Deputatdan SƏRT REAKSİYA: "Nə edək, Şahruddini GÜLLƏLƏYƏK?!"
Dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" (Azərbaycan) "Viktoriya" (Çexiya) komandasına 2-1 hesabı ilə uduzaraq Çempionlar Liqasından kənarlaşıb. "Qarabağ" artıq Avropa Liqasının qrup mərhələsində mübarizəsini davam etdirəcək.
Məğlubiyyətdən sonra sosial şəbəkələrdə sərt etiraz dalğası yaranıb. Hədəf isə "köhlən atlar"ın qapısına vurulan ilk qol epizodunda çıxışda səhvə yol verən Şahruddin Məhəmmədəliyevdir. Təhqirlər, tənqidlər havada uçuşur, Şahruddinin komandadan kənarlaşması üçün petisiya yaradanlar belə var.
Məsələ ilə bağlı News24.az "Qarabağ" klubunun sabiq prezidenti, millət vəkili Aqil Abbasla həmsöhbət olub.
O, açıqlamasında bildirib ki, Şahruddin Məhəmmədəliyevi sərt tənqid edənlər "Qarabağ"ı sevməyən adamlardır: "Qarabağ möhtəşəm oyun sərgilədi, axıra qədər döyüşdü. Lakin bu, futboldur, hər şey ola bilər. 2014-cü il futbol üzrə Dünya Çempionatının yarımfinal matçında Braziliya öz meydanında Almaniyaya 1:7 hesabı ilə məğlub olmuşdu. Tək Şahruddin yox, hər kəs səhv edə bilər. Fərq ondadır ki, bizim səhvlərimizi öz yaxınlarımız, futbolçuların səhvlərini isə hər kəs görür. Şahruddinin linçlənməsinin qəti əleyhinəyəm. Qurban Qurbanov da futbolçusunu mətbuat konfransında çox gözəl müdafiə etdi.
1994-cü ilin Dünya Çempionatında 35-ci dəqiqədə Andres Eskobarın öz qapısına vurduğu qol bir neçə gün sonra onun azarkeşlər tərəfindən güllələnib, öldürülməsi ilə nəticələnmişdi. Biz bəyəm Kolumbiyayıq?! Nə edək, Şahruddini güllələyək?! Uşaq yıxıla-yıxıla böyüyür. Futbolçu da səhv edə-edə inkişaf edir. Şahruddin gözəl qapıçıdır. Dünən Kadi da zəif oynadı, indi onu da linçləməliyik? Oyun alınmadı, məsələ budur".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1591 Tarix: 24 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31.10.2026 445 11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi
Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun
25.10.2026 765 U-15 dünya çempionu İspaniya millisi oldu
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb. Bakı Kristal Zalında keçirilən oyun İspaniyanın 3:0 hesablı darmadağını ilə başa çatıb. Qeyd edək ki
30.10.2026 503 Prezident Əhmədə nə dedi? - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb
05.10.2026 806 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 615 FIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək. Qaynarinfo-nun məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək. Bundan əlavə, B, C, D, E və F Divizionlarını
30.10.2026 493 "Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib - FOTOLAR
Azərbaycan qadın voleybolçularının Super Liqası çərçivəsində "Naxçıvan" və "Azərmaş Abşeron" komandaları arasında keçirilən qarşılaşma "Naxçıvan" komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Azərbayca
06.11.2026 254 Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20.10.2026 775 İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 649