Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Tək səyahət üçün ən yaxşı şəhərlər - SiyahıTəkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarət edilən 48 şəhərini tək səyahət edənlər üçün qiymətləndirib.

"Qafqazinfo" xəbər verir ki, araşdırma gündəlik yaşayış xərcləri, təhlükəsizlik reytinqləri və hostellərin sayı daxil olmaqla, 11 fərqli meyar əsasında aparılıb.

Təhlil olunan bütün meyarlar üzrə Çexiyanın paytaxtı Praqa Avropada tək səyahət üçün ən rahat və təhlükəsiz şəhər seçilib. Praqada orta büdcəli səyahətçinin gündəlik xərci (gecələmə, qida, nəqliyyat və əyləncə) 134,3 avro olaraq hesablanıb.

Siyahının ikinci pilləsində Polşanın tarixi Krakov şəhəri yer alıb. Ucuz hostel imkanları ilə seçilən İstanbul isə ən yaxşı 3-cü şəhər olub.

Avropada tək səyahət üçün ən yaxşı 10 şəhər:

1. Praqa (Çexiya),

2. Krakov (Polşa),

3. İstanbul (Türkiyə),

4. Lissabon (Portuqaliya),

5. Qdansk (Polşa),

6. Berlin (Almaniya),

7. Porto (Portuqaliya),

8. Sevilya (İspaniya),

9. Barselona (İspaniya),

10. Riqa (Latviya).

Reytinqin ən son pilləsində İsveçrənin Sürix şəhəri qərarlaşıb. Günlük 168,1 avroya çatan yüksək yaşayış, qida və nəqliyyat xərcləri Sürixi tək seyahət edənlər üçün Avropanın ən az uyğun şəhərinə çevirib. İslandiyanın paytaxtı Reykyavik və İtaliyanın Venesiya şəhəri də yüksək qiymət amilinə görə antireytinqin ilk üçlüyündə yer alıblar.

Araşdırmada vurğulanır ki, tək səyahət edənlər xərcləri bölüşə bilmədikləri üçün büdcə amili həlledici rol oynayır. Siyahının ilk 10 şəhərində orta gündəlik xərc 153 avro təşkil etdiyi halda, sonuncu 10 şəhərdə bu rəqəm 252 avroya çatır.

Avropada tək səyahət üçün ən əlverişsiz 10 şəhər:

1. Sürix (İsveçrə),

2. Reykyavik (İslandiya),

3. Venesiya (İtaliya),

4. Orhus (Danimarka),

5. Köln (Almaniya),

6. Cenevrə (İsveçrə),

7. Frankfurt (Almaniya),

8. Nitsa (Fransa),

9. Marsel (Fransa),

10. Dublin (İrlandiya).


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 125   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.