Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın

Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayınAvtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar.

Milli.Az həmin 5 tövsiyəni təqdim edir:

Akkumulyator və elektrik sistemi
Şaxtalı hava akkumulyatorun yükünü artırır. İşə salınarkən çətinlik çəkən və ya istismar müddəti bir neçə ili keçmiş akkumulyatorlar mütləq texniki servisdə test edilməlidir.

Təkərlərin vəziyyəti və təzyiqi
Yağışlı və buzlu yollarda protektorun dərinliyi nizamlı yoxlanılmalıdır. Qış təkərləri yalnız qarda deyil, aşağı temperaturlarda da yolu tutma qabiliyyətini artırır. Təkər təzyiqi istehsalçının təyin etdiyi standartda saxlanılmalıdır.

Görünüş sahəsi və işıqlandırma
Şüşəsilənlərin (dvornik) zədəsiz olması və iz qoymaması vacibdir. Şüşəyə şaxtaya dözümlü qış şüşəyuyan mayesi tökülməli; fənərlər, stoplar və dönmə işıqları qüsursuz işləməlidir.

Antifriz və soyutma mayesi
Mühərrik blokunun çatlaması və böyük təmir xərclərinin qarşısını almaq üçün soyutma mayesinin donma dərəcəsi ölçülməlidir. Müxtəlif növ antifrizləri bir-birinə qarışdırmaq olmaz.

Təcili yardım və qış avadanlıqları
Avtomobilin baqajında buzqazıyan, qar fırçası, işıqəksetdirici jilet, fənər və əlcək saxlanılmalıdır.

Uzaq yola çıxan sürücülər isə yanlarında yorğan, powerbank və akkumulyator üçün "prikurka" naqili götürməli, yola çıxmazdan əvvəl maşının üstündəki qar və buzu tam təmizləməlidirlər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 131   Tarix: 31 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çay ürəyin dərmanı imiş - Bir şərtlə...

Yeni araşdırma çay içmək vərdişləri ilə ürək-damar xəstəlikləri riski arasında əlaqə olduğunu üzə çıxarıb. Nəticələrə görə, çayın növü, dəmlənmə dərəcəsi və temperaturu da sağlamlığa təsir edən amillər ola bilər. "Qafqazinfo" xəbər verir ki, "Journal of Internal Medicine" jurnalınd

23.10.2026 648
.

Yuxuda diş qıcamağın mədə ilə əlaqəsi ortaya çıxdı

Rusiyalı nevroloq Regina Qolovaçeva insanların yuxu zamanı dişlərini qıcaması və çənələrini sıxmasının mümkün səbəblərinə aydınlıq gətirib. xəbər verir ki, bu barədə məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, tibbdə bu hal gecə bruksizmi adlanır. "Gecə bruksizmi insanın yuxu zamanı qeyri-irad

24.10.2026 471
.

Ev təmiri zamanı peşəkar yardım almaq niyə vacibdir?

Evinizi təmir etmək həyat keyfiyyətinizi artırmaqla yanaşı, uzunmüddətli rahatlıq və təhlükəsizlik təmin edən əhəmiyyətli bir addımdır. Bəzi insanlar xərcləri azaltmaq məqsədilə təmiri özləri etməyə çalışsa da, bu yanaşma bəzən daha böyük problemlərə yol aça bilər. Təmirin düzgün və təhlükəsiz şəkild

19.10.2026 505
.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

25.10.2026 456
.

Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları

Paltaryuyan maşında yuyulduqdan sonra quş tükü və ya silikon elyaf dolğuları bir küncə toplanan və bərk düyünlərə çevrilən şişmə gödəkçələri atmağa və ya kimyəvi təmizləməyə pul xərcləməyə tələsməyin. xəbər verir ki, gödəkçənin içindəki tüklərin yatmasının səbəbi nəmə görə onların bir-birinə yapışmasıdır

25.10.2026 547
.

"Qızım babası kimi siyasətçi olacaq"

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. Axşam.az xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərək uşaqlıq xatirəsini bölüşüb. O, paylaşımına bu sözləri yazıb:

24.10.2026 472
.

Kia Ehtiyat Hissələri alarkən diqqət etməli 5 məqam

Kia avtomobilləri ölkəmizdə geniş istifadə edilən, münasib qiymətə və keyfiyyətə malik modellərdir. Lakin istənilən avtomobil kimi, Kia markalı avtomobillər də zaman-zaman ehtiyat hissələrinin dəyişdirilməsinə ehtiyac duyur. Doğru ehtiyat hissəsini tapmaq və almaq avtomobilin düzgün işləməsi və təhlükəsizliy

20.10.2026 478
.

Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı

8 il əvvəl - 2018-ci ildə Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulduğu halda, bu il oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub. BİG.AZ -a istinadən xəbər verir ki, 2028-ci ildə 2 505 oğlan uşağına Yusif, 2 511 qız uşağına isə Zəhra adı qoyulub

24.10.2026 555
.

Evi xoş qoxulu saxlamaq üçün SADƏ ÜSUL - Cəmi bir neçə saniyə çəkir

Evdə xoş ətir yaratmaq üçün bahalı hava təravətləndiriciləri və aromatik çubuqlar almağa ehtiyac yoxdur. Sadə üsulla ev şəraitində hazırlanan ətirli duzdan istifadə etməklə otaqlara bir neçə gün davam edən xoş qoxu vermək mümkündür. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Kertvar"

25.10.2026 619
.