Ölmüş körpənin doğum evindən qaçırılması xəbəri haqda AÇIQLAMA

Ölmüş körpənin doğum evindən qaçırılması xəbəri haqda AÇIQLAMAÖtən gündən etibarən sosial şəbəkələrdə 26 günlük uşağın ailənin razılığı olmadan xəstəxanadan qaçırılması haqda iddialar yayılıb. Videosu da yayılan məlumatda "Niva" markalı maşınla ikisi tibb işçisi olmaqla 3 nəfərin ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istədiyi deyilir. İddiaya əsasən, uşağın meyiti valideynlərinin icazəsi olmadan yarılmaq məqsədilə xəstəxanadan çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, ailənin iddiasına görə, iyunun 30-da dünyaya gələn körpə ginekoloq Nailə Şahbazovanın səhlənkarlığı səbəbindən başından zədə və ağır travmalar alıb. Körpənin xalası Aynurə Əsədbəyli Bizim.media-ya bildirib ki, ailəsinə heç bir məlumat verilmədən körpə təcili surətdə xəstəxanadan çıxarılaraq müəmmalı şəkildə harasa aparılırmış: "Uşağın ölümünü xəbər verən kimi özümüzü xəstəxanaya çatdırdıq. Bir qədər keçmişdi, gördük ki, uşağı xəstəxananın arxasından çıxarıb maşına tərəf aparırlar. Həkim Nigar xanım qucağında bükülmüş uşaqla avtomobilə oturdu. Yaxınlaşıb uşağı istədik, bizə vermirdilər. Anam bunu görüb özünü maşının qabağına atdı. O anda körpənin atası da gəldi və çətinliklə də olsa uşağı həkimin əlindən aldıq. Nigar xanım sürücü ilə tez qaçıb xəstəxanaya daxil oldular. Arxalarınca düşsək də, onları tapa bilmədik. Uşağı hara qaçırdıqları hələ də anlaşılan deyil. Sanki gözümüzün qarşısında film çəkilirdi. Ekspertizaya aparılırdısa, niyə uşaq təcili tibbi yardım maşınında deyildi və bizim razılığımız olmadan aparılırdı? Nə oyun çevirirlər, başa düşmürük.

Uşağı ekspertizaya apardıq. Həkimlərdən birinin ilkin rəyinə görə körpə həddindən artıq şişib və bədəni qaralıb. Dediklərinə görə uşaq əslində 2-3 gün əvvəl ölüb. Görək ekspertizanın konkret rəyi nə ilə nəticələnəcək".

Məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, iyunun 30-da 1990-cı il təvəllüdlü ana Züleyxa Əkbərovanın körpəsi dünyaya gəlib və o, doğuş zamanı ağır asfiksiya, yenidoğulmuşun qıcolması və yenidoğulmuşun tənəffüs çatışmazlığı diaqnozları ilə Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olub: "Körpə süni tənəffüs aparatına qoşulub. Müayinə və müalicəsi müəssisədə davam etdirilən körpə laborator göstəriciləri nəzərə alınaraq hipotermiya aparatına keçirilib və 72 saatdan sonra ayrılıb. Vəziyyətin ağırlığı - ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub. Doğulduğu andan neonatal koma vəziyyətində olub.

26 gün Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsində kliniki, laborator, funksional müayinələrdən keçib. Vəziyyəti nəzərə alınaraq kardioloq, nevroloq, oftalmoloq, neyrocərrah tərəfindən konsultasiya aparılıb. Körpənin şöbədə müalicəsi davam etdirildiyi müddətdə valideynlərin mütəmadi məlumatlandırılması aparılıb, görüşlər təşkil olunub, ailə körpənin video və fotosu ilə təmin edilib.

Ailənin körpə ilə dəfələrlə görüşü təşkil olunub. Bununla bağlı müəssisəmizdə videosübutlar da mövcuddur. Aparılmış zəruri bütün tədbirlərə baxmayaraq, yenidoğulmuş 26.07.2022-ci il tarixində saat 12:54-də poliorqan çatışmazlığı nəticəsində tələf olub. Müəssisə tərəfindən bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə və Yasamal Rayon Prokurorluğuna məlumat verilib".

Bildirilib ki, Yasamal Rayon Prokurorluğundan uşağın meyitinin yarılması üçün Patoloji Anatomiya Bürosuna təhvil verilməli olduğu bildirilib: "Əhalinin Sağlamlıq vəziyyətinin qorunması haqqında" qanunun 41-ci maddəsində patoloji-anatomik yarma barədə bildirilir ki, patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında patoloji-anatomik yarmanın aparılması məcburi hesab edilir və bunun üçün vəfat etmiş şəxslərin yaxınlarından icazə alınmaya bilər.

Sözügedən hadisədə 26.07.2022-ci il tarixdə saat 15:40-da Patoloji Anatomiya Bürosuna təhvil verilməsi üçün müəssisənin əməkdaşları - direktorun inzibati məsələlər üzrə müavini İkram Ağayev, neonatoloq Nigar Şahbazova və şöbənin əməkdaşı Cahan Qəmbərova müəssisəyə məxsus avtomobillə meyiti Patoloji Anatomiya Bürosuna aparmaq istəyərkən müəssisənin həyətində Əkbərova Züleyxa Tahir qızının qohumları tərəfindən müəssisənin balansında olan "Niva" markalı 10-AR-131 dövlət qeydiyyat nişanlı avtomobilə hücum edilib.

Avtomobilə zərbələr endirilməklə ön şüşəsi qırılıb, içəridə oturan İ.Ağayevin çənə nahiyəsinə, C.Qəmbərovanın üzünə xəsarətlər yetirilib və C.Qəmbərovadan uşağın meyiti dartılıb alınıb. Qeyd etmək istəyirik ki, İnstitutun balansında təcili tibbi yardım avtomobili mövcud olmadığından meyit balansda olan "Niva" markalı maşın ilə aparılırdı.

Bu zaman müəssisənin həyətində hüquq-mühafizə orqanlarının əməkdaşları da olublar. Məsələ ilə bağlı mühafizə xidməti müdaxilə edib, Yasamal Rayon 27-ci Polis Bölməsinə və Yasamal Rayon Prokurorluğuna məlumat verilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra Yasamal Rayon Prokurorluğunun əməkdaşının iştirakı ilə meyit uşağın atası tərəfindən Patoloji Anatomiya Bürosuna verilməsi üçün götürülüb.

Əməkdaşlarımıza və dövlətin balansında olan avtomobilə dəyən zərərlə bağlı, eyni zamanda əməkdaşlarımızın təhqir olunması ilə bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına məlumat veriləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1247   Tarix: 28 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 63
.

Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay

13:29 138
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v

14:01 81
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 343
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 224
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 314
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 166
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 299
.

Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik

11:56 145
.