Avropanın Azərbaycanın enerji resurslarına marağı artıb

Avropanın Azərbaycanın enerji resurslarına marağı artıbBu gün Ukraynada gedən müharibə ilə əlaqədar dünyanın Rusiyanın neft və qazından imtina etməsı səbəbindən dünyada çox gərgin enerji böhranı yşanmaqdadır. Bununla əlaqədar Avropa dövlətləri ilə yanaşı dünyanın bir sıra ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları əlavə enerji bazarları axtarır, Yaxın Şərqin neft-qaz ixrac edən ölkələri ilə yeni müqavilələr imzalmağa çalışırlar. Bu işlər fonunda Avropa dövlətlərinin Azərbaycana olan diqqəti artmaqdadır.
Avropa İttifaqı Azərbaycanın böyük enerji, infrastrktur imkanlarını nəzərə alaraq Azərbaycanın qazından, bərpa olunan enerjisindən daha çox bəhrələnmək istəklərini ortaya qoyur və elə buna görə də iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıya rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd olunub ki, on beş ildən artıqdır ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır.
Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Bu da Azərbaycanın uğuru və gələcək inkişafina zəmin kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi siyasət nəticəsində dünyanın enerji bazarında baş verən dəyişikliklərdən məharətlə istifadə edilərək dövlətimizin maraqları qorunur. Azərbaycan heç vaxt öz enerji ehtiyatlarını kiməsə qarşı silaha çevirməyib, bunu heç vaxt siyasiləşdirməyib. Enerji məsələsinə əsasən kommersiya prizmasından baxmaq bu gün də davam edir. Cənab Prezidentin Avrokomissiya prezidenti ilə görüşdə dediyi kimi şəbəkə və infrastruktur qurmaq enerjinin özü qədər vacibdir və bu bizim üstünlüyümüzü təmin edir. Azərbaycan qaz və nəql üçün zəruri şəbəkələr yaradılıb və bundan istifadə edilir. Azərbaycanın Avrokomissiya ilə enerji sahəsində strateji saziş imzalaması məhz zərurətdən irəli gəlir.
Avropa Birliyi ilə enerji sektoru üzrə ardıcıl əməkdaşlıq canlı və dinamik prosesdir və inkişaf etdirilir. Bu gün yeni statusda ölkəmizin imkanları dəyişir, Azərbaycan Avropanın enerji sistemində mühüm rol oynamağa başlayır. Bundan sonra Avropada Azərbaycana nefti-qazı sadəcə satan tərəf kimi baxıla bilməz. Əksinə, hər kəs qəbul edəcək ki, Azərbaycan Avrasiyanın enerji geosiyasətini formalaşdıran əhəmiyyətli güclərdən biridir.
Açılmış mühüm perspektivlərdən biri də ölkəmizin külək və günəş enerji sektorlarını dinamik inkişaf edərək gəlir gətirən sahəyə çevirməkdən ibarətdir. Avropada yaxşı başa düşülür ki, Azərbaycanda külək və günəş enerjisini artlrmaqla daha çox qaz alıb aparmaq imkanı əldə etmək olar.
Nəhayət, Avropa İttifaqı ilə yeni strateji tərəfdaşlıq həm də Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə pozulmazlıq təminatı verən yeni hüquqi-siyasi sənəddir. Anlaşmanın son maddəsi bütün Avropanı Azərbaycanın qarşısında bu öhdəliklə qarant edir.

Elsən Manafov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 20 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 169
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 306
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

15:40 107
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v

14:01 139
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 125
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 176
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 238
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 121
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

11:52 187
.