Azərbaycanda psixoloqların qəbul qiymətləri niyə əlçatmazdır? ARAŞDIRMA

Azərbaycanda psixoloqların qəbul qiymətləri niyə əlçatmazdır? ARAŞDIRMAƏvvəlki illərdə psixoloji xidmət sahəsində mütəxəssis az olsa da, indi bu sahə ilə məşğul olanlar günü-gündən artır. Bunun da dəyişən və gərgin dünyamızın yaratdığı bir sıra obyektiv səbəbləri var. Bu gün təkcə böyüklərin deyil, məktəblilər və azyaşlıların da psixoloq xidmətinə ehtiyacları var. Bu səbəbdən son illərdə psixologiya sahəsi xeyli populyarlaşıb. Bəzən qazanc xətrinə qeyri-peşəkarlar da bu sahəyə üz tuturlar. Qiymətlər isə əl yandırır. Müxtəlif problemlərlə bağlı psixoloqlara üz tutanlar qiymətlərin büdcələrinə uyğun olmadığından şikayətlənirlər.

Bəs, görəsən psixoloqların qəbul qiyməti nə qədər olmalıdır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən psixoloq Elnur Rüstəmov psixoloji dəstəyə ehtiyacı olan insanların say çoxluğundan danışıb:

"Psixologiya bizim cəmiyyətin ictimai fraksiyasına çevrilib. Həyatımız sanki psixologiya üzərindədir. Psixoloji dəstəyə ehtiyacı olan insanlar çoxdur. İnsanlar arasında münasibət məhz psixologiya ilə tənzimlənir. Psixoloji yardım haqqında xüsusi qanun var. Bu qanunda psixoloji yardımın göstərilməsinin prinsipləri öz əksini tapıb. Ümumtəhsil müəssisələrində olan, həmçinin fiziki məhdudiyyətli şəxslər, məişət zorakılığına məruz qalan, müvəqqəti saxlanılma yerində, islah əmək düşərgəsində, silahlı qüvvələrdə olan insanlar psixoloji yardımı ödənişsiz ala bilirlər".

E.Rüstəmov qeyd edib ki, psixoloji yardımların verilməsi üçün hazırda peşəkar kadr çatışmazlığı var:

"İxtisaslaşmış kadrların olması olduqca vacibdir. Sırf ailə psixoloqu sahəsi üzrə ixtisaslaşma yoxdur. Kadrlara böyük ehtiyacımız olacaq. Psixoloji yardım yaxın zamanlarda sığortaya daxil olacaq. Bütün bunlar həyata keçirilsə, müəyyən qədər əlçatan olacaq. Düşünürəm ki, yaxın gələcəkdə bu öz yerini tapacaq. Kadr potensialının hazırlanması ilə bağlı Azərbaycanda bir çox ali təhsil müəssisələrində kadrlar hazırlanır".

Psixoloq əlavə edib ki, psixoloji yardımın qiyməti fərdi şəkildə müəyyənləşir:

"Psixoloji yardımın qiyməti haqda konkret söz demək mümkün deyil. Çünki dəyişkəndir. Qiymətlər psixoloqa əsasən dəyişir. Psixoloq qiyməti özü müəyyənləşdirir. Çox istərdim ki, psixoloji yardım keyfiyyətli şəkildə həyata keçirilsin. Burada incə nüanslar öz həllini tapmalıdır. Qanunvericilikdə öz həllini tapmalı, əlçatan olmalıdır".

Milli Məclisin deputatı, professor Musa Qasımlının sözlərinə görə, insanlar tək psixoloq yanına deyil, eyni zamanda psixoterapevt yanına da getməlidirlər:

"Dünyanın qabaqcıl ölkələrində ailə psixoloqları var. Kimliyindən asılı olmayaraq, demək olar ki, bütün şəxslər psixoloqa müraciət edirlər. Son illərdə bizdə də psixoloji yardım mərkəzləri açılır. İnsanlar tək psixoloq yanına deyil, eyni zamanda psixoterapevt yanına da getməlidirlər".

M.Qasımlı qeyd edib ki, ailə və məktəb psixoloqlarının sayı artırılmalıdır:

"Bu məsələ ölkəmizdə tədricən inkişaf edir. Hazırda məktəblərimizdə psixoloqlar var. Onların sayı getdikcə artırılır. Hər bir ailənin psixoloqunun olması da qətiyyən kimsəni təəccübləndirməməlidir. Çünki ailə psixoloqları dünyanın ən qabaqcıl ölkələrində var. Elə ailələr var ki, müqavilələr bağlayırlar. Müntəzəm olaraq psixoloqların köməyindən istifadə etməsələr belə, ailə bilir ki, onun hər hansı bir vəziyyətində müraciət edə biləcəyi, yaxından tanıdığı ailə psixoloqu var".

Məsələ ilə bağlı araşdırma etdik. Məlum oldu ki, Bakıda psixoloq qəbulunun bir seansı orta hesabla 30-50 manatdan başlayır. Elə psixoloji yardım mərkəzi var ki, bir seansının qiyməti 90 manatdır. Uşaqlar üçün isə qiymətlər qismən fərqlidir. Həftədə 1 dəfə, 45 dəqiqəlik seansın qiyməti 90 manat, həftədə 3 dəfə olan seansın qiyməti 250 manatdır. Uşaqlar üçün həftədə 1 dəfə keçirilən qrup terapiyasının qiyməti 50 manatdır.

Sözsüz ki, daha məşhur psixoloqlar konsultasiya üçün 80-100 manat alır, hətta bir seansa 400 manat alan psixoloqlar da var.

Psixoloq Samirə Bağırovanın 1 seansının qiyməti 100 AZN, Narınc Rüstəmova 1 seansı 80 AZN, Vəfa Əkbər 1 seansı 50 AZN, Elnur Rüstəmov 1 seansı 50 AZN, Elmir Əkbərin qəbulunun 45 dəqiqəsi 70 AZN-dir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2051   Tarix: 24 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 303
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 343
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 274
.

Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün gündəliyi müzakirə olunur

Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edi

14:00 107
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 471
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

10:00 188
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 252
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

12:40 176
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

15:00 81
.