AQTA: "İctimai iaşə obyektlərində çalışanların müayinədən keçmədiyi bir çox hallar aşkarlanıb"

AQTA: "İctimai iaşə obyektlərində çalışanların müayinədən keçmədiyi bir çox hallar aşkarlanıb"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan BiG.AZ-a bildirilib ki, nəzarət tədbirləri, eyni zamanda son dövrdə zəhərlənmə hadisələri ilə bağlı aparılan araşdırmalar zamanı qida zəncirinin müxtəlif mərhələlərində, o cümlədən ictimai iaşə obyektlərində çalışan və obliqat qrupuna (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar) daxil olan işçilərin bir çox hallarda ilkin və dövrü tibbi müayinədən keçmədiyi hallar aşkar olunub:

"Qeyd edək ki, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə müvafiq sahədə fəaliyyət göstərən bütün müəssisələrin işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri dövrdə vaxtaşırı tibbi müayinədən keçməsi və tibbi arayışlarla təmin olunması zəruridir".

Qeyd edilib ki, tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşlar, yaxud infeksiyalı yaraları, dəri infeksiyaları olan şəxslərin qida obyektlərində, xüsusilə, insanların kütləvi qidalandığı məkanlarda (şadlıq sarayları, mərasim evləri və s.) hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması həmin qidaları istehlak edən insanlarda mədə bağırsaq pozuntuları ilə müşahidə olunan halların baş verməsinə, həmçinin qida zəhərlənməsinə səbəb ola bilər:

"Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar tərəfindən bu sahədə qanunvericilikdə nəzərdə tutulan tələblərə ciddi əməl olunmalı, obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində dövri olaraq tibbi müayinədən keçmələri təmin olunmalıdır. Eyni zamanda konkret fəaliyyət sahəsinə uyğun olaraq görülən işin xüsusiyyətləri ilə əlaqədar, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi mövcud olan, habelə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət etməyən əməkdaşlar işdən kənarlaşdırılmalıdır.
AQTA bəyan edir ki, aparılan nəzarət tədbirləri zamanı belə faktlar aşkarlandığı təqdirdə, müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 627   Tarix: 17 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dubayda qəribə görünən qadağalar: bu barədə heç düşünmüsünüz

Birləşmiş Ərəb Əmirlikləri dünyəvi qanunvericiliklə yanaşı, İslamın təsir etdiyi normaların da mövcud olduğu bir ölkədir. Xüsusilə, yerli əhali İslamın müqəddəs mətnlərinə - Quran və Sünnəyə əsaslanan qaydalara riayət edir. Bu qaydalara, digər şeylərlə yanaşı, dini liderlərə, ümumiyyətlə, İslama hörmə

28.08.2026 270
.

İsveç Finlandiyanın hava məkanını qorumaq üçün "Gripen" qırıcıları və hərbi gəmilər göndərəcək

İsveç Silahlı Qüvvələri azı 2026-cı ilin sonuna qədər "Gripen" qırıcılarından və korvetdən istifadə etməklə Finlandiya ərazisinin müşahidəsi və müdafiəsində iştirak edəcək. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Qüvvələrindən bildirilib

28.08.2026 243
.

Rusiya XİN-dən Simonyanın sözlərinə sərt cavab

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın səfərbərlik elan ediləcəyi təqdirdə ölkəsinin Rusiyadan gələcək yeni miqrant axınını qəbul etməyə hazır olduğu barədə açıqlaması Rusiya Xarici İşlər Nazirliyinin sərt reaksiyasına səbəb olub. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyini

10:18 108
.

Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək

Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər. xəbər verir ki, yaş və işin daha yaxşı təşkili ilə bağlı onunla yolların ayrılması qərarının verildiyi bildirilir. Məlumatda deyilir ki, Məleykə Abbaszadə 200-ci ildən bəri bu postu tutur

28.08.2026 567
.

Kolumbiyada meşə yanğınları 50 min hektar ərazini məhv edib

Kolumbiyanın Tolima bölgəsində baş verən meşə yanğınları geniş ərazidə ciddi fəsadlara səbəb olub. Yerli KİV-in məlumatına görə, yanğınlar nəticəsində ümumilikdə 50 min hektardan çox ərazi zərər görüb. Bunun 28 min hektarını kənd təsərrüfatı və heyvandarlıq üçün istifadə olunan sahələr təşkil edir. Preziden

28.08.2026 207
.

Benites həmişə Alonsonun gələcəkdə yaxşı məşqçi olacağına inanıb: Arbeloa haqqında nə deyib?

Xabi Alonso və Alvaro Arbeloa ötən mövsüm "Real"ı çalışdırıblar və ispanlar yeni mövsümə İngiltərənin "Çelsi" və "Fulhem" klublarının baş məşqçiləri kimi başlayıblar. -ın xarici mediaya istinadən məlumatına görə, məşqçilər Premyer Liqanın ilk turunda qarşılaşıblar və "mavilər"

28.08.2026 218
.

Bu ünvanlardakı binalar sökülə bilər

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər. -ə istinadən xəbər verir ki, qəsəbədə yerləşən A. Zeynallı küçəsi 35 ünvanındakı 1A saylı bina, A.Zeynallı küçəsi 37 ünvanındakı 2A saylı bina, M. S. Ordubadi küçəsi 15 ünvanındakı 3 saylı bina və A. Zeynall

28.08.2026 268
.

Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" - VİDEO

Sabunçu Tibb Mərkəzində üç ildən çoxdur hemodializ müalicəsi alan Günel Yıldırım son dövrlərdə səhhətində yaranan problemə görə ciddi narahatlıq keçirir. Onun Baku TV-yə bildirdiyinə görə, iki həftədən çoxdur ki, dializə girdikdən təxminən bir saat sonra onda və digər xəstələrdə üşütmə başlayır:. "Soruşuru

28.08.2026 388
.

Norveç kralı Harald vəfat etdi

Norveç kralı Harald otuz ildən çox taxtda qaldıqdan sonra 89 yaşında vəfat edib. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, saray, Britaniya Kraliçası Viktoriyanın nəticəsi olan monarxın cümə günü vəfat etdiyini təsdiqləyib. Kral Harald Avropanın ən yaşlı monarxı idi və 17 avqustda qanında bakteria

28.08.2026 249
.