Həkim xəbərdarlıq edir - Qızdırma 38°-dən yüksək deyilsə...
"Qidanın, xüsusilə şirniyyatların qeyri-müntəzəm qəbulu, körpənin həddindən artıq isti bükülməsi, fiziki fəaliyyətin olmaması immunitetin azalmasına və tez-tez tənəffüs xəstəliklərinə səbəb olan amillərdir".
BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Hüseyn Qabulov virus infeksiyaları zamanı əməl edilməli olan tədbirlərlə bağlı müsahibəsində deyib.
O bildirib ki, immun sistemə dəstəyin əsasını dərmansız üsullar təşkil edir. Bu, gündəlik rejim, düzgün qidalanma, uşağın fiziki fəaliyyəti, təmiz və açıq havada gəzməsi (gəzintilərin müddəti gündə ən azı 2 saat olmalıdır) və s. Onlar adətən kifayət qədər yerinə yetirilmir, lakin ən təsirli olan üsullardandır. Təəssüf ki, bəzi valideynlər aptekdən hər hansı bir vitamin və ya həb almağa daha çox üstünlük verirlər.
Həkim bildirib ki, əgər uşağın qızdırması varsa, o zaman ilk növbədə valideynlər panikaya düşməməlidir, çünki onların həddindən artıq narahatlığı xəstə uşağın ümumi vəziyyətinə mənfi təsir göstərir:
"Adətən, uşaqlarda bədən temperaturunun artması orqanizmin hər hansı bir infeksiyaya, əksər hallarda viruslara və ya bakteriyalara verdiyi cavab reaksiyasıdır. Orqanizm temperaturu patogen mikrobların inkişafına mane olacağı rəqəmlərə qaldırmağa çalışır. Bir uşaqda yüksək temperatur kəskin respirator virus infeksiyaları, pnevmoniya və digər xəstəliklərlə müşahidə edilə bilər. Buna görə də, hansı vəziyyətdə temperaturun aşağı salınmasının vacib olduğunu və hansı vəziyyətdə isə gözləməyin mümkün olduğunu ayırmaq lazımdır".
Ekspertin sözlərinə görə, qızdırma zamanı uşaq orqanizmi dəri vasitəsilə sürətlə maye itirir. Bədəndə mayenin aşağı düşməsi bütün sistemlərin və orqanların işini əhəmiyyətli dərəcədə çətinləşdirir, eyni zamanda zəhərli birləşmələrin, xüsusən də sidik sistemi vasitəsilə atılmasını yavaşlatır. Buna görə də, temperatur yüksək olduqda, uşağa kifayət qədər maye verməsi çox vacibdir:
"Əgər bədən istiliyi 38 °C-dən yüksək deyilsə, hərarəti endirmək tövsiyə edilmir. Bununla belə, istisna hallar var. Məsələn, əgər uşağınız daha əvvəl qızdırma ilə bağlı qıcolma keçiribsə, temperaturun bir qədər artması ilə özünü pis hiss edir və ya körpənin xroniki, anadangəlmə və ya qazanılmış xəstəliyi olduğu təqdirdə (ürək xəstəlikləri, sinir sistemi xəstəlikləri və s.). Belə hallarda həkimlə məsləhətləşərək, 38 dərəcəyə çatmasını gözləmədən dərhal uşağın temperaturunu normal dəyərlərə endirməyə çalışmaq lazımdır. Əgər uşağın hərarəti 38 °C-dən yuxarı qalxarsa, həkimə müraciət etməzdən əvvəl ona qızdırmasalıcı dərmanlar vermək tövsiyə olunur. Yaxşı ilkin nəticə körpənin qızdırmasının bir qədər azalması, onun əhvalının və iştahının yaxşılaşmasıdır".
Həkim əlavə edib ki, qızdırmasalıcı bir dərman seçməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Onların hər biri müəyyən şərtlərdə daha təsirli olur. Hər bir vəziyyətdə onlardan hansının uşaq üçün məqbul olacağını həkim izah edəcək. Risk qrupunda olan uşaqlara (ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar) qrip peyvəndi vurulması tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPortağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15.09.2026 331 Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
04.09.2026 355 Hər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12.09.2026 272 Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər
06.09.2026 493 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 373 "Nature Metabolism": Bir sıra xəstəliklərin risk əlamətləri səkkiz yaşdan etibarən ortaya çıxa bilər
Ürək, böyrək xəstəlikləri və maddələr mübadiləsi pozğunluqlarının artmış inkişaf riskinin molekulyar əlamətləri səkkiz yaşlı uşaqlarda da ortaya çıxa bilər. "Report" xəbər verir ki, Hyustondakı Texas Universiteti Tibb Elmləri Mərkəzinin alimləri bu qənaətə gəliblər, onların işi "Natur
13.09.2026 286 Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"
20.09.2026 206 Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14.09.2026 429 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 415