Pələng onunla video çəkmək istəyən bloqeri parçaladı

Pələng onunla video çəkmək istəyən bloqeri parçaladıPakistanda "TikTok" üçün video çəkmək istəyən 19 yaşlı gənc pələngin hücumuna məruz qalaraq həyatını itirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, faciə Lahor şəhəri yaxınlığında yerləşən vəhşi heyvanların yetişdirildiyi fermada baş verib.

Məlumata görə, fermada çalışan 19 yaşlı gənc "TikTok" üçün video çəkilişində iştirak edib. İddialara əsasən, bloqer daha təsirli görüntülər əldə etmək məqsədilə dişi pələngin qəfəsdən buraxılmasını istəyib.

Lakin qəfəsdən çıxarılan yırtıcı qəfil gəncə hücum edərək ona ağır xəsarətlər yetirib.

Dəhşətli hadisə zərərçəkmişin atası və qardaşının gözü qarşısında baş verib. Ağır yaralanan gənc təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra polis fermanın sahibi Fəyyazı və bloqer Norman Həsəni saxlayıb.

İstintaq zamanı məlum olub ki, sahibkar faciənin əsl səbəbini gizlətməyə çalışıb. O, gəncin ölümünə səbəb olan yaraların pələng deyil, it hücumu nəticəsində yarandığını iddia edib.

Hadisədən sonra dişi pələng vəhşi təbiətin mühafizəsi üzrə mütəxəssislərə təhvil verilib.

Hazırda hüquq-mühafizə orqanları fermanın yırtıcı heyvan saxlamaq üçün müvafiq icazəsinin olub-olmadığını araşdırır. Eyni zamanda təhlükəsizlik qaydalarının pozulmasına kimin yol verdiyi müəyyənləşdirilir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 67   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən qəribə qadağaları açıqlandı

Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql

13.11.2026 351
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

14.11.2026 652
.

Estetik əməliyyata 100 min dollar xərclədi - FOTOLAR

Sosial media fenomeni Eylül Öztürk estetik əməliyyat etdirmək üçün Amerikadan Türkiyəyə gəlib. 6 saatlıq əməliyyat üçün 100 min dollar ödəyib. Bunu Türkiyə mediasına istinadən bildirib. Öztürk əməliyyatdan sonra çəkilmiş fotolarını yayımlayıb. Fotolarda fenomenin alnındakı sarğılar və üzündəki əməliyya

12.11.2026 596
.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 397
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14.11.2026 383
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14.11.2026 259
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12.11.2026 453
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 387
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14.11.2026 198
.