Ölkədəki iqtisadi artım tempi müsbət qiymətləndirilir

Ölkədəki iqtisadi artım tempi müsbət qiymətləndirilirPrezident İlham Əliyev ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bildirib ki, "İqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var. Biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik. Yəni dürüstləşmə, eyni zamanda aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Çünki bəli, dünyada neftin qiyməti qalxıb, amma eyni zamanda dünyanın kapital bazarları çöküb, bunu da hər kəs bilməlidir".
Dövlət başçısı iqtisadi sahədə aparılan islahatların 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılmasına imkan verdiyini açıqlayıb. Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. İqtisadi inkişafdan söz açan Prezident bildirib ki, həm iqtisadi artım, həm də qeyri-neft iqtisadiyyatı üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 11,5 faiz artıb.
Keçən dövrdə Azərbaycanın iqtisadi artıma nail olub və 2022-ci ilin 6 ayında bunu qoruyub saxlayıb. Eyni zamanda ilin sonuna qədər artımların olacağı nəzərdə tutulub. Qeyd edək ki, dünyada gedən siyasi proseslər fonunda neftin qiymətinin qalxması Azərbaycanın 2022-ci il dövlət büdcəsində nəzərdə tutulandan yüksək qiymətə satılması büdcəyə daxilolmaları artırıb. Bununla yanaşı, qeyri-neft sektorundan da gələn gəlirlərin artması büdcəyə yenidən baxılmasına, müəyyən sahələrə ayrılan vəsaitlərin həcminin artırılmasına imkan verib.
Qeyd edilməlidir ki, 2022-ci ilin birinci yarısının yekunları Azərbaycanın iqtisadi inkişafla bağlı hədəflərə nail olduğunu göstərir. Azərbaycanda iqtisadi artım tempi proznozlaşdırılandan daha yüksəkdir. Həm regionda, həm də qlobal olaraq iqtisadi inkişafla bağlı çətinliklər var. Dünya iqtisadiyyatında böhrana baxmayaraq Azərbaycan 2022-ci ilin birinci yarısında iqtisadi artım tempini qoruyub saxlamaqla yanaşı, həm də sürətli iqtisadi artıma nail olub.
Hazırda Azərbaycan iqtisadiyyatındakı artımda qeyri-neft sektorunun payı kifayət qədər cəlbedicidir. Ümumi iqtisadiyyatda 6,2 faiz, qeyri-neft sektorunda isə 9,6 faiz artım müşahidə olunub. Eləcə də qeyri-neft sənayesində 11 faizdən çox artım var. Bu da nəticə etibarilə qeyri-neft sektorunun həm sənaye, həm də ümumi sektor baxımından iqtisadi artımda payının artması anlamına gəlir.
Ötən müddət ərzində qeyri-neft sektorundan proznozlaşdırılandan 2 milyard manat daha çox vəsaitin dövlət büdcəsinə cəlb edilməsi mümkün olub. Həm iqtisadi, həm maliyyə, həm fiskal, həm də digər sektorlar üzrə proqnozlar yerinə yetirilib.
2022-ci ilin 6 ayının nəticələri göstərdi ki, Azərbaycan sürətli iqtisadi artıma malik olan ölkələrdəndir. Əməkhaqqı və pensiya artımları növbəti ilin əvvəllərində indeksasiya faizinin yüksəlməsinə gətirib çıxaracaq. İqtisadiyyatda əldə edilən hədəflər və uğurlar sosial təminatla bağlı daha çox layihələrin reallaşdırılmasına, bu istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır. Çünki dürüstləşmədən sonra dövlət büdcəsinin xərclərində 3 milyard manata yaxın artım qeydə alındı. Həmin artımın strukturunda həm sosial məsələlər, həm də işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin həcminə yenidən baxılmasına xüsusi diqqət çəkdi.
Sosial xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 46,5 faizini təşkil edəcək. Bu istiqamətə 14 milyard manatdan artıq vəsaitin ayrılması mümkün olacaq. Bütün bunlar isə növbəti 6 ayda iqtisadi artım tempinin qorunub saxlanması ilə yanaşı, sosial təminatın gücləndirilməsi ilə bağlı fəaliyyətlərin daha da genişləndirilməsinin müşahidə olunacağından xəbər verir. Növbəti dövr üçün də iqtisadi islahatların dərinləşməsi hədəf olaraq qalmaqdadır.

Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 19 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 169
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 306
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

15:40 107
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v

14:01 139
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 125
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 176
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 238
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 121
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

11:52 187
.