə qadın bildirib.
Qeyd edək ki, belə hallar tibbdə "gizli hamiləlik" (kriptik hamiləlik) adlandırılır. Bu zaman qadın hamiləliyin əlamətlərini başqa səbəblərlə əlaqələndirdiyi üçün uzun müddət hamilə olduğunu anlamaya bilər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 120 Tarix: 25 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİşıqlar sönəndə saçlarınızı qurutmaq üçün ən yaxşı sadə üsullar
Saçları təbii yolla qurudarkən tellərin qabarması və çətin forma alması bir çox insanın qarşılaşdığı problemdir. Lakin düzgün dəsmal seçimi və bir neçə qulluq qaydası ilə fensiz də səliqəli görünüş əldə etmək mümkündür. xarici mediaya istinadla xəbər verir ki, saç ustası Trevis Valdez təbii qurutma zaman
18.10.2026 539 Qışda evi qızdırarkən bunlara diqqət edin
Soyuq havalarda kondisioner otağı isitmək üçün adi elektrik qızdırıcısına alternativ ola bilər. Lakin həm rahat temperatur yaratmaq, həm də artıq elektrik sərfiyyatının qarşısını almaq üçün cihazı düzgün tənzimləmək vacibdir. xarici mediaya istinadla xəbər verir ki, isitmə rejimində işləyən inverte
18.10.2026 407 Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Böyük zəhmətlə hazırlanan və ya alınan tomatların açıldıqdan bir müddət sonra kiflənməsi həm qida israfına, həm də sağlamlıq üçün təhlükəyə yol açır. Lakin tətbiq ediləcək sadə bir təbii üsulla kifin qarşısını tamamilə almaq mümkündür. xəbər verir ki, tomatın ömrünü uzadan və kiflənməni dayandıran ə
18.10.2026 649 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
8 il əvvəl - 2018-ci ildə Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulduğu halda, bu il oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub. BİG.AZ -a istinadən xəbər verir ki, 2028-ci ildə 2 505 oğlan uşağına Yusif, 2 511 qız uşağına isə Zəhra adı qoyulub
24.10.2026 301 Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
Soyuq havalarda xəstəliklərdən qorunmaq, oynaqlardakı ağrılara son qoymaq və immuniteti gücləndirmək istəyənlər üçün təbii kolagen deposu tapıldı. Mütəxəssislər yüksək xolesterin və ağır qoxusuna görə kəllə-paça yeyə bilməyənlərə onu əvəz edən daha faydalı bir alternatif təklif edirlər: İlikli sümü
18.10.2026 667 Yuxuda diş qıcamağın mədə ilə əlaqəsi ortaya çıxdı
Rusiyalı nevroloq Regina Qolovaçeva insanların yuxu zamanı dişlərini qıcaması və çənələrini sıxmasının mümkün səbəblərinə aydınlıq gətirib. xəbər verir ki, bu barədə məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, tibbdə bu hal gecə bruksizmi adlanır. "Gecə bruksizmi insanın yuxu zamanı qeyri-irad
24.10.2026 226 Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Evdə qatıq hazırlayanların ən böyük çətinliyi qatığın tez sulanması və ya soyuducuda bir neçə günə turşumasıdır. Mətbəx ustalarının illərdir sirr kimi saxladığı bu üsulla bərk, kəsdikdə dağılmayan və həftələrlə təravətini qoruyan qatıq əldə edə bilərsiniz. qatığın həftələrlə sulanmasının qarşısını ala
24.10.2026 256 Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Noyabr ayı meyvə ağaclarının kütləvi şəkildə qış yuxusuna hazırlaşdığı və gələcək ilin məhsuldarlığını müəyyən edən ən kritik dövrdür. Təcrübəli bağbanların və kənd təsərrüfatı mütəxəssislərinin tövsiyə etdiyi sadə bir üsul yazda ağacların güclənməsinə və yayda budaqların meyvədən əyilməsinə şərait yaradır
00:12 252 Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
Ev insanın dincəldiyi və güc topladığı məkan olmalıdır. Lakin gündəlik həyatda diqqət yetirmədiyimiz bəzi əşyalar və şərait rahatlaşmağımıza mane ola bilər. Dağınıqlıq, səs-küy və həddindən artıq parlaq işıq bunların sırasındadır. xarici mediaya istinadla xəbər verir ki, 886 nəfərin iştirak etdiyi araşdırmad
18.10.2026 407