İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?Bir çox insan isti yeməyi soyuducuya qoymaqdan çəkinir. Səbəb isə bunun soyuducunu xarab edə biləcəyi düşüncəsidir. Lakin mütəxəssislər bildirirlər ki, əsl təhlükə tamamilə başqa məqamla bağlıdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni bişirilmiş yeməyi tam soyuyana qədər mətbəxdə saxlamaq bir çox ailədə adi vərdişə çevrilib. İnsanlar hesab edirlər ki, isti yemək soyuducunun işinə mənfi təsir göstərə və oradakı digər məhsulların xarab olmasına səbəb ola bilər. Lakin qida təhlükəsizliyi üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, hazır yeməklərin otaq temperaturunda uzun müddət saxlanılması daha ciddi təhlükə yaradır.

Yeməyin soyumasını gözləmək lazımdırmı?

İsti yeməklərin soyuducuya qoyulmaması vərdişi təsadüfən yaranmayıb. Bir çox insan düşünür ki, yeməyin yüksək temperaturu soyuducunun işini çətinləşdirə və digər məhsulların daha tez xarab olmasına səbəb ola bilər. Lakin Stop Foodborne Disease alyansının direktoru Vanessa Koffmanın sözlərinə görə, bu narahatlıqlar əsasən köhnə soyuducuların texniki xüsusiyyətləri ilə bağlıdır.

Müasir soyuducular, adətən, ilıq və isti qidaların soyudulması üçün nəzərdə tutulub. Buna görə də yeməyin tamamilə soyumasını gözləməyə ehtiyac yoxdur. Digər geniş yayılmış fikrə görə, isti yemək olan qabın qapağı dərhal bağlanarsa, içəridə toplanan nəmlik onun daha tez xarab olmasına səbəb ola bilər.

Qida üzrə alim Ebbi Til isə bildirir ki, əsas məsələ yeməyin temperaturuna nəzarət etməkdir. Çünki bakteriyaların çoxalma sürəti məhz temperaturdan asılıdır. Mütəxəssisin sözlərinə görə, yeməyi soyuducuya qoymazdan əvvəl onun otaq temperaturuna qədər soyuması vacib deyil. Əksinə, əksər hallarda soyutma prosesinə mümkün qədər tez başlamaq daha təhlükəsizdir.

Bişmiş yemək soyuducudan kənarda nə qədər qala bilər?

Ən böyük təhlükə hazır yeməyin uzun müddət isti vəziyyətdə qalması zamanı yaranır. Yemək tədricən soyuduqda onun temperaturu təxminən +4°C ilə +60°C arasında dəyişir. Mütəxəssislər bu temperatur aralığını "təhlükəli zona" adlandırırlar. Bu şəraitdə bakteriyalar sürətlə çoxala bilər. Üstəlik, bəzi mikroorqanizmlər elə toksinlər ifraz edir ki, yemək yenidən qızdırıldıqda belə onlar tamamilə məhv olmaya bilər. Buna görə də tez xarab olan bişmiş yeməkləri otaq temperaturunda iki saatdan artıq saxlamaq olmaz.

Havanın temperaturu +32°C-dən yüksək olduqda isə bu müddət bir saata qədər azalır. Ebbi Tilin sözlərinə görə, əsas problem insanların yeməyi bir müddət soyumağa qoyub sonradan onu unutmasıdır. Nəticədə hazır yemək mətbəxdə saatlarla qala bilər. Bu müddət ərzində bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Belə hallar qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar daha böyük risk altındadır.

İsti yeməkləri soyuducuya qoymaq mümkün olsa da, onların miqdarını və saxlanma üsulunu nəzərə almaq vacibdir. Məsələn, böyük qazanda olan isti şorbanı birbaşa soyuducuya yerləşdirmək düzgün seçim olmaya bilər. Çünki dərin qabdakı yemək, xüsusilə onun orta hissəsi, daha gec soyuyur. Buna görə də böyük porsiyalarda hazırlanmış şorba, sous və digər yeməklərin daha sürətli soyudulması üçün müəyyən qaydalara əməl etmək lazımdır.

Bişmiş yeməkləri necə düzgün soyutmaq olar?

Qida təhlükəsizliyi mütəxəssisləri bakteriyaların çoxalma riskini azaltmaq üçün bir neçə üsul tövsiyə edirlər. Yeməyi kiçik porsiyalara bölün. Böyük qazanda şorba, sous və ya başqa yemək hazırlamısınızsa, onu bir dərin qabda saxlamaq əvəzinə, bir neçə kiçik və dayaz qaba bölmək daha məqsədəuyğundur. Bu, istiliyin daha tez xaric olmasına və yeməyin sürətlə soyumasına kömək edir. Qabları bir-birinə çox yaxın qoymayın. Soyuducudakı qablar arasında müəyyən məsafə saxlayın. Belə olduqda soyuq hava onların ətrafında daha rahat dövr edir və yeməklər bərabər şəkildə soyuyur.

İsti yeməyin qapağını dərhal kip bağlamayın. Soyutmanın ilkin mərhələsində qabların ağzını açıq və ya yarıörtülü saxlamaq olar. Lakin bu zaman yeməyin çirklənmədən qorunması vacibdir. Buzlu sudan istifadə edin. Böyük miqdarda şorba və ya başqa isti yeməyi tez soyutmaq üçün qabı buz və soyuq su ilə doldurulmuş daha böyük qaba yerləşdirmək olar.

Yeməyi vaxtaşırı qarışdırmaq soyuma prosesini sürətləndirir. Maye yeməklərə buz əlavə edin. Bəzi şorba və yeməklərə buz parçaları əlavə etməklə onların temperaturunu daha tez azaltmaq mümkündür. Ancaq bu üsul yalnız əlavə suyun yeməyin dadına və keyfiyyətinə mənfi təsir göstərmədiyi hallarda uyğundur.

Yeməyi qarışdırın. Vanessa Koffmanın sözlərinə görə, soyuma zamanı yeməyi qarışdırmaq istiliyin bərabər paylanmasına kömək edir. Bu üsul xüsusilə qatı şorbalar, souslar və digər sulu yeməklər üçün faydalıdır.

Mütəxəssislərin qənaətinə görə, isti yeməyi soyuducuya qoymaq özlüyündə təhlükəli deyil. Əsas məsələ yeməyi düzgün şəkildə və mümkün qədər tez soyutmaqdır.

Böyük həcmdə qaynar yeməyi birbaşa soyuducuya yerləşdirmək əvəzinə, onu kiçik qablara bölmək daha təhlükəsizdir. Beləliklə, həm yeməyin xarab olma riski azalır, həm də soyuducudakı digər məhsulların temperaturunun yüksəlməsinin qarşısı alınır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 109   Tarix: 25 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17.10.2026 443
.

Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları

Ütünün altında toplanan yanmış liflər və buxar dəliklərini tutan kirəc çöküntüləri yanlış təmizləmə üsulları səbəbindən ütü səthinin cızılmasına yol açır. Bu da ütünün paltar üzərində sürüşməsini çətinləşdirir və geyimləri yandırma riskini artırır. xəbər verir ki, təmizləməyə başlamazdan əvvəl ütün

24.10.2026 238
.

Azərbaycanda kombilər dəyişdiriləcək?

Azərbaycanda qazla işləyən kombi sistemlərinin gələcəkdə mərhələli şəkildə elektrik istilik nasosları ilə əvəzlənməsi nəzərdə tutulur. xəbər verir ki, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin edilməlidir. Bu məqsəd "Azərbaycanın Uzunmüddətl

24.10.2026 220
.

Xidmetler.AZ - Kurslar və təlimlər, biznes kursları

Xidmətlər saytı -ın Kurslar və Təlimlər bölməsi ən aktual kateqoriyalardandır. Buraya daxil olmaqla, özünüz, övladınız və ya sizə yaxın olan başqa şəxslər üçün peşəkar kurslar seçə bilərsiniz. -ın bu bölməsində ingilis və rus dilləri ilə yanaşı, ərəb dili, Norveç dili, İvrit dili, Mühasibat-1C proqram

18.10.2026 1068
.

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

"Science of Scare" layihəsinin araşdırmaçıları 2026-cı ilin ən qorxulu filmini açıqlayıblar. Axşam.az xəbər verir ki, siyahıya "Half Tone" filmi başçılıq edir. Ekran işi tarixdə ən qorxulu ekran işlərinin yer aldığı reytinqdə 33-cü sırada qərarlaşıb. 2026-cı ildə ekranlaşdırılan "Obsession"

24.10.2026 228
.

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

"Biz bütün uşaqlarımızı bərabər sevirik" deyən valideynlərlə bağlı aparılan genişmiqyaslı araşdırma gözlənilməz nəticə ortaya qoyub. Sosioloq və psixoloqların tədqiqatları göstərir ki, valideynlərin böyük əksəriyyəti gizlicə bir övladını digərlərindən daha çox istəyir. xəbər verir ki, araşdırmad

17.10.2026 485
.

"123456" şifrəsinə görə 8,8 milyon nəfərin məlumatları oğurlanıb

Danimarkada bir haker özəl İT şirkətinin administrator hesabında dünyanın ən zəif şifrələrindən biri olan "123456"dan istifadə edilməsindən yararlanaraq 8,8 milyon nəfərin şəxsi məlumatlarını ələ keçirib. xəbər verir ki, hakerin sözlərinə görə, şirkətin ən azı üç hesabı, o cümlədən administrato

18.10.2026 463
.

Çay ürəyin dərmanı imiş - Bir şərtlə...

Yeni araşdırma çay içmək vərdişləri ilə ürək-damar xəstəlikləri riski arasında əlaqə olduğunu üzə çıxarıb. Nəticələrə görə, çayın növü, dəmlənmə dərəcəsi və temperaturu da sağlamlığa təsir edən amillər ola bilər. "Qafqazinfo" xəbər verir ki, "Journal of Internal Medicine" jurnalınd

23.10.2026 438
.

Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın

Cəmi üç qaşıq soda və 10 dəqiqə vaxt ayırmaqla dabanlardakı qurumuş və sərtləşmiş dərini yumşaltmaq mümkündür. Bu sadə ev üsulu ayaqlara qulluq etməyə kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, dabanların yumşaq və sağlam qalması üçün müntəzəm qulluq etmək vacibdir. Adi qida sodası is

18.10.2026 499
.