Veqanizmi qəbul edən valideynlərin körpəsi ACLIQDAN ÖLDÜ
ABŞ-ın Florida ştatında vegan ana Şeyla O'Liri 18 aylıq oğlu Ezranın qida çatışmazlığı nəticəsində ölümünə görə "qətl"də təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaqı aparan müstəntiqlər ailənin yalnız çiy meyvə və tərəvəz yediyini, uşağın ana südü ilə qidalandığını bildiriblər.
Lakin 18 aylıq Ezra dünyasını dəyişəndə 7 aylıq və cəmi 8 kiloqram çəkiyə malik idi. Həkimlər qeyd ediblər ki, körpə həyatının son həftəsində ümumiyyətlə qidalanmayıb. Bildirilib ki, vegan qadının digər iki övladı və əri, 3 və 5 yaşlı Rayan Patrik O'Liri də qida çatışmazlığına məruz qalıb.
Uşaqların anaları tərəfindən əsasən manqo, banan, avokado və tropik rambutan meyvələri ilə qidalandığı bildirilir.
Cütlüyün körpənin ölümündən bir qədər əvvəl ağlamasına biganə qaldıqları məhkəmə materiallarında da öz əksini tapıb. Körpənin son vəziyyətini "həmişə ağlayan zəif uşaq" olaraq təyin edən prokurorlar vegan ananın Ezranın fəryadlarına məhəl qoymadığını və uşağın sümüklərinin çıxdığını anlamaq üçün tərəziyə ehtiyac duymadığını vurğuladılar.
Polisin verdiyi məlumata görə, Ezra nəfəs almaqda çətinlik çəkəndə ana südü ilə qidalanırdı.
Üç övladının ən kiçiyini qida çatışmazlığından itirən və digər ikisini xəstələndirən valideynlər Şeyla və Rayan Patrick O'Liri indi buna görə həbsdədirlər. Atanın da ağır cəza alacağı deyilir.
Əri və ailəsi ilə ciddi veqan pəhrizinə riayət edən Şeyla O'Liri iyun ayında 6 cinayətdə təqsirli bilinib. Vegan qadınEzranın ölümü və digər iki uşağının qidalanmaması ilə bağlı ağırlaşdırılmış uşaq istismarında günahkar bilinib.
Bu işdə vegan ananın cəzası əvvəllər dörd dəfə təxirə salınmışdı. Ata Ryan Patrick O'Liri hazırda həbsxanadadır və eyni ittihamlarla məhkəməni gözləyir. Məhkəmə sənədlərinə görə, Sheila O'Lirinin başqa bir kişidən olan ilk övladı daha əvvəl, yenə qida çatışmazlığı səbəbindən atasına qaytarılmışdı. Atası ilə birlikdə yaşayan oğlanın səhhətinin yaxşı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, veganizmi qəbul edənlər qətiyyən ət yemirlər, heyvan mənşəli bütün məhsulları da rədd edirlər, yalnız tərəvəz, paxlalılar və meyvələr yeyirlər.
1944-cü ildə britaniyalı fəal Donald Uotson "Veqan cəmiyyəti" adlı qeyri-kommersiya təşkilatı qurub. O, veqanizmin heyvanlar aləminin istismarının bütün formalarını rədd edən və bitkilər aləminin məhsulları ilə yaşam tərzi olduğunu deyirdi.
Amma ekspertlər hesab edir ki, sağlam və balanslı qidalanmada zülal qəbul etmək vacibdir və bunun yolu heyvani qidalardan istifadə etməkdir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1412 Tarix: 05 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
08.11.2026 172 Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod
01.11.2026 470 111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı
Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar
08.11.2026 179 Qaralmış gümüşü ovmadan təmizləyən üsul
Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ
01.11.2026 477 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 617 "ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen
01.11.2026 677 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1605 Hansı qan qrupu daha uzunömürlü ola bilər? - Alimlər araşdırdı
Müxtəlif qan qruplarına sahib insanların təhlükəli xəstəliklərə tutulma riski və sağlamlıq göstəriciləri bir-birindən fərqlənə bilər. Alimlər dörd qan qrupu arasında müəyyən fərqlər aşkarlayıblar. Bəzi araşdırmalarda ən əlverişli göstəricilər birinci qan qrupuna malik insanlarda müşahidə olunub. xəbə
01.11.2026 592 Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar
Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on
01.11.2026 463