Ölkəmizin müsbət inkişaf tendensiyaları

Ölkəmizin müsbət inkişaf tendensiyalarıİyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin son altı ayın xarici və daxili siyasət xətti müzakirə edildi. Son bir ilin mənzərəsini təhlil etsək, bu müddətin ölkəmiz üçün uğurlu olduğunu deyə bilərik. Prezident dövlətimizin beynəlxalq arenada rolunun artmasının və fəallığın güclənməsini vurğulayıb. Cənab Prezident tərəfindən açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha sübut edir.
120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin yekdil qərarla 2023-cü ilə qədər uzadılması, Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması, Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi üzrə yeni sənədin imzalanması ilə əlaqədar hazırlığın başa çatması, Azərbaycan-ABŞ əlaqələrinin genişlənməsi, region və türk dövlətləri ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ölkəmizin diplomatik uğurlarının bariz göstəricisidir.
Azərbaycan iqtisadiyyatının qlobal neqativ proseslərə dayanıqlılıq göstərməsi və əldə olunan uğurlar Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Həm 44 günlük Vətən müharibsi zamanı, həm də bu gün Azərbaycanın yürütdüyü müstəqil siyasətin təməlində dayanan amillərdən biri məhz iqtisadi müstəqillikdir. İqtisadi sahədə aparılan islahatlar imkan verir ki, bu gün Azərbaycan öz müstəqil daxili və xarici siyasətini aparır, öz diqtəsini edə bilir. İqtisadi sahədə altı ayda görülmüş işlər də aparılan islahatların nəticəsidir".
Prezident İlham Əliyev müşavirədə daha çox son altı ayda Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində rəsmi İrəvanın məcburən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi məsələlərinə toxundu. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, iqtisadi və kommunikasiya xətlərinin açılması üzrə işçi qrupunun yaradılmasına baxmayaraq, Ermənistan bu günə qədər nə Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasını, nə də avtomobil yolunun marşrutunu təqdim etməyib. Həmçinin Ermənistan 2020-ci noyabrın 10-da imzaladığı Bəyannamənin 4-cü bəndinə əməl etməyib, yəni, sülhməramlıların yerləşdiyi ərazidən qanunsuz silahlı birləşmələr bu günə qədə də Azərbaycan ərazisindədir. Prezident İlham Əliyevin qətiyyətli, şərhə ehtiyacı olmayan bu mesajlarından Ermənistanın və onun havadarları nəticə çıxartmalıdırlar.
Bu gün Azərbaycanın inkişaf istiqamətləri hərtərəflidir. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal işlər görülür: "Son 5 ayda Azərbaycandan daşınan tranzit yüklərin həcmi təxminən 30 faiz artıb ki, bu olduqca böyük göstəricidir. Xəzər üzərindən yükdaşımaların həcmi də sürətlə artmaqdadır.
Dövlətimizin başçısının müşavirədə qeyd etdiyi əsas nüanslardan biri də bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici borcunun minimum səviyyədə olmasıdır. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq Azərbaycan bütün bərpa işlərini öz hesabına həyata keçirir.
Beləliklə, inamla demək olar ki, bu yarımillikdə böyük uğurlar qazanılıb. Bütün istiqamətlərdə irəliləyiş müşahidə olunur. Bu, bizim siyasi kursumuzun açıq və şəffaf olmasının, Azərbaycanın verdiyi vədlərə və öz üzərinə götürdüyü öhdəliklərə vicdanla və etibarlı şəkildə əməl etməsinin nəticəsidir.

Aysel Mənsimova - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 19 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 169
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 306
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

15:40 107
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v

14:01 139
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 125
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 176
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 238
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 121
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

11:52 187
.