Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb.
Oxu.Az "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir.
Təhsil müəssisəsi qadını təxminən 250 min avro məbləğində dələduzluqda ittiham edib.
Qadın 2003-cü ildən kollecdə çalışıb. Lakin 2009-cu ildə xəstəlik məzuniyyətinə çıxaraq işə gəlməyi dayandırıb. İddialara görə, o, sonrakı illərdə saxta tibbi arayışlar təqdim edərək tam əməkhaqqı almağa davam edib. Müəllim işə çıxmamasını psixi sağlamlığı ilə bağlı problemlərlə əsaslandırıb.
2015-ci ildə təhsil müəssisəsinə yeni direktor təyin olunub. Onun qadın haqqında məlumatı olmayıb. Bundan sonra müəllimin vəziyyəti araşdırılmağa başlanıb və audit keçirilib. 2024-cü ildə isə yeni rəhbərliyin araşdırmasından sonra qadının evində axtarış aparılıb. İstintaqın diqqətini səhhətinə görə işləyə bilmədiyini bildirən müəllimin dalğıclıqla məşğul olması barədə məlumat cəlb edib.
Qadına tibbi müayinədən keçmək təklif olunsa da, o, hüquqi etiraz təqdim edib. Məhkəmə isə müayinədən keçməli olduğu barədə qərar çıxarıb. Bundan başqa, qadın dalğıclıqla məşğul olmağa yararlı olduğunu təsdiqləyən iki sənədi saxtalaşdırmaqda şübhəli bilinir. Prokurorluğun iddiasına görə, həmin sənədlərdə adı göstərilən həkim əslində mövcud olmayıb.
Kollec 2021-2025-ci illər ərzində dəymiş zərəri 248 min avro qiymətləndirib. Daha əvvəlki illər üzrə ödənilmiş vəsaitlərin geri qaytarılması isə, yayılan məlumata görə, artıq mümkün deyil.
2026-cı ilin iyulunda qadına xüsusilə ağır dələduzluğun 11 və sənəd saxtalaşdırmanın iki epizodu üzrə ittiham irəli sürülüb. Təqsiri məhkəmədə sübuta yetirilərsə, onu 10 ilədək həbs cəzası gözləyə bilər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 104 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZaman səyahətinin mümkün və mümkünsüz tərəfləri - Alimlərdən cavab
Gələcəyə getmək, keçmişə qayıdaraq onu dəyişmək - zamanda səyahət təkcə fantastika yazıçılarını deyil, fizikləri də valeh edir. Bəs elm bu barədə əslində nə deyir? Nə vaxtsa keçmişə qayıtmaq və ya uzaq gələcəkdə yaşayan nəsillərimizi görmək üçün əsl zaman maşını yarada biləcəyikmi?. Qaynarinfo "Futura"
26.10.2026 554 Xidmetler.AZ- Foto və video çəkiliş xidməti
saytinda Foto və Video çəkiliş bölməsi xüsusi günlərdə foto və video çəkilişlərə ehtiyac duyanların ən sevdiyi kateqoriyalardandır. Çünki əksəriyyət həmin günlərdən xatirə olaraq fotoların və video çəkilişin qalmasını istəyir. Belə günlərə doğum tarixləri, nişan, xınayaxdı, toy, Son Zəng, Əlifba bayram
24.10.2026 1715 Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür
00:33 343 İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?
Bir çox insan isti yeməyi soyuducuya qoymaqdan çəkinir. Səbəb isə bunun soyuducunu xarab edə biləcəyi düşüncəsidir. Lakin mütəxəssislər bildirirlər ki, əsl təhlükə tamamilə başqa məqamla bağlıdır. xarici mediaya istinadən xəbər verir ki, yeni bişirilmiş yeməyi tam soyuyana qədər mətbəxdə saxlamaq bi
25.10.2026 454 Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
Ütünün altında toplanan yanmış liflər və buxar dəliklərini tutan kirəc çöküntüləri yanlış təmizləmə üsulları səbəbindən ütü səthinin cızılmasına yol açır. Bu da ütünün paltar üzərində sürüşməsini çətinləşdirir və geyimləri yandırma riskini artırır. xəbər verir ki, təmizləməyə başlamazdan əvvəl ütün
24.10.2026 479 Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən
14:10 0 Yuxuda diş qıcamağın mədə ilə əlaqəsi ortaya çıxdı
Rusiyalı nevroloq Regina Qolovaçeva insanların yuxu zamanı dişlərini qıcaması və çənələrini sıxmasının mümkün səbəblərinə aydınlıq gətirib. xəbər verir ki, bu barədə məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, tibbdə bu hal gecə bruksizmi adlanır. "Gecə bruksizmi insanın yuxu zamanı qeyri-irad
24.10.2026 484 Azərbaycanda kombilər dəyişdiriləcək?
Azərbaycanda qazla işləyən kombi sistemlərinin gələcəkdə mərhələli şəkildə elektrik istilik nasosları ilə əvəzlənməsi nəzərdə tutulur. xəbər verir ki, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin edilməlidir. Bu məqsəd "Azərbaycanın Uzunmüddətl
24.10.2026 453 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
8 il əvvəl - 2018-ci ildə Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulduğu halda, bu il oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub. BİG.AZ -a istinadən xəbər verir ki, 2028-ci ildə 2 505 oğlan uşağına Yusif, 2 511 qız uşağına isə Zəhra adı qoyulub
24.10.2026 569