Keşiş olmaqdan imtina etdi, qəhrəmanının ölümünü arzuladı - Komissar Kattani haqqında bilmədiklərimiz

Keşiş olmaqdan imtina etdi, qəhrəmanının ölümünü arzuladı - Komissar Kattani haqqında bilmədiklərimizMikele Plaçido 19 may 1946-cı ildə İtaliyanın cənubunda yerləşən Askoli-Satriano şəhərində kasıb və çoxuşaqlı ailədə dünyaya gəlib. Gələcəyin aktyoru ilk təlim-tərbiyəsini şəhərdə yerləşən kilsədə almağa başlayır, gələcəkdə keşiş olmaq istəyir. Lakin zaman keçdikcə onun dəliqanlı yeniyetməlik dövrü başlanır. O, dərslərə az-az gəlməyə, daha çox öz xasiyyətində olan yaşıdları ilə gəzib, əylənməyə başlayır. Getdikcə Mikele belə xasiyyəti ilə keşiş olmayacağını anlayır. Bir gün o, müqəddəs ataya öz günahlarını etiraf edir, qadınlara və qızlara olan ehtirasından söz açır. Ertəsi günü Mikelenun atasını məktəbə çağırırlar və ona oğlunu başqa məktəbə keçirmələrini məsləhət görürlər.

Orta məktəbi bitirdikdən sonra Mikelo kollecə daxil olur. Daha sonra isə hərbi xidmətə yola düşür. Hərbi xidməti başa vurub qayıdandan sonra gələcəyin aktyoru bir müddət polis işçisi kimi fəaliyyət göstərməyə başlayır. Lakin aktyorun sözlərinə görə hələ gənclik illərindən onun ən böyük arzusu aktyor olmaq olub.

Ehtiyacdan kinoya gəlmə məcburiyyəti...

Elə bu arzu ilə də o, Roma Milli Dram və İncəsənət akademiyasına daxil olur. Təhsillə yanaşı o, məşhur İtaliya rejissoru Luki Rankoninin teatrında aktyor kimi fəaliyyət göstərir. Teatrı sevən və özünü orada görən aktyor kino haqqında o qədər də düşünmür və bir çox teatr həmkarları kimi kinoya snobizm duyğularla yanaşır. Lakin zaman keçdikcə vəziyyət və Mikelenin kinoya qarşı olan fikirləri dəyişir.

Teatrdan aldığı məvacib az olduğu üçün Mikele səkkiz uşağa baxan ata və anasına pul yollaya bilmirdi. Elə ailəsinə kömək etmək məqsədi ilə də bir müddət sonra aktyor ona gələn kino təkliflərini dəyərləndirməyə başlayır. Onun ilk ekran işi rejissor Alberto Neqrinanın 1972-ci ildə ekranlaşdırdığı "Oğlan" filmi olur. Az sonra isə Mikele Karlo De Palmonun çəkdiyi komediya filmində Tonino Santito obrazını ifa edir. 1974-cü ildə isə Plaçido Mario Moniçellinin "Xalq romanı" filmində ilk dəfə baş rol ifa edir. Romanzo Popolare rolu ona öz vətənində çox böyük uğur gətirir və aktyor daha çox filmə dəvətlər alır. Karyerasının başlanğıcında Mikele kinoya əlavə gəlir gətirən bir sahə kimi baxır. Əsas iş yeri olaraq isə teatrı görürdü. 70-ci illərin sonunda o, öz yaradıcılıq imkanlarını genişləndirməyə cəhd göstərir. 1978-ci ildə Paskuale Skuiterinin "Karleone" kriminal filminə, 1980-ci ildə o, "Boşluğa tullanma" adlı psixoloji dramda çəkilir. İfa etdiyi bir-birindən fərqli rollar Plaçedoya xeyli uğur gətirir. Və o, İtaliyanın ən nüfuzlu aktyorlarından birinə çevrilir.

Qəhrəman ölməlidir!

Lakin hələ əsl uğur və şöhrət onu qarşıda gözləyir. Belə ki, 1984-cü ildə Damiano Damianinin rejissorluğu və on aparıcı ölkənin birgə layihəsi olan altı hissəli "Sprut" serialı ekranlara çıxır. Mikele Plaçido "Sprut" serialında Komissar Korrado Katani rolunda iştirak edir. Serial ekranlara çıxdığı gündən etibarən bir çox ölkələrdə, eləcə də keçmiş SSRİ-də böyük müvəffəqiyyət qazanır. Filmi uğurlu edən amillərdən biri də Plaçidonun rolu olur. Həmin ifadan sonra aktyor şöhrətin zirvəsinə qalxır. O, özü həmin rol haqqında deyir:

"Bu serial mənə istər İtaliyada, istərsə də dünyada inanılmaz məşhurluq qazandırdı. İnsanlar məni ilk növbədə Komissar Kattani kimi tanımağa başladılar. Çox vaxtı onlar mənim əsl adımı bilmirdilər. Hərdən mən Afrikaya gedəndə küçədə məni görən uşaqlar əlləri ilə məni göstərib "komissar, komissar!", - deyə qışqırıblar. Mənim üçün də bu rolun əhəmiyyəti çox böyükdür. Çünki həqiqətən də həmin obraza bir heykəltaraş kimi çox zəhmət sərf etmişəm".

Birinci mövsüm "Sprut" ekranlara altı bölümlə çıxdı. Lakin artıq dördüncü bölümdə Mikele öz qəhrəmanının qətlini təkid edir:

"Mən belə qərara gəlmişdim ki, Komissar Kattani nə vaxta qədər filmdə görünə bilər? Bu, sonsuza qədər davam edə bilərdi. Buna görə də dördüncü bölümün çəkilişləri başlanan kimi mən komissarın ölümünü tələb etdim. Bu sözlərimi eşidən prodüser əvvəlcə az qalmışdı məni öldürsün. Lakin sonradan o və başqaları da anladılar ki, mən bu məsələdə haqlıyam və fikrimdən dönməyəcəyəm".

Beləliklə dördüncü bölümdən sonra "Sprut" filmi Mikele Plaçidosuz çəkilməyə başlayır. Lakin əvvəlki şöhrəti artıq heç cür yaxalaya bilmir. 90-cı illərin əvvəllərindən başlayaraq aktyor yenidən özünü kinoya həsr edir. Ancaq aktyor teatra da hədsiz bağlı olduğundan oradakı işini də davam etdirir. Hətta özünü rejissor kimi də sınayır. Onun ilk səhnə işi "Pomidor" adlı tamaşa olur. Aktyor 1991-ci ildə rus rejissoru Vladimr Bortkonun "Əfqan sınığı" filmində rol alır.

69 yaşlı aktyorun sonuncu çəkildiyi film 2011-ci ildə Covanni Voronazenin ekranlaşdırdığı "Sevgi: içindəkilər və qəbul qaydaları" filmi olub. Bu filmdə Plaçido Robert De Niro və Monika Belluççi ilə tərəf müqabili olub.

Şəxsi həyat...

Mikele Plaçido üç dəfə evli olub. Onun ilk evliliyi gəncliyinin çox erkən yaşlarına təsadüf edir. Hələ polis işlədiyi dönəmlərdə o gənc aktrisa İllari Letsi ilə tanış olur. Evlənməyi arzulamayan Mikele İllarinin hamilə olduğunu bildikdən sonra kilsədə dini nikah kəsdirib ailə qurur. Lakin bu evlilik uzun müddət davam etmir. Aktyor "Ailə günahı" erotik dramına çəkilərkən tərəf müqabili olan aktrisa Simonetta Stefanelliyə aşiq olur. O zamanlar Simonetta xeyli filmdə iştirak etsə də, nədənsə ən çox "Xaç atası" filmində don Korleonenin kiçik oğlu Maykl Korleonenin (Al Paçino) kənddə gizlənərkən ailə qurduğu qadının rolunu ifa edən aktrisa kimi tamaşaçıların yaddaşında qalır.

Beləliklə Plaçidonun ikinci evliliyi Simonetta ilə olur. Bu evlilikdən onların iki oğlan və bir qız övladları doğulur. Lakin Plaçido Simonettaya xəyanət edir. O tez-tez gənc aktrisa Vircinya Aleksandra ilə görüşməyə başlayır. Günlərin birində Vircinya ona hamilə olduğunu deyir. Placido evlənməyəcəyini, lakin uşağa və ona baxacağını deyir. Bir neçə il bu gizli münasibət davam edir. Həmin ərəfədə Simonetta da hamilə qalıb dünyaya oğlan övladı gətirir. Ancaq bir gün hər şey əyan olur. Simonetta ərinin onu illərlə aldatdığını və onun qeyri-qanuni övladı olduğunu öyrənir. Dava-dalaş, uzun söz-söhbətlər küskünlüklə nəticələnir. Simonetta Mikeledən boşanıb uşaqları ilə birgə Londona köçür.

2006-cı ilə qədər subay həyat keçirən aktyor üçüncü dəfə ailə həyatı qurur. Onun budəfəki seçimi özündən 38 yaş kiçik olan aktrisa Federike Vinçenti olur. Cütlüyün Qabriel adlı bir oğlu olur. On ilə yaxındır davam edən bu evlilik 69 yaşlı Mikele Plaçidonu hələ də xoşbəxt etməkdədir.

Kulis.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3538   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.