Məşhurlarımız necə müəllimdir?

Məşhurlarımız necə müəllimdir?Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Sənət cameasında da müəllim kimi fəaliyyət göstərən, yeni nəsil aktyorlar, xanəndələr və müğənnilər yetişdirən tanınmışlar az deyil.

OLAY bu münasibətlə onlardan bir neçəsi ilə əlaqə saxlayıb, həm təbrik edib, həm də təəssüratlarını öyrənib.

Azərbaycanın və Özbəkistanın Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Muğam sənəti" kafedrasının baş müəllimi Gülyanaq Məmmədova deyib ki, hər zaman uğurlu tələbələri ilə fəxr edir:

Məşhurlarımız necə müəllimdir?"Üzərimdə əziyyəti olan müəllimlərin, ustadların qarşısında baş əyirəm. Ömür boyu onlara borclu və minnətdaram. Müəllimin nə qədər əməyinin, əziyyətinin olduğunu anlamaya bilmərik. Hər birimiz Azərbyacan müəlliminə sevgi, hörmət dolu günlər arzulayırıq. Müəllim olandan sonra anladım ki, insan öndə olan tələbələri ilə fəxr edir. Ustadımda bunu görürdüm. Uğurlarımıza sevinirdi. İndi bunları özüm yaşayıram. Başa düşürəm ki, həm çətin, həm də qürurverici peşədir. Müəllim adından hörmət sevgi, dostluq, savad, əxlaq kimi anlayşılar dayanır. Müəllim elə bir nümunə olmalıdır ki, bütün bunları sənətlə yanaşı, tələbəyə aşılaya bilsin".

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Bakı Humanitar Kollecin müəllimi, Xalq artisi Gülyanaq Məmmədova bu günlə bağlı təssüratlarını bölüşüb:

Məşhurlarımız necə müəllimdir?"Bütün müəllimləri təbrik edirəm. Bizim peşəkar müəllimlərimiz çoxdur. Tələbəyə elm öyrətmək, onları bilikli etmək böyük məsuliyyət və qürurdur. Müəllim həm də ikinci valideyndir. Mən 1996-cı ildən müəlliməm. Şagird olduğum vaxtlarda da müəllimlərimə həmişə sayğı duymuşam. Onlara böyük insan kimi baxmışam, sanki göydən düşən bir mələk kimi görmüşəm. Bir məsuliyyət olub ki, dərslərimi oxumalıyam, məktəbə vaxtında getməliyəm. Bizim regionlarımızda da gözəl müəllimlərimiz var.

Hiss edirəm ki, gənclərimiz dərslərinə yaxşı hazırlaşırlar. Elə bizim ailəmizdə də uşaqlar dərslərini oxuyurlar. Müəllim qarşısında utanmamaq, kəsilməmək üçün çalışırlar. Öz dərslərinə hörmətlə yanaşırlar. Bunda da müəllimin rolu böyükdür. Mən də musiqi sahəsində müəlliməm, tələbələrimə mahnılar öyrədirəm. Bütün həmkarlarımı təbrik edirəm".

Azərbaycan Dövlət Məədniyyət və İncəsənət Üniversitetinin Estrada kafedrasının baş müəllimi Əməkdar artist Nüşabə Ələsgərli tələbələrinin onu təbrik etdiyini söyləyib:

Məşhurlarımız necə müəllimdir?"Mən də ürəkdən bütün müəllimləri təbrik edirəm. Hər birinə uğurlar, sağlam can və işlərində müvəfəqqiyyətlər arzulayıram. Hər birinə dedikdə bəzi dırnaqarası müəllimlərə şamil etmirəm. Müəllim cəmiyyətin güzgüsüdür. Onun tərbiyələndirdiyi uşaqlar cəmiyyətə təhvil verilir. Onların toplumdakı vəziyyəti də müəllimin məhsuludur. Tələbələrim məni təbrik ediblər. Mən də çalışdığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniveristetinin rektoru Ceyran Mahmudova başda olmaqla bütün kollektivimizi təbrik edirəm".

Məşhurlarımız necə müəllimdir?


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1292   Tarix: 05 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sevgilim 3 il məni aldatdı"

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund

07.11.2026 243
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

10:45 165
.

Rejissor ayrıldı, aktyorlardan endirim istənildi

Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı

07.11.2026 207
.

"Hürrəm" ilk dəfə Bakıdadır - Video

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik

04.11.2026 585
.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik

01.11.2026 834
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 531
.

Bu foto Flora Kərimovanı təsirləndirdi

Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd

31.10.2026 488
.

Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:

00:10 288
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

06.11.2026 442
.