Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Azərbaycanda bəzi mənzillər bahalaşacaqSovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizatı və soyutma sistemlərinin enerji səmərəliliyini artırmaq üçün adekvat izolyasiya tələb olunur. 2060-cı ilə qədər bütün mövcud və yeni binaların optimal izolyasiyaya malik olması gözlənilir. Buna qabaqcıl istilik izolyasiyası və ikiqat şüşəli pəncərələr kimi yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması ilə nail olunacaq.

Həmçinin Azərbaycanda bütün binaların 2060-cı ilə qədər bərpaolunan enerji ilə işləyən elektrikli hava-su tipli istilik nasosları ilə təchiz edilməsi gözlənilir.

Sözügedən binaların yenilənməsi nə qədər uyğundur? Həmçinin bu, qiymət məsələsinə necə təsir edə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Sovet dövründən qalan binaların dekarbonizasiyası məqsədilə alternativ enerji ilə təmin olunması və izolyasiya sistemlərinin qurulması onların ekoloji təhlükəsizliyi baxımından müasir standartlara cavab verməsi üçün yeni mərhələdir.

Onun sözlərinə görə, bu binaların əksəriyyəti məhz istismar müddətini bitirib və onların konstruktiv elementləri artıq ömrünü başa vurub:

"Daha yaxşı variant isə həmin binaların yenilənməsi olar. Yəni bu, mənzil fondunun yenilənməsi deməkdir. Müvəqqəti dövr üçün ekoloji təmizliyin qorunması məqsədilə bu prosesin həyata keçirilməsi məqsədəuyğun ola bilər. Lakin bunun həyata keçirilməsi həmin binaların yenidən pasport alması, yeni tikililərlə bərabər tutulması demək deyil. Çünki tikinti materiallarının hər biri bu prosesində onlardan istifadə olunur, müəyyən dövrdən sonra öz keyfiyyətini itirir. Bu baxımdan həmin binaların izolyasiya sistemi qurulsa da, isitmə və soyutma sistemində alternativ, bərpa olunan enerji mənbələrindən istifadə edilsə də, bu, müasir standartlara cavab verməsi deyil. Köhnə binaların mövcud durumu monitorinq edilsə və hazırda müasir şəhərsalma prinsiplərinə hansı səviyyədə cavab verdikləri müəyyən olunsa, bundan sonra müvafiq qərarların qəbul edilməsi daha məqsədəuyğun olar. Təbii ki, bu, büdcə imkanları və şəhərsalma prinsipləri nəzərə alınmaqla və "Bakı şəhəri Baş plan 2040" layihəsinə uyğun şəkildə həyata keçirilməlidir".

Ekspert xatırladıb ki, bir çox Avropa dövlətlərində də köhnə binaların yenidən rekonstruksiya edilməsi təcrübəsi mövcuddur:

"Təbii ki, bu təcrübənin ölkəmizdə də tətbiqi, təqdirəlayiqdir. Daha məqsədəuyğun isə yeni tikililərdə bu şəhərsalma prinsiplərinin tətbiq edilməsidir. Bu, daha uğurlu nəticələr verə bilər. Daşınmaz əmlak bazarında qeyd olunan dəyişikliklər həyata keçiriləndən sonra həmin binalardakı mənzillərin qiymətində də dəyişiklik olacaq. Düzdür, bu mənzillər yeni tikililərdəki mənzillərlə eyni qiymətə olmayacaq. Amma bu yeniliklərin tətbiq olunmadığı köhnə binalardakı mənzillərlə müqayisədə daha yüksək qiymətə satılacaq. Hazırda köhnə tikililərlə yeni tikililər arasındakı qiymət fərqi, ümumilikdə, yerləşdiyi ərazidən asılı olaraq 25-50% arasındadır. Köhnə binalara yenidən vəsait qoyulması, onların üzlüklərinin dəyişdirilməsi, izolyasiya sistemlərinin qurulması, bərpa olunan enerjidən istifadə olunması və digər rekonstruksiya işləri mənzillərin qiymətinə müsbət təsir göstərəcək. Beləliklə, yenilənmiş köhnə binalardakı mənzillərin qiyməti hazırkı köhnə tikililərdən yüksək, yeni tikililərdən isə aşağı olacaq və bazarda orta qiymət səviyyəsində formalaşacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 158   Tarix: 25 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

19:10 0
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

17:59 64
.

Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"

ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo

15:00 160
.

"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır

Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin

12:20 192
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

13:30 176
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

14:20 172
.

Ukrayna ordusu üçün mühüm nəticə: "Starlink" sisteminin sürəti bərpa edildi

Ukrayna Müdafiə Nazirliyinin monitorinq sistemləri "Starlink" və "Starshield" peyk sistemlərinin iş sürətinin bərpa edildiyini qeydə alır. xəbər verir ki, nazirliyin monitorinq sistemləri 400 km/saatdan çox sürətlə hərəkət edərkən "Starlink" və "Starshield"in i

10:30 193
.

İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə

11:00 206
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 380
.