Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi

Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişiAzərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və iki ölkə prezidentinin mətbuata verdiyi bəyanatlar bu münasibətlərin mövcud səviyyəsini, gələcək inkişaf istiqamətlərini və regional proseslərdə qarşılıqlı mövqelərin əhəmiyyətini bir daha gündəmə gətirir.

Bu səfər diplomatik protokol çərçivəsində keçirilən adi görüş kimi deyil, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin siyasi, iqtisadi, təhlükəsizlik və geosiyasi müstəvilərdə inkişafının mühüm göstəricisi kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycanın Türkiyə ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti aydın şəkildə ifadə edir. Dövlət başçısının Türkiyənin güclü iqtisadiyyatını, sənaye potensialını və beynəlxalq siyasi nüfuzunu xüsusi vurğulaması təsadüfi deyil. Çünki güclü Türkiyə regionda əməkdaşlıq, təhlükəsizlik və sabitlik imkanlarının genişlənməsi baxımından Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır. Prezidentin "Birlikdə daha güclüyük" fikri iki ölkə arasındakı münasibətlərin mahiyyətini ifadə edən əsas siyasi mesajlardan biridir.

Səfərin 8 noyabr - Zəfər Günü ərəfəsində və Qarabağda keçirilməsi isə xüsusi rəmzi məna daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada Azərbaycan xalqının Zəfər sevincinə şərik olması, şəhidlərin xatirəsini ehtiramla yad etməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən quruculuq işlərinə diqqət yetirməsi qardaşlıq münasibətlərinin tarixi və siyasi əsaslarını bir daha ön plana çıxardı. Ərdoğan çıxışında Bakı ilə Ankaranın sevincinin, Şuşanın qürurunun ortaq olduğunu vurğulayaraq, iki xalq arasındakı bağlılığın ortaq dil, tarix və mədəniyyətdən daha geniş məna daşıdığını bildirdi.

Bu səfərin mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpasında Azərbaycan-Türkiyə əməkdaşlığının praktiki nəticələridir. Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzinin və tinglik kompleksinin yaradılması, Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlanması iki ölkə arasında həmrəylik və dəstəyin konkret layihələrdə təzahür etdiyini göstərir. Bu təşəbbüslər yalnız infrastrukturun qurulması deyil, azad edilmiş ərazilərdə həyatın bərpasına, sosial rifahın yüksəldilməsinə və gələcək nəsillər üçün dayanıqlı inkişaf mühitinin yaradılmasına xidmət edir.

Ərdoğanın çıxışında xüsusi diqqət çəkən məqamlardan biri 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə verilən önəm oldu. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldərək siyasi, hərbi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın hüquqi-siyasi əsaslarını möhkəmləndirib. Şuşa Bəyannaməsi iki dövlətin qarşılıqlı dəstəyini, təhlükəsizlik məsələlərində həmrəyliyini və strateji maraqlarının uzlaşdırılmasını təsbit edən mühüm sənəddir. Ərdoğanın bəyanatında bu müttəfiqliyin sarsılmazlığına xüsusi diqqət yetirməsi onun regional və beynəlxalq proseslər baxımından əhəmiyyətini bir daha ortaya qoydu.

Digər mühüm məsələ Türk dünyasının birliyidir. Azərbaycan və Türkiyənin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələr ortaq siyasi və iqtisadi məkanın inkişafı baxımından əhəmiyyətlidir. Prezident Ərdoğanın təşkilatın daha səmərəli və institusional baxımdan güclü quruma çevrilməsi istiqamətində Türkiyənin səylərini davam etdirəcəyini bildirməsi bu məsələnin Ankara üçün də prioritet olduğunu göstərir. Azərbaycanın Türk dünyasında artan rolu və regional əməkdaşlıq təşəbbüsləri bu prosesin mühüm istiqamətlərindəndir.

Azərbaycan-Türkiyə əməkdaşlığının regional təhlükəsizlik və davamlı sülh baxımından əhəmiyyəti də diqqətdən kənarda qalmamalıdır. Prezident Ərdoğan Qarabağda qazanılmış hərbi Zəfərin davamlı sülh və sabitliklə möhkəmləndirilməsinin vacibliyini vurğuladı və Azərbaycanın bölgədə sülhün təmin olunması istiqamətindəki səylərini dəstəklədiklərini bildirdi. Bu yanaşma göstərir ki, iki ölkənin əməkdaşlığı yalnız mövcud siyasi münasibətlərin qorunması ilə məhdudlaşmır, eyni zamanda Cənubi Qafqazda təhlükəsizliyin, iqtisadi əlaqələrin və regional inteqrasiyanın inkişafına yönəlir.

Bütün bunlar onu deməyə əsas verir ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və dövlət başçılarının mətbuata verdikləri bəyanatlar iki qardaş ölkənin strateji münasibətlərinin gələcək inkişafına dair mühüm mesajlarla yadda qaldı. Bu mesajların mərkəzində qarşılıqlı etimad, siyasi həmrəylik, iqtisadi əməkdaşlıq, təhlükəsizlik və ortaq gələcək hədəfləri dayanır.

Azərbaycan və Türkiyə münasibətləri tarixin müxtəlif sınaqlarından keçərək bugünkü müttəfiqlik səviyyəsinə yüksəlib. Bu münasibətlərin əsas gücü isə yalnız dövlətlərarası müqavilələrdə deyil, xalqların qarşılıqlı sevgisində, ortaq tarixi yaddaşında və bir-birinin taleyinə məsuliyyətlə yanaşmasındadır. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatları da məhz bu siyasi və mənəvi bağlılığın ifadəsi kimi diqqət çəkir.

Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan-Türkiyə birliyinin regional proseslərdəki rolunun və gələcək əməkdaşlıq perspektivlərinin bir daha təsdiqlənməsi oldu. İki ölkənin münasibətləri bu gün yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, Türk dünyasının birliyi, Cənubi Qafqazın gələcəyi və daha geniş geosiyasi proseslər kontekstində də əhəmiyyət daşıyır.

Bir sözlə, Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə söykənən, siyasi müttəfiqliklə möhkəmlənən və gələcək nəsillərin inkişaf perspektivlərinə istiqamətlənən strateji münasibətlər modelidir.

Vüqar İskəndərov
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 72   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

11:13 130
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 247
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 286
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

10:00 154
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

10:33 141
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 318
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy

12:16 0
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 160
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 246
.