Kartlarından pul çıxılıb, amma bilet ala bilməyiblər: "iTicket.az" saytı niyə çöküb? - VİDEO

Kartlarından pul çıxılıb, amma bilet ala bilməyiblər: "iTicket.az" saytı niyə çöküb? - VİDEOUEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Viktoriya" (Çex Respublikası) matçını stadionda izləmək istəyən azarkeşlər bilet almaq istəyərkən problemlə üzləşiblər.

Xezerxeber.az-ın məlumatına görə, dünən minlərlə azarkeşin "iTicket.az" saytından bilet almaq cəhdləri uğursuz olub.

Üstəlik, ötən gün bəzi azarkeşlərin kartlarından biletin qarşılığında pul çıxılsa da, onlar bilet ala bilməyiblər.

Məsələ ilə bağlı "iTicket" şirkətinin direktoru Kamran Abasov "Xəzər Xəbər"ə bildirib ki, lazımi hazırlıq tədbirləri görülsə də, oyuna maraq həddindən artıq olduğundan saytın serverləri çöküb və bir neçə saatlıq onlayn satış dayandırılıb. Buna baxmayaraq, satış nöqtələrində fiziki bilet satışları davam edib.

Kamran Abasov əlavə edib ki, kartından pul çıxılan, amma bilet ala bilməyənlərin vəsaitləri bir gün ərzində geri qaytarılacaq.

O qeyd edib ki, qaydalara əsasən, bir şəxsiyyət vəsiqəsi ilə maksimum üç bilet almaq mümkündür. Ancaq hazırda "qara bazar" şübhələrinin tam aradan qaldırılması istiqamətində işlər aparılır və "Qarabağ"ın növbəti oyunlarında "Bir bilet, bir şəxsiyyət vəsiqəsi" prinsipi yenidən tətbiq ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1166   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Argentina milli komandasının qapıçısı: "Messi bizə hər şeyi öyrətdi"

Argentina yığmasının və Londonun "Çelsi" futbol klubunun qapıçısı Emiliano Martines Lionel Messinin onun üçün bir nümunə olduğunu bildirib. Bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. "Mən də eynilə Messi kimi getmək istərdim. O, bizə hər şeyi öyrətdi: uğursuzluğa düça

31.10.2026 455
.

Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı

Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal

09.10.2026 964
.

4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır

Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq. Qadınların -6

07.10.2026 731
.

Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"

Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub. "Report" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib. Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:

31.10.2026 421
.

"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir

24.10.2026 651
.

İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib

Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr

24.10.2026 649
.

"Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar

Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə

27.10.2026 756
.

Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir

Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"

25.10.2026 658
.

Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu

Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqa

25.10.2026 732
.