"Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki...

"Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki...Təzə Pir məscidi. Yuyat yerindəyik. Mürdəşirlərlə söhbət edəcəyik, amma içəridə cənazə var. Gözləməliyik ki, meyiti yuyub, yaxınlarına təhvil versinlər.
Budur, tabutda yenə meyit gətirildi, yuyuldu, son mənzilə yola salındı.

"Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki...Mürdəşirlər bizi qarşılayır. İçəri girəndə düz gözümüzün qabağında yerdə iki dənə iç-içə tabut qoyulmuşdu.

"Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki...Sol tərəfdə meyitlərini saxlamaq istəyən insanlar üçün xüsusi yer, sağ tərəfdə üzərində "Qadın" və "Kişi" yazılan mürdəşirlərin otağı. Qarşımızda isə yan-yana qadın və kişi cənazələrinin yuyulması üçün yerlər. Təzə Pir məscidində dörd mürdəşir fəaliyyət göstərir. Biz gedəndə isə sadəcə ikisi orda idi.

16 ildir ki, mürdəşirlik edək İntiqam kişi və qayınanasının mürdəşirlik işini davam etdirən Nəzakət xala. Nəzakət xala deyir ki, ondan əvvəl qaynanası 15 il burda mürdəşirlik edib, ondan öyrənib.

İntiqam dayı deyir ki, o, bu peşəyə bekarçılıqdan gəlib.

- Mürdəşir olmağı istəməmişəm. Bekar qalmışdım evdə. Zəng elədilər ki, belə iş var, işləyə bilərsən? Mən də dedim nöşün işləyə bilmirəm. Təzə başlayanda heç nə bilmirdim. Gəldim, elə üstündən 3-4 saat keçməmiş cənazə gəldi. Yaxşı-pis yola verdim, ilk dəfəydi. Düzü, birinci çəkindim. Ondan sonra isə yavaş-yavaş alışdım.

"Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki...İntiqam bəy
Başqa işim olsa, mən şəxsən işləmərəm mürdəşir kimi. Traktor sürmək (bu vaxt yoldan traktor keçirdi ona baxır), fəhləlik olsun, gedim işləyim. Amma burda işləməyim. Çünki axirətdə cavab verəcəyik. Ölü yumaq məsuliyyət tələb edir. Biz onları axirətə hazırlayırıq. Nə bilirik axı hər şeyi düz etmişik, bəlkə nəyisə səhv etmişik. Buna görə axirətdə boğazımızdan yapışacaqlar. Adamın ürəyində qara qalır. Pula görə gəlim cənazə yuyum, bəlkə yaxşı iş deyil. Çox məscidlərdə necə gəldi, yalandan yuyurlar meyitləri.

Qadın cənazələrin yuyulduğu yerdəyik. Mürdəşir Nəzakət xala danışır:

"Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki...Nəzakət xanım

- Meyiti qoyuram bura, sabunla yuyuram. Daha sonra başını, çiynini və çevirib arxasını yuyuram. Qarnını təmizləyirəm. Hər tərəfini yuyub pak etdikdən sonra ən sonda kafurlanmış, sidrlənmiş qüsul verirəm. Qüsul da doqquz vedrə su ilə verilir. Üçü başına, üçü sağ çiyninə, üçü də sol çiyninə tökülür. Qadınlarla kişilərin yuyulması da, qüsulu da eynidi.

Kişi mürdəşir İntiqam deyir ki, 13 ildi Təzə Pirdə işləyir. Bir dəfə də olsun bura cinsi azlıq nümayəndəsi gətirilməyib.

- Ola bilər başqa yerdə olsun, amma burda olmayıb. Heç ölü dirilmə kimi hallarla da qarşılaşmamışam. Düzünü desəm, belə şeyə inanmıram. Mümkün deyil axı ölü dirilsin.

İntiqam dayı tanınmışları da yuyub…

- Tanınmış insanlardan Anar Məmmədxanlı, Səyavuş Aslan, Yaşar Nuri, "Məzi" (Elçin Həmidov), Qədir Rüstəmov və xatırlamadığım bir çoxunu yumuşam. İlhamə Quliyeva da Təzə Pir məscidində yuyulub. Onu da Nəzakətin qaynanası yuyub.

Onların sözlərinə görə, hamı mürdəşirliyi bacarmalıdır.

- Biz maaş alırıq. Amma bir ölünün yuyulub, kəfənlənib, təhvil verilməsi 50 manatdı. Cənazə sahibinin də halallıq verməsi onun özünə qalıb. İstəyər verər, istəməz də verməz. Mürdəşirliyi hamı bacarmalıdı. Birdən elə yerə düşərsən, çıxılmaz vəziyyətdə qalarsan. Elə bir yer də ola bilər ki, ölünü yumaq üçün su olmaz. O zaman onu torpaqla yumaq, qüsul vermək lazımdır. Əgər kəfən də yoxdusa, paltarıyla dəfn edilməlidir. Kimsəsizlər burdan təmənnasız yola salınır. Gücümüz ona çatır. Amma burda olan bütün prosedurlar onlar üçün pulsuz edilir. Meyitləri yuyanda bəzən olur yaxınları su tökmək istəyir. Amma bu çox az hallarda olur. Eləsi var heç içəri girmir.

Mürdəşir deyir ki, insanların hansısa bədən üzvü kəsiləndə, ayrıca o da yuyulub, basdırılır. Həmin insan ölməmiş olsa belə…

- Qız uşaqlarını xanım, oğlan uşaqlarını kişi mürdəşirlər yuyur. Onlar da eyni qaydada yuyulur, qüsullanır və kəfənlənirlər. Sadəcə uşaqlara namaz düşmür. Elə olub ki, 6-7 aylıq ana bətnindən düşən uşaqları da gətiriblər. 16 ildi mürdəşir kimi çalışıram hər cür adam yumuşam. Bir də görürsən boş ayaq gəlir. Kiminsə ayağı kəsilib. Onu gətirirlər, meyiti necə yuyuruq onu da elə yuyub, kəfənləyirik. Dəfn edirlər. Ayağın məxsus olduğu insan da nə vaxt ölsə, ayağı dəfn olunan yerə basdırılır.

Təzə Pir Məscidində ölü yuyulan yerə nəzarət edən Valeh bəy deyir ki, meyitini burda saxladanlar da çox olur.

- Bizdə ölüləri saxlamaq da olur. Neçə gün istəsən. Bir günü 20 manatdı. İndi də orda ölülər var. Kimsəsiz deyillər. Bəzisinin qohumu var xaricdədi, ya qəbri hazır deyil ona görə saxlayırlar. Saxlamaq istəyənlər çox olur. Xüsusən də gecə gələnlər. Və yaxud da elə adam var 16-cı mərtəbədə yaşayır. Meyiti ordan düşürüb, sonra qaldırmaq çətin olur. Ona görə də, saxlayıb, burdan aparıb dəfn edirlər. Saxlanılan cənazələr də yuyulur, kəfənlənir və ad soyadı üzərinə yazılır ki, bilinsin.

"Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki...Meyitlərin saxlanıldığı yer

Mürdəşir intiqamın sözlərinə görə, ona ən çox təsir edən balıqların yediyi meyit olub.

- Cavanların meyitləri gələndə özüm də onları ağlayıram. Qoyuram özümü onların valideynlərinin yerinə və bu mənə çox pis təsir edir. Bir nəfər var idi. Altı ay suda qalmışdı. Balıqlar yemişdi onu. Ölü olub ki, bədənini qurd basıb. Bunlar insana çox mənfi hislər yaşadır.

İntiqam dayı deyir ki, mürdəşirlər 1980-ci illərdən sonra üzə çıxıb. Ona qədər meyitləri öz yaxınları yuyub.

- Ən faciəli ölümlər qəzalarda olur. Qəzada ölənlər birinci morqa gedir. Onları orda yığırlar, hissə-hissə gətirilmir bura, yəni. Koronavirusdan ölənlər bizdə qəbul edilmir. Bura gətiriləndə həkim kağızında görürdük ki, koronadan ölümdü. Geri qaytarırıq. Dəfələrlə gəliblər, biz qəbul etməmişik. Əslində, hazırıq idik onların gətirilməsinə, amma icazə verilmədi.

"Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki..."Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki..."Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki..."Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki..."Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki..."Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki..."Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki..."Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki..."Onu balıqlar yemişdi" - Məşhurları yuyan mürdəşir elə şeylər danışdı ki...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1813   Tarix: 28 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 63
.

Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay

13:29 138
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v

14:01 81
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 343
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 224
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 314
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 166
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 299
.

Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik

11:56 145
.