Valideynlərin nəzərinə: Yeni məktəbli formaları BU TARİXDƏ satışa çıxarılacaq - VİDEO

Valideynlərin nəzərinə: Yeni məktəbli formaları BU TARİXDƏ satışa çıxarılacaq - VİDEOGələn tədris ilindən yeni məktəbli formalarının tətbiq edilməsi nəzərdə tutulsa da, valideynlər hələ də övladlarının məktəbə hansı formada getməli olduğundan məlumatsızdır. Belə ki, Nazirlər kabinetinin qərarı ilə ümumtəhsil məktəblərində təhsilalanların geyimləri üçün 4 forma müəyyən edilib. Ancaq təhsil müəssisələrinə bu geyimləri sifariş etmək səlahiyyəti verilməyib. Bununla belə, formaların hansısa birininin seçilməsinə məktəbin Pedaqoji Şurası qərar verəcək. Təhsil eksperti Elşən Qafarov deyir ki, yeni tədris ilinin başlamasına 2 aydan az vaxt qalmasına baxmayaraq, məktəbli geyimləri ilə bağlı hələ nə qiymətlər müəyyənləşib, nə də sifarişlər olunub.

Mütəxəssis bildirir ki, qərarda formaların üzərində hər məktəbin ayrıca embleminin vurulması əks olunsa da, bunun kimin hesabına hazırlanacağı göstərilməyib.

Elşən Qafarovun sözlərinə görə, bu il məktəbli geyimləri üçün valideyinlər daha çox vəsait ödəməli olacaqlar. Onun fikrincə çoxuşaqlı ailələrin, şəhid və qazi övladlarının formaları dövlət hesabına alınmalıdır.

Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov açıqlamasında bildirib ki, məktəbli geyimlərinin tikilməsi üçün hələ parçalar gətirilməyib. Qiymətlər də yalnız bundan sonra müəyyənləşəcək. Köynəklərin materialları 100 faiz pambıq, şalvar və yupkaların 60 faizi yun olduğu üçün qiymətlərin dəyişməsi istisna edilmir. Formaların satışına isə avqustun 10-dan başlanması gözlənilir. İlkin olaraq isə ibtidai siniflər yeni formalarla təmin olunacaqlar.

Təhsil naziri Emin Əmrullayev məktəbli formasının qiymətinin Nazirlik yox, bazar tərəfindən müəyyən edildiyini deyib. Nazir həmçinin bildirib ki, direktorun məktəblini hansısa forma geyinməyə məcbur etmək səlahiyyəti yoxdur. Bu tövsiyəedici qaydalardır və şagirdlər arasında fərqin qoyulmamasını nəzərdə tutur.(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1355   Tarix: 31 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab

14.11.2026 241
.

Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi

Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb

14:00 0
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 236
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 322
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 281
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.