Şabranda dünəndən başlayan yanğın söndürülüb - VİDEO

Şabranda dünəndən başlayan yanğın söndürülüb - VİDEO"Şabranda biçilmiş taxıl sahəsində başlayan yanğın söndürülüb".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, dünən günorta saatlarından Şimal bölgəsində və bir neçə ərazidə yanğın məlumatları daxil olub.

Onun sözlərinə görə, havanın isti və küləkli olması yanğınların genişlənərək digər ərazilərə keçməsinə səbəb olub.

"Bütün bunlar nəzərə alınaraq hadisə yerinə yerli qüvvələrlə yanaşı Bakı və Sumqayıtdan canlı qüvvə, texnika ilə yanaşı bir helikopter cəlb edilib. Görülmüş operativ tədbirlər nəticəsində Siyəzən, Quba, Qusar rayonlarında baş verən yanğınlar qısa müddətdə söndürülüb".

Füzuli Əsədovun sözlərinə görə, gecə saatlarında Xaçmazın dörd kəndindəki, Şabranda geniş ərazini əhatə edən yanğın tam söndürülüb.

Hadisə nəticəsində Xaçmazda 40, Şabranda idə 500 hektara yaxın ərazi yanıb.

"Meşə və açıq ərazilərdə baş verən yanğınların əsas səbəbi insan amilidir. Ehtiyatsızlıq və qəsdən yandırılma ehtimal olunur ki, bu istiqamətdə araşdırma aparılır", - deyə nazirlik rəsmisi bildirib.

Ümumilikdə yanğınların söndürülməsinə 20-dən artıq texnika, 200-dən artıq şəxsi heyət cəlb olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 581   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən çox istehlak olunan ət növü AÇIQLANDI

Dünya üzrə toyuq əti istehsalı son 20 ildə təxminən iki dəfə artıb və hazırda toyuq əti planetdə ən çox istehlak edilən ət növünə çevrilib. 2023-cü ildə dünyada 76,2 milyard toyuq yetişdirilib. 2006-cı ildə bu göstərici 48,3 milyard olub. xarici KİV-ə istinadla bildirir ki, ən böyük artım Asiya-Saki

27.08.2026 211
.

Çində kilometrlərlə uzanan və böyüməyə davam edən nəhəng çat yaranıb

Çinin şimal-mərkəzi hissəsində yerləşən Pınlu vadisi təxminən 10 kilometr uzunluğa, 2 kilometrədək enə və 100 metrədək dərinliyə malikdir. Alimlər bu ərazini yer qabığının hərəkəti ilə əlaqəli aktiv rift sisteminin bir hissəsi hesab edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "WP Tech" yazıb

27.08.2026 281
.

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video

Keniyanın qərbində 33 yaşlı Manasse Lomaçar itkin keçisini axtararkən gözlənilməz kəşfə imza atıb. Çeporor ərazisində çay yatağında qızıl axtaran qadınlara qoşulan Lomaçar təxminən 3 qram qızıl tapıb və onu 36 min Keniya şillinqinə, yəni təxminən 280 dollara satıb. "Qafqazinfo" xəbər veri

27.08.2026 258
.

Rusiya Ukraynaya raket və dronlar atır, hakimiyyət orqanları bildirir

Rusiya cümə axşamı gecəsi Ukraynaya raket və dronlar atıb, paytaxt Kiyev və digər şəhərlər kütləvi hücuma məruz qalıb, Ukrayna hakimiyyəti bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, atılan raketlərə iki "Oniks" gəmi əleyhinə qanadlı raketi

27.08.2026 204
.

9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb

Yasamal rayonunda MİDA yaşayış kompleksindən hərəkət edən 9 nömrəli avtobusla bağlı sərnişin şikayəti daxil olub. -in "qaynar xətti"nə müraciət edən sərnişinin sözlərinə görə, avtobus hərəkətdə olarkən kondisionerdən insanların üzərinə çirkli su axıb. Nəticədə bir neçə sərnişinin üzü və üst-baş

27.08.2026 236
.

Bu pişik balası "Ginnesin Rekordlar Kitabı"na düşdü

ABŞ-ın Viskonsin ştatının Kaukauna şəhərində yaşayan Erebus adlı pişik balası pəncələrindəki barmaqların sayına görə dünya rekorduna imza atıb. Onun ümumilikdə 29 barmağı var və rekord rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"nda qeydə alınıb. xarici mediaya istinadla bildirir ki, Erebus 2026-c

27.08.2026 252
.

Rus ordusu bu kəndi işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Şevçenkovskoye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

27.08.2026 190
.

Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır

Çinin Hunan əyalətində 100 tondan çox ehtiyatı nəhəng qızıl yatağı aşkarlanıb. Hesablamalar təsdiqlənərsə, Vanqu adlı yeni xəzinə dünyanın ən böyük yüksək keyfiyyətli qızıl yataqlarından birinə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, yataq Hunan əyalətinin Pinczyan bölgəsindəki Vanq

27.08.2026 250
.

Manat sabitdir, amma qiymətlər artır: Pul niyə dəyər itirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda manatın məzənnəsi dollar qarşısında uzun müddətdir sabit qalsa da, qiymət artımı davam edir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin iyulunda illik inflyasiya 5,8 faiz təşkil edib. Bu şəraitdə milli valyutanın nominal məzənnəsi dəyişməsə də, eyni məbləğdə pulla əvvəlk

27.08.2026 311
.