Qazinin xanımının iddialarına RƏSMİ CAVAB
Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun rəsmi məlumatına əsasən, iyulun 21-də Vətən müharibəsi iştirakçısı Vüsal Məmmədov intihara cəhd edib. 1987-ci il təvəllüdlü Ağdaş sakini dərman həbləri qəbul edərək özünü öldürmək istəyib.
Vüsal Məmmədovun xanımı Aynurə Məmmədova "Qafqazinfo"ya müraciət edərək bildirib ki, həyat yoldaşının içdiyi dərmanlar elə öz müalicəsi üçün qəbul etdiyi həblər olub. Qadının iddiasına görə, intihara cəhdə səbəb ərinin təzyiqlərə məruz qalmasıdır: "Müharibədən sonra həkimlər ona psixotrop tərkibli dərmanlar təyin etmişdi. Hadisə baş verən gün mənə zəng vurdu və dedi ki, "Polislər imkan vermirlər alver edəm, dərmanların hamısını içmişəm, daha yaşamaq istəmirəm". Mən özümü mağazaya çatdırınca huşunu itirmişdi. Təcili yardım çağırıb onu xəstəxanaya çatdırdıq. Düz 78 saat koma vəziyyətində qaldı. Şükür, indi yaxşıdır".
Aynurə Məmmədovanın sözlərinə görə, hadisə mağazada baş verib: "Bir neçə ildir ki, rayonun mərkəzində kiçik bir mağaza icarəyə götürərək qab-qacaq satmaqla məşğul oluruq. Ailəni bu yolla dolandırırıq. Üç yaşında bir uşağımız da var. O müharibədə olanda mağazada özüm işləyirdim. Elə hadisə də həmin mağazada baş verib. Son vaxtlar rayonun polisləri tez-tez mağazaya gəlib, onu narahat edirdilər. Biz də yaxşı bilirik ki, küçə ticarəti olmaz. Malları ayaq altına yığmamışıq. Mağazanın qarşısında pilləkən var və satmaq üçün olan qabları ora yığırdıq. Yəni heç kimə mane olmurdu. Polislər tələb edirdilər ki, qabları oradan yığışdıraq. Vüsal da yığmayıb. Bundan sonra malları mağazaya polislər yığıb. Hadisəyə səbəb polislərin malları mağazanın içərisinə yığması olub. Həmin vaxt Vüsalla polislər arasında mübahisə düşüb, onunla kobud davranıblar".
İddialarla əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin Şəki regional qrupundan müraciətimizə cavab olaraq bildirildi ki, Ağdaş rayon sakini, Vətən müharibəsi qazisi Vüsal Məmmədovun polis əməkdaşlarının onunla kobud davranmasından sonra artıq sayda dərman preparatı qəbul edərək zəhərlənməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Belə ki, Vüsal Məmmədov müharibədə aldığı xəsarətlər səbəbindən mütəmadi olaraq müalicə alıb və dərman preparatlarını vaxtlı-vaxtında qəbul edə bilməsi üçün onları daim üzərində daşıyıb. Həmin gün özü də bilmədən dərmanları normadan artıq qəbul etdiyi üçün zəhərlənib. Hazırda onun vəziyyəti normaldır".
Qazinin son vəziyyəti haqda məlumat almaq üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Tibb ocağının baş həkimi İntiqam İbrahimov "Qafqazinfo"ya açıqlamasında bildirdi ki, hazırda qazinin vəziyyəti yaxşıdır: "Bir-iki günə evə göndərəcəyik".
TƏBİB-dən də qazinin durumunun stabil olduğu, həkim nəzarəti altında müalicəsinə davam etdiyi bildirildi.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Vüsal Məmmədov müharibədə göstərdiyi rəşadətə görə "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Onun intihara cəhdi faktı ilə bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1444 Tarix: 28 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 63 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay
13:29 138 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v
14:01 81 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 343 Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb
10:40 224 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 314 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 166 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 299 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 145