Türkiyədə hər kəs bu evdən danışır - VİDEO
Türkiyənin Rizə şəhərinin Güneysu rayonunun sakini, 27 yaşlı Mehmet Çetin yerdən təxminən 20 metr yüksəklikdə, ağacların üstündə polad vintlərlə bərkidilmiş 6 kvadratmetrlik ev tikib.
Bu barədə "Habertürk" xəbər verir.
Orta Şərq Texniki Universitetində (ODTÜ) ali təhsil almaq üçün Ankaraya gedən Çetin 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar distant təhsil səbəbindən Rizəyə qayıdıb və kəndində yaşamağa başlayıb. O, atasından miras qalan evin uçması səbəbindən uşaqlıq illərinin xəyallarını həyata keçirmək üçün bağdakı ərik, armud və xurma ağaclarında ev tikmək qərarına gəlib. Çetin 3 ağacın gövdələri arasında 6 kvadratmetrlik sahədə ev yaradıb.
Evin gözlədiyi qədər böyük olmadığını anlayanda dəmir barmaqlıqlarla dayaq edərək eyvan düzəldib. Ağacların arasında tikdiyi evin möhkəm olması üçün onu polad məftillə ağaca bağlayıb, mismarlarla ağaclara bərkidib.
Məktəbi bitirdikdən sonra ailə quran, Ankarada yaratdığı şirkətlə ixracatçılıqla məşğul olan Çetin yay aylarında həyat yoldaşı ilə birlikdə Rizəyə qayıdır və bir aylıq vaxtının çoxunu ağaclardakı evində keçirir. Çətin uşaq yaşlarında ağacda ev tikəcəyini xəyalına gətirdiyini, lakin bunun bu qədər çətin olacağını düşünmədiyini bildirib.
"Evi pandemiya zamanı asudə vaxtlarımda tikmişəm və 40 günə bitirmişəm. Dağılmış köhnə evin qalıqlarından tikinti materialları kimi istifadə etdim", - Çetin bildirib.
"Evin arxasından gedə biləcəyiniz körpü yerdən 4 metr hündürlükdədir. Ev ağacda olduğu üçün külək əsəndə silkələnir. Yüksəklikdən qorxanlar silkələnmədən əsəbiləşirlər. İndiyə qədər evdə 10 nəfəri qəbul edərək, onun dayanıqlığını yoxlamışıq", - o əlavə edib.
Çetinin həyat yoldaşı Tuğba Seçkin əri ilə universitetdə tanış olduqlarını, ali məktəbi bitirdikdən sonra, 2020-ci ildə ailə qurduqlarını və yayda Rizəyə gəldiyini bildirib. "Çetin taxtadan nəsə düzəltdi və mənə göstərdi. Onun belə bir şey edəcəyini heç təsəvvürümə gətirməzdim. Pandemiya zamanı distant təhsil başlayanda kəndə qayıdıb evini tikdi. Əvvəlcə narahat olduq, amma ev bu qədər qonaq qəbul etdi və heç bir problemimiz olmadı.
"Qəhvəaltını burda edir, səhər yeməyimizi yeyirik. Qonaqları qonaq edirik. Gözəl vaxt keçirdiyimiz bir məkan oldu", - o deyib./report
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1336 Tarix: 30 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571