Azərbaycan aykidoçuları Dünya Oyunlarında ilk uğur qazanıblar

Azərbaycan aykidoçuları Dünya Oyunlarında ilk uğur qazanıblarBu günlərdə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının Birmingem şəhərində 100 ölkədən 3600-dən çox atletin qatıldığı "The World Games 2022" (Dünya Oyunları) beynəlxalq idman tədbiri keçirilir. Bu tədbirdə Azərbaycandan olan aykidoçular da iştirak ediblər.

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin (AAAKİB) üzvləri olan Fəxri Qafarlı (3-cü dan qara kəmər sahibi) və Çingiz Məmmədov (3-cü dan qara kəmər sahibi) da Dünya Oyunlarında iştirak ediblər.

Qeyd etmək gərəkdir ki, bu günə qədər Azərbaycan aykidoçuları rəsmi olaraq belə genişmiqyaslı beynəlxalq idman tədbirində çıxış etməyiblər. Odur ki, bu, Azərbaycan aykidoçularının rəsmi olaraq qatıldıqları ilk beynəlxalq tədbirdir.

Dünya Oyunlarında iştirak edən aykidoçularımız bu tədbirə AAAKİB-in də üzvü olduğu Beynəlxalq Aykido Federasiyasının (BAF) dəvəti ilə qatılıblar. Aykidoçularımızın ilk səfəri onların beynəlxalq arenadakı ilk uğuru ilə yadda qalıb.

Fəxri Qafarlı və Çingiz Məmmədov 32 nəfərdən ibarət olan Aykido üzrə Dünya yığmasına daxil olmağı bacarıblar. Aykidoçularımız Dünya yığmasının tərkibində Birmingemdəki Sports Garden və "Birmingham-Southern College" kolizeyində keçirilimş iki embukada ("nümayiş tədbiri") çıxış ediblər.

Aykidoçularımız Dünya Oyunlarına qatılmış digər azərbaycanlı atletləri də dəstəkləməyi unutmayıblar. Onlar bütün rəqiblərini məğlub edərək 91 kiloqram çəkidə Dünya Oyunlarının qızıl medalını qazanmış kikboksçumuz Bəhram Rəcəbzadəni tək qoymayıblar, yarımfinal və finalda döyüşçümüzü dəstəkləyiblər.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1152   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18.10.2026 796
.

Prezident Əhmədə nə dedi? - Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb

05.10.2026 806
.

Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi

Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd

27.10.2026 567
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22.10.2026 911
.

Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı

Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal

09.10.2026 964
.

FIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək. Qaynarinfo-nun məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək. Bundan əlavə, B, C, D, E və F Divizionlarını

30.10.2026 493
.

Hidayət Heydərov bürünc medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)

30.10.2026 510
.

İslam ikiqat Avropa çempionudur!

Azərbaycanlı cüdoçu İslam Rəhimov İtaliyada keçirilən yarışda qızıl medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançımız finalda Niderland təmsilçisi Yoxem van Harteni ipponla məğlub edərək ikinci dəfə Avropa çempionu olub

30.10.2026 619
.

Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?

Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund

14.10.2026 814
.