Atılmış uşaq 70 il eyni yerdə anasının yolunu gözlədi - FOTO
BiG.AZ Lent.az-a istinadən sizə çox maraqlı və eyni zamanda hüznlü bir həyat hekayəsini təqdim edir:
1928-ci ildə Mardin şəhərindən 14 km uzaqlıqda yerləşən Binebil kəndində doğulmuşdu Circis Kaplan. Bir Süryani ailənin övladıydı. Circis adını ona sonralar bütün ömrünü keçirəcəyi monastrda vermişdilər. Anası isə onu "Bahe" ( bulbul) deyə çağırırdı. Atası hamballıq edərək ailəni zorla dolandırırdı. Özündən böyük iki bacısı var idi və ömrünün ilk 2 ilini varlı olmasa da, xoşbəxt körpə olaraq yaşamışdı balaca bulbul.
Yaş yarımlıq olanda anası beşikdə yatan Baheni həyətdə tək qoyub iş dalınca evə girir. Bu zaman həyətdəki xoruz uşağa hücum edir. Bahenin üz gözü yaralanır, lakin dərd bununla bitmir, yalnız 4 yaşına çatanda valideynləri anlayırlar ki, xoruzun hücumu psixoloji zərbələr də vurub, uşaqda əqli inkişaf normal getmir. Bahe danışa bilmir və baş verənləri anlamaqda çətinlik çəkirdi. Elə o gündən yaşı artsa da, Bahenin ağlı balaca uşaq ağlı kimi qalır.
6 yaşı olanda Bahenin hambal atası ağır yük altında qalıb ölür. Ana evin yükünü çiyninə alsa da, öhdəsindən gələ bilmir. Uşaqlarını aclıqdan , səfalətdən qorumaq üçün atası evinə dönməyə qərar verir. Lakin qarşısına ailəsi tərəfindən qəddar şərt qoyulur. "Ağlı kəm övladına verməyə çörəyimiz yoxdur, onu gətirmə".
Ana qızlarını yanına alsa da, Bahedən göz yaşları içərisində ayrılmalı olur. Onu Mardindəki Süryani monastrının qapısı önündə qoyub son kəs boynuna sarılır. "Mən sənin ardınca gələcəm, Bahe. Unutma, sənin ananın adı Vediadır". Ana qapıdan aralanana qədər dəfələrlə eyni sözü təkrarlayır. "Biz qayıdacağıq".
Balaca Bahenin də ağlına elə bu sözlər ilişib qalır, inanır, bir gün anasının geri dönəcəyinə bütün qəlbiylə, saflığı ilə inanır. Onu tanıyanlar ömrü boyu dilindən iki kəlmədən başqa bir şey eşiməmişdilər. O gah "ana" deyirdi, gah da "Vedia".
Monastrdakı din xadimləri atılmış uşağa sahib çıxırlar. O, monastrın həyətində gah bağbanlıq edir, gah süpürgəçilik. Amma qapıya hər kölgə düşəndə, hər taqqıltı eşidəndə sevinib "Ana", deyə qaçırmış. Monastrdakılar da ona alışmışdılar, Lakin onun haqqında danışanda qəribə bir ifadə işlədirdilər: "Bahe bu monastrın daşıdır. Onun yoxluğu ilə monastrımızdan bir daş azalacaq".
Ürəyində yalnız sevgi olan bu saf adam hər kəsin gözünə nə üçün daş kimi görünmüşdü? Bilinmir.
Bahe anasının ona öyrətdiyi ərəb dilində danışır, nə türk, nə də süryani dilini qəbul etmək istəmirdi. Görünür dilini dəyişsə, anasının onu tanıya bilməyəcəyini düşünmüşdü. Bu ümidlə o 70 il ana yolu gözləyir.
Baheni görən hər kəs sanki qarşısında qoca görünən balaca saf uşaq olduğunu düşündüyünü deyir.
Bu hadisə Mardinin Kırklar Kilsəsinə tabe olan Delrulzafaran Monastrında baş verib və hadisəni kilsənin baş keşişi Qabriyel Akyüz danışıb. Onun sözlərinə görə, Bahe 70 il eyni saflıq, eyni həsrətlə anasının yolunu gözləyib və nəhayət 2014-cü ildə anasını gözlədiyi yerdə, kilsə qapısı ağzında həyatla vidalaşıb.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2848 Tarix: 16 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
08.11.2026 423 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 223 Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod
01.11.2026 475 Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri
01.11.2026 642 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
06.11.2026 542 Unitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
08.11.2026 188 12 yaşlı uşaq qızıl külçəsi tapdı
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə
08.11.2026 198 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 621 Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
04.11.2026 513