Şou-biznesdə Rəhim Rəhimli izi…
Müğənni Rəhim Rəhimlinin vaxtsız ölümü şou-biznes dünyasını, sevənlərini kədərləndirib.
OLAY yazır ki, bu günə kimi bir çox xitlərə imza atan 46 yaşlı sənətçinin həyatını itirməsi ilə bağlı onlarla sosial şəbəkə istifadəçiləri post paylaşıb, mahnılarını yad edib.
OLAY bu məqamda pop ulduzun tərcümeyi-halını təqdim edir:
Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olub. Ekstravaqant tərzi, açıqlamaları ilə diqqət çəkən ifaçı Azərbaycan şou-biznesinə tövhələr verib.
R. Rəhimli uzun illər Lider TV-də "Dostum" adlı şou proqramı aparıb. Rəhim Azərbaycanın populyar ulduzları, Xalq artistləri Aygün Kazımova ilə "Hər şey düzələr", Xalq artisti Röya Ayxanla "Sən idin" duetlərinə imza atıb.
Həmçinin, A. Kazımovanın məşhur "Sevərsənmi" albomunda Rəhimin bəstələrinə yer verilib.
Rəhimli bir müddət səhnədən uzaqlaşaraq Türkiyədə yaşayıb, illər sonra Azərbaycana qayıdıb.
Sənətçi hər iki xanım həmkarları ilə silsilə şəkildə konsertlər verib. Rəhimin sonuncu səs-küy yaradan layihəsi repçilər Nadeer və Ramil Nabranla "Basdalama" dueti olub.
Layihə yutubda 18 milyon baxış toplayıb.
Daha sonra sənətçi 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib.
O, rəhbər olduğu televiziyada bir çox dəyişikliklərə imza atıb. İfaçı vəzifədən getdikdən sonra səhnə fəaliyyətinə davam edib, daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.
Pop ulduzun "Tərk-i Diyar", "Quzu kəsərəm" kimi hitlərə imza atıb. Bundan əlavə, sənətçinin Lider TV-də yayımlanan Lift Realiti Şousunun finalında Xalq artisti Alim Qasımov və Elnur Hüseynovla performansı uzun müddət danışılıb.
Müğənni 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib.
Allah rəhmət eləsin!













BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEngin Altana ağır itki - Foto
Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö
25.10.2026 936 Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25.10.2026 1039 Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO
Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü
07.11.2026 212 Ömürlük həbs hökmünün detalları açıqlandı
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı
25.10.2026 933 Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:
00:10 288 Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse
07.11.2026 459 Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31.10.2026 763 Xoşqədəm TANINMAZ HALDA - FOTO
Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:
00:06 298 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."
Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb
03.11.2026 643