96 saata 400 ölüm xəbərdarlığı
Almaniyanın bölgələrinin birində elektrik verilişinin dayanmasından sonra ilk 96 saatda 400-dən çox insan öləcək, hər tərəfdə qarət və xaos yaşanacaq.
Belə bir proqnozla Almaniyanın "Frankfurter Allgemeine Zeitung" (FAZ) nəşri çıxış edib.
Nəşr öz ssenarisini Hessen federal əyalətinin Raynqau-Taunus bölgəsi üçün proqnozlaşdırıb.
Bildirilir ki, jurnalistlər elektrik enerjisinin kəsilməsi halında nələrin baş verəcəyini ardıcıllıqla proqnozlaşdırıblar. Onların sözlərinə görə, ilk iki saat ərzində yanğın və mühafizə siqnalizasiyası, ardınca isə qəza-xilasetmə xidmətlərinin rabitə vasitələri sıradan çıxacaq. Bir gün sonra təmizləyici qurğuların işi dayanacaq, təxminən eyni vaxtda mal-qara itkisi başlayacaq. İşıq dörd və ya daha çox gün olmasa isə quldurluq və yanğınlar başlayacaq.
FAZ zərərin təxminən 200 milyon avro olacağını güman edir.
Bundan əlavə, proqnozlara görə, elektrik enerjisi olmasa, telefonlar işini dayandıracaq, stasionar telefonlar, ardınca mobil rabitə və rəqəmsal radio sıradan çıxacaq, internetə çıxış olmayacaq. Həmçinin, jurnalistlərin fikrincə, yanacaqdoldurma məntəqələrində benzin tükənəcək, elektron ödəniş sistemləri fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın daxili işlər naziri Nensi Fezer ölkədə elektrik enerjisinin uzunmüddətli kəsilməsi və ya digər oxşar hadisələrin baş verə biləcəyi barədə xəbərdarlıq edib. Bu səbəbdən o, həmyerlilərinə evdə ərzaq və dərman ehtiyatı saxlamağı tövsiyə edib. Nazir həmçinin sakinlərə bir insanın on günlük həyatı üçün zəruri olanların sadalandığı "Əhalinin mühafizəsi üzrə federal departamentin siyahısı"ndan yararlanmağı təklif edib. (Oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1501 Tarix: 16 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
01.11.2026 461 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
07.11.2026 418 Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri
01.11.2026 637 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 221 12 yaşlı uşaq qızıl külçəsi tapdı
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə
08.11.2026 180 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 208 "ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen
01.11.2026 677 Payızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
06.11.2026 380 Qaralmış gümüşü ovmadan təmizləyən üsul
Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ
01.11.2026 477