Quru sərhədlər bağlı, aviabiletlər baha: Vətəndaşlar çıxış yolu axtarır
Quru sərhədlərin bağlı olduğu bir şəraitdə aviabiletlərin sürətlə bahalaşması vətəndaşların xaricə səfər imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə vəziyyətdə insanlar xarici ölkələrə getmək üçün əsasən hava nəqliyyatından istifadə etməyə məcbur qalırlar. Alternativ nəqliyyat imkanlarının məhdudluğu isə aviaşirkətlər üçün əlverişli bazar şəraiti yaradır. Bu səbəbdən aviabiletlərin qiymətinin davamlı artması sağlam rəqabət prinsipləri baxımından ciddi suallar doğurur. Ən azı, bu sahədə mümkün inhisarçılıq və haqsız rəqabət riskləri ətraflı araşdırılmalıdır.
Bazar iqtisadiyyatında qiymətlər tələb və təklif əsasında formalaşmalıdır. Lakin rəqabətin məhdud olduğu, istehlakçıların alternativ seçim imkanlarının azaldığı şəraitdə qiymət artımlarını yalnız bazar qanunları ilə izah etmək kifayət deyil. Çünki vətəndaşın seçim imkanı olmadıqda, o, təklif olunan qiymətlə razılaşmağa məcbur qalır. Nəticədə yaranan vəziyyət aviaşirkətlər üçün əlverişli iqtisadi mühit formalaşdırdığı halda, sərnişinlərin üzərinə əlavə maliyyə yükü qoyur.
Hesab edirəm ki, aidiyyəti dövlət qurumları bu məsələyə diqqət yetirməli, aviabiletlərin qiymət formalaşması mexanizmini, aviaşirkətlərin əməliyyat xərclərini və bazardakı rəqabət vəziyyətini araşdırmalıdırlar. Burada məqsəd qiymətləri inzibati qaydada müəyyənləşdirmək deyil, süni bahalaşma hallarının, inhisarçılığın və rəqabət prinsiplərinin pozulmasının qarşısını almaq olmalıdır.
Unutmaq olmaz ki, quru sərhədlərin bağlı olduğu şəraitdə hava nəqliyyatı bir çox vətəndaş üçün xaricə səfərin əsas vasitəsinə çevrilib. Belə bir vəziyyətdə yaranmış məhdud seçim imkanları istehlakçıların əleyhinə istifadə edilməməlidir. Aviabilet bazarında şəffaflıq və sağlam rəqabət təmin olunmalı, vətəndaşların münasib qiymətlərlə səyahət etmək hüququ nəzərə alınmalıdır.
Akif Nəsirli - Liberal İqtisadçılar Mərkəzinin sədri
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 148 Tarix: 03 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇay paketlərinin təhlükələri: ARAŞDIRMANIN nəticələri
Paket çaylar gündəlik həyatda ən çox istifadə edilən içkilərdən biri olsa da, alimlər onların sağlamlıq üçün potensial təhlükələri barədə xəbərdarlıq ediblər. Yeni araşdırma göstərib ki, bəzi çay paketləri isti su ilə təmas zamanı içkiyə minlərlə mikroplastik hissəcik buraxa bilər. xarici mediaya istinadl
02.11.2026 358 Avropada qeyri-adi qış gözlənilir: İki iqlim hadisəsi havaya təsir edəcək
2026-2027-ci illərin qışı Avropada mülayim və yağıntılı hava ilə başlaya bilər. Alimlərin araşdırmalarına əsasən, bu mövsümün hava şəraitinə iki təbii iqlim hadisəsi - El-Nino və Hind okeanı dipolunun müsbət fazası təsir göstərəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Futura" portal
02.11.2026 389 YALNIZ İRAN DEYİL, DÜNYA QORXU İÇİNDƏ
Benyamin Netanyahu hakimiyyətini qoruyub saxlamaq üçün müharibəni davam etmək istəyir və İrana nüvə zərbəsi endirilməsi məqsədilə Donald Trampa təzyiq göstərir. Bunu Türkiyə mediasına istinadən bildirib. ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyi iddiası dünya gündəmini silkələyib. ABŞ-də aralıq seçkilə
11:52 218 Trampdan İranla bağlı yeni açıqlama: Daha iki obyekt hədəfə alına bilər
ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında İranın Kolanq-Qaz-La dağının altındakı şübhəli nüvə obyektinə zərbə endirilməsinin mümkünlüyündən danışıb. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Tramp bildirib ki, ABŞ İslam Respublikasını
10:45 215 Dünyanın ən böyük kitabxanasında nə gizlənir? - 184 milyonluq xəzinə
Kitabxanalar haqqında danışarkən adətən ağlımıza minlərlə kitabın düzüldüyü rəflər gəlir. Lakin dünyanın ən böyük kitabxanası təsəvvür etdiyimizdən qat-qat fərqlidir. Burada milyonlarla kitabdan başqa, tarixin müxtəlif dövrlərinə aid nadir sənədlər və qiymətli arxiv materialları qorunur. Onların bəzilər
02.11.2026 377 Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?
Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda
15:02 62 Avropa çempionu toyundan sonra öldü
Atletika üzrə Avropa çempionu və Olimpiya Oyunlarının iştirakçısı iştirakçısı Siara Macian vəfat edib. Ailəsi onun ölümünü rəsmi "Instagram" səhifəsində elan edib. -ın xarici mediaya istinadən məlumatına görə, o, noyabrın 1-də, yerli vaxtla səhər saat 6:30-da xəstəliklə mübarizə apardıqda
02.11.2026 455 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
02.11.2026 356 Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib
Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib. Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "Rynek Zdrowia"
02.11.2026 387