Bərdədə 27 yaşlı gəlin kirvənin oğlu ilə cinsi əlaqədə oldu, anasını öldürdü - Şok təfərrüat

Bərdədə 27 yaşlı gəlin kirvənin oğlu ilə cinsi əlaqədə oldu, anasını öldürdü - Şok təfərrüatBərdə rayon sakini, 1995-ci il təvəllüdlü Leyla 1984-cü il təvəllüdlü həmkəndlisi Sevili (adlar şərti verilib - red.) güllələyərək öldürüb.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə Bərdə rayonunda 2020-ci ilin noyabrın 10-da baş verib.

İstintaq orqanı tərəfindən Leylanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Leyla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2012-ci ildə xalası oğlu Rasimlə ailə qurub və həmin nikahdan Səid adlı övladı dünyaya gəlib:

"Rasimlə öz razılığım əsasında könüllü şəkildə qaçmışam. Sonra onunla rəsmi şəkildə nikaha daxil olmuşam. Təxminən iki-üç il əvvəl ərim içkiyə qurşandığından və tez-tez qumar oynadığından münasibətlərimiz pisləşdi. Bu səbəbdən ərimdən boşanmaq qərarına gəldim".

"Atam məni tanımadığm şəxsə ərə vermək istədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, ərindən boşanması üçün Bərdə rayon məhkəməsinə müraciət edib:

"Ərimdən boşandıqdan sonra Bakıda Sabunçu rayonu ərazisində yerləşən evdə atam-anamla birlikdə yaşamağa başladıq. Hadisədən təxminən doqquz ay əvvəl atam məni öz razılığım olmadan zorla tanımadığım, avtomobil təmiri ilə məşğul olmasını bildiyim bir nəfərlə evləndirmək istədi. Ancaq bu münasibətə razı olmadığıma görə valideynlərimə xəbər vermədən Bərdə rayonunda yaşayan əmim oğlu Elmarla əlaqə saxladım. Ona Bərdəyə gəlmək istədiyimi dedim. Elmar məni Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzalda tanımadığım avtobus sürücüsü ilə əlaqələndirdi, Bərdə rayonuna gəlməyimi təmin etdi".

Leyla qeyd edib ki, o, Bərdəyə gələndə azyaşlı oğlu Bakı şəhərində qalıb: "Yol pulum olmadığından Bərdə rayonuna Elmarın vasitəçiliyi ilə gəldim, əmim oğlu məni avtomobili ilə qarşılayaraq evə apardı. Əmim Adil mobil telefon vasitəsilə atama zəng etdi, mənim artıq öz evlərində olduğumu və narahat olmamalarını bildirdi".

"Atamın sözünə əməl etdim"

Leyla bildirib ki, təxminən bir aydan az müddətdə əmisi və əmisinin ailəsi ilə birlikdə yaşayıb:

"Günlərin birində atam kirvə kimi qohum olduğumuz Sadiqə zəng edərək, məni əmimin evindən aparmasını xahiş etdi. Ancaq mən özüm Sadiqin yaşadığı evdə qalmaq istəmədim. Buna səbəb özümü əmimin evində daha rahat hiss etməyim idi.

Bununla belə atamın sözünə əməl edərək Sadiqin ailəsi ilə birlikdə yaşadığı evə köçdüm. Hadisə baş verən günədək həmin evdə qaldım".

"Heç bir düşmənçiliyim olmayıb"

Leylanın sözlərinə görə, Sadiqin ailəsi özündən, arvadı Sevildən və oğlanları - Rafiq və Sahibdən ibarət olub: "Həmin vaxtdan etibarən Sadiqin ailəsində oğlumla birlikdə yaşamağa başladım.

Sadiqin evində qaldığım təxminən doqquz aylıq müddət ərzində nə Sadiqin özü, nə də ailə üzvləri ilə aramda heç bir düşmənçilik olmayıb. Daim Sadiqin özünə və ailə üzvlərinə hörmətlə yanaşmışam. Həmin evdə özümü onların ailə üzvü kimi hiss etmişəm".

"Verdiyi sözə əməl etmədi"

Leyla qeyd edib ki, təxminən hadisədən beş ay əvvəl Sadiq və Sevil evdə olmayan vaxt Sahib onunla istəmədiyi halda yaxın münasibətdə olub: "Sonradan bu hal 2-3 dəfə təkrarlandı. Bu barədə Sahibin valideynlərinə danışmaq istəsəm də, Sahib mənə mane olaraq bu barədə valideynlərinə heç bir söz deməməyimi istədi, valideynləri ilə özünün danışacağını söylədi.

Amma Sahib verdiyi vədə əməl etmədi, mənimlə cinsi əlaqədə olması ilə bağlı valideynlərinə heç bir söz demədi".

"Mənim şər atdığımı söylədi"

Leyla deyib ki, Sahib müharibə ilə bağlı səfərbərliyə yollandıqdan sonra bir neçə dəfə onunla yaxın münasibətdə olması barədə həm özünün, həm də Sahibin valideynləri ilə danışmaq qərarına gəlib:

"Nəhayət, təxminən hadisədən 3-4 gün əvvəl bu barədə Sahibin anası Sevilə məlumat verdim. Həmin vaxt bizim yanımızda müharibə ilə əlaqədar Sadiqin evində müvəqqəti yaşayan Jalə adlı qız, Jalənin Rəfiqə adlı, "Çömü" deyə çağırdıqları bacısı və Sevilin adını xatırlamadığım bibisi də olub.

Bu barədə ilk dəfə Sevilə məlumat verəndə mənə belə bir şeyin mümkün olmayacağını, mənim Sahibə şər atdığımı söylədi. Adlarını çəkdiyim qadınlar getdikdən sonra Sevil istifadəsində olan mobil telefon vasitəsilə məni Sahiblə danışdırdı.

Telefon danışığı zamanı Sevil oğlundan mənimlə arasında hər hansı cinsi əlaqənin olub-olmadığını soruşdu. Sahib yalandan and içməklə anasına aramızda heç bir münasibətin yaşanmadığını və mənim yalan danışdığımı dedi".

"Namusumu qoruduğumu dedim"

Leyla qeyd edib ki, həmin gün Sadiq Zərdab rayonundan yaşadığı evə qayıdan zaman Sevil məsələni ona danışıb: "Sadiq isə mənim sözlərimə inanaraq Sahibin böyük səhv etdiyini, bu məsələni atamdan heç cür gizlədə bilməyəcəyini bildirdi və atamla danışacağını söylədi.

Hadisə günü gecə saatlarında Sevil mənim pozğun, əxlaqsız olduğumu, məni də, atamı da biabır edəcəyini dedi. Hətta o, atamı mənə düzgün tərbiyə vermədiyinə görə təhqir etdi. Mən isə Sevilə həmişə öz namusumu qoruduğumu dedim".

Leylanın ifadəsinə görə, Sahib öz evində yaşayan bir qadınla cinsi əlaqədə olmaqdan utanmayan bir adam olub: "Sevil isə mənim pozğun qadın olmağımı hamıya deyəcəyini, atamın qeyrəti varsa, həm mənim, həm də özünün başına bir güllə vuraraq hər ikimizi öldürməli olduğunu söylədi.

Həmin vaxt yanımızda başqa heç kim olmayıb. Sonra mübahisəmiz bitdi və yatmağa getdik".

"Qardaşı tüfəngi mənə tuşlayıb tələb etdi ki..."

Leyla bildirib ki, noyabrın 10-da səhər saatlarında onunla Rafiqlə arasında da münaqişə yaranıb: "Həmin vaxt Rafiq atası Sadiqin təklüləli ov tüfəngini götürdü, içərisinə patronu daxil edərək mənə tərəf tuşladı. O, qardaşı Sahibin mənimlə cinsi əlaqədə olması ilə bağlı ittihamlardan imtina etməyimi tələb etdi. Təhqir və mübahisə səsinə Sevil otağa daxil oldu, mübahisəyə müdaxilə etdi.

Həmin vaxt Rafiqin əlində olan tüfəngin lüləsindən yapışdım və tüfəngi Rafiqin əlindən almaq istəyərkən atəş açıldı. Ehtiyatsızlıqdan açılan atəş Sevili ağır yaraladı. Sevil hadisə yerində vəfat etdi".

Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı qorxuya düşüb və evdən qaçıb: "Tanımadığım taksiyə əyləşərək əmimgilin yaşadığı evə getdim. Axşam saatlarında Bərdə rayon polis şöbəsinə gətirildim".

Leyla qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib: "Ehtiyatsızlıqdan baş verən hadisə həm mənim, həm də Rafiqin tərəfindən törədilib. Lakin Rafiqi məsuliyyətdən azad etmək məqsədilə Sadiq qohumlarından istifadə edərək istintaqın gedişinə təzyiqlər göstərib.

Bu səbəbdən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığım üçün yalan ifadələr vermişəm və təzyiq altında əvvəlki ifadələrimə imza etmişəm".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Leylanın müdafiəçisi apellyasiya şikayəti verib. Şikayətdə Leylanın qəsdən adam öldürməkdə günahsız olması, barəsində bəraət hökmünün çıxarılması istənilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Leylanın müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3350   Tarix: 14 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 266
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

10:33 117
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 189
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 315
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 245
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 255
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 113
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 262
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 246
.