Bu il payızda hansı pencəklər dəbdə olacaq? - FOTO
Soyuq və bir qədər də yağışlı havalar isti yay günlərini getdikcə geridə qoyur. Get-gedə dəyişilən hava durumu geyimimizə də təsirini göstərir. Xüsusilə də qadınlar havanın necə olmasından asılı olmayaraq, hər zaman dəbdən geri qalmamağa çalışırlar.
Sərin və soyuq havalarda ən çox isə üst geyimlərə zərurət yaranır. Amma bu aylar keçid dövrü olduğu üçün üst geyimlər çox incə parçadan olmalıdır, qalın olmamalıdır. Onu da qeyd etmək lazımdır ki, hər mövsüm olduğu kimi bu payızda gödəkcələr daha çox dəbdə olacaq. Bəs, bu gödəkcələri necə kombin etmək olar?
BiG.AZ Lent.az-a istinadən bununla bağlı bir neçə məsləhəti sizə təqdim edir:
"Tüvit" pencəklər
Bir az qalın parçadan tikilmiş pencəklər bu ilin dəbli gödəkcələri arasındadır. Bu modeldə olan pencəklər qadınların sevimli üst geyimlərindən biridir. O əsasən zərifliyi və yığcamlığı özündə birləşdirir. Əvvəllər belə gödəkcələri ətəklə geyinmək məsləhət görülürdü. Amma "tüvit" pencəkləri sadə cins şalvarlarla da kombin etmək mümkündür. Hətta altına tək rəng köynək geyinməklə öz tərzinizi yarada bilərsiniz.
Zolaqlı pencəklər
Belə pencəklər çox vaxt vizual olaraq qadınların kök görünməyinə səbəb olur. Amma bu, bir az da onun ölçüsündən asılıdır. Əgər belə pencək sevirsinizsə, çalışın çox bol geyinməyin. Bu gödəkcələr bahalı geyinməyi sevən fransız qadınlarının sevimli geyimləridir. Onların altına əsasən qara rəngli dar şalvar geyinməklə kombininizi tamamlaya bilərsiniz.
Qısa pencək
Payız aylarının ən vazkeçilməz geyim növlərindən biri də qısa pencəklərdi. Gündəlik həyatımızda da asanlıqla istifadə edə biləcəyimiz bu gödəkcələr ilin trendləri arasındadır. Belə pencəkləri yüksək belli parça və ya cins şalvarla uyğunlaşdırıb geyinmək olar. Amma daha çəkici görünmək istəyirsinizsə, uzun ətək və ya donla kombin etməyiniz məsləhətdir.
Dəri gödəkcə
Hər il olduğu kimi bu il də dəri gödəkcələr öz aktuallığını qoruyub saxlayır. Artıq dəri geyimlər moda liderlərindən birinə çevrilib. Belə gödəkcələr hərtərəfli istifadə edilməsi ilə seçilir. Onları digər geyimlərlə uyğunlaşdırmaq çox asandır.
Boz rəngli pencək
Havalar soyuduqda daha çox tünd rəngli geyimlərə üstünlük veririk. Ancaq boz çalarlı pencəklərə də diqqət yetirmək məsləhətlidir. Belə gödəkcələri istənilən cins və ya rəngli şalvarlarla geyinmək olar. Pencəyin altından açıq çalarlı "crop"lar, qısa "bluz"lar sizin daha dəbli görünməyinizə şərait yaradacaq.
Süd rəngli uzun pencəklər
Son illər "oversize" geyimlər dəbdədir. Həmçinin, bol pencəklər də qadınların ən çox sevdiyi gödəkcələrdəndir. Bunlar əsasən idman üslubunu sevməyən xanımlar üçün ideal pencək növüdür. Əsasən iş görüşməsinə gedən qadınlar kombinlərini bu pencəklə tamamlaya bilər.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3247 Tarix: 13 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018